GenelGüncelKültür Sanat

Uçuruma bir addım – Nicat Hunalp

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nicat Hunalp

Uçuruma bir addım

Dünən gecə içimdə dəhşətli bir zəlzələ,

Təxminən haradasa beş-altı bal gücündə.

Uçsaydı ev başıma tikəm gəlməzdi ələ

Gizlənə bilməsəydim vicdanımın içində.

                      ***

Hava çiskin yağışlı,önüm qatı sis – duman,

Əlimdə BMT -nin sülh adında çətiri.

Damağımda qırmızı şvesarski Vinston

Dalbadal yandırıram sigarımı bitirib.

                           ***

Sülhməramlı pərdəsi altında işğalçılar,

Sülhü bərqərar edir Bağdadda ya Kabildə?

Çıxıb oxundan gəlir üstümə göy qübbəsi,

Allah qapısın açır üzümüzə Babildə.

                           ***

Gözümü zilləmişəm nəhəng Şeytan çarxına,

Burdan durub Məkkədə şeytana daş atıram.

Rio De Janeyroda İsanın heykəlinin ,

Ən ucunda dayanıb , mən başımı qatıram

                           ***

Küçənin ən sonunda qaranlıq bir dalanda,

Gizlədirəm özümü yarasa tək hamıdan.

Burda nə qədər adam qəsd edib damarına,

Unudubdu her şeyi ,dönübdü Allahından.

                           ***

Qarışıram şəhərin meqapolislərinə,

Ruhumun kədərindən doğuluram təzədən

Baxıram göy üzündə təyyarə izlərinə,

Çıxıb getmək isteyir ruhumda bu ölkədən.

                           ***

Bir payız axşamında istəyirəm qoşulam,

Çıxam gedəm bir yolluq durna qatarlarında.

Hüqonun Qavroşu tək küçələrdə üşüyüm,

Yağış sızsın üstümə evin divarlarından.

                           ***

Çəkdiyim sigarların kötüyünə əyilir

Ciyərimə yığılan siqarımın tüstüsü,

Liviyada ərəblər ip bağlayıb yıxdılar,

Bir zaman tapdıqları Qəddafinin büstünü.

                           ***

Çəkilirəm içimdə tikdiyim o daxmaya,

Azca hisə verilmiş balıq,bir qədəh şərab.

Yaslanıram taxtadan düzəltdiyim yatağa,

Dərd yerinə alıram qəlyandan iki qullab.

                           ***

Səhər tezden oyanıb qaçıram konfransa ,

Köynəyim ütüsüzdü, saç saqqalım dağınıq

Türksoydan bir nəfərlə yolumuzda bir düşüb,

Salam , əziz soydaşım ikimiz bir yoldanıq

                           ***

Danışırıq , yol boyu siyasətden doyunca,

Uyğurlardan söz düşür ürəyimə ox batır.

Elə bil ki yenidən üsyana hazırlaşır,

Günəşin batdığı yerlərdə Osman Batır.

                           ***

Alovlanır ,odlanır ruhum ,cismim,bədənim,

Göytürklərdən gələn qan damarımda dolaşır

Sığa bilmir sərhədlər içrə mənim qələmim,

Altaylardan Batıya,Ötükənə yol aşır.

                           ***

Konfransı bitirib dayanacağa doğru,

Yeyin addımlar ilə yol gedirəm fikirli.

Yağış yağır yenicə aldığım jaketimə,

Təzədi deyə hələ ,çoxdu məndə xətiri.

                           ***

Soyuyuram getdikcə bu müasir dünyadan,

Elm texnologiya ,yeni nəsil robotları.

Ən gözəli bozqırda köç halında yaşayış,

Vəhşi çöllərdə çapır hələ monqol atları.

                           ***

Məkkənin qapısında dayanıbdı Hülagü,

Atlarının ayağı çeyneyir tüm cahanı.

Savaşların birində topal qalmış sərkərdə,

Böyük Teymur adıyla şanlandırdı Turanı.

                           ***

Yaxın gəl ey balaca , bax özünə güzgüdə

Gör kimin nəvəsisən ,gör kimə var oxşarın.

Xorasandan Dehliyə qoşun çəkən baban var,

Tarixin son Fatehi Nadir Şah bəy Əfşarın.

                           ***

Yavaş -yavaş sökülür içərimdə daha dan,

Yaddaşım təyyarədə yazılı qara qutu.

Açıram gözlərimi otağın ortasında,

Uzadılıbdı yerə ümidimin tabutu.

                           ***

Sığınmağa yerim yox ,tək Tanrıdan savayı ,

Daşıyıram ruhumu özümdəndə dərində.

Beynimin son qatında böyük atom bombası,

Partlayacaq bir azdan ruhumun son yerində.

                           ***

Uçuruma doğru yol,bir iz varsa de gedim

Özümü atmaq kimi əyləncəm var uçrumdan.

Tanrım özün bağışla ,gəl məni burax gedim,

Xilas eylə nə olar ,məni yorğun ruhumdan.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest