Qarabağım – Şahin Əliyev
Şeir: “Qarabağım”
Müəllif: Şahin Əliyev
Qarabağ, sən qəlblərin döyüntüsü,
Dağların başında ucalan nursan,
Hər daşın, torpağın küllərdən doğub,
Ədalət simvolu, Zəfər yurdusan.
Qarış-qarış öpdüyüm torpağında,
Şəhid qanı ilə qutsal, müqəddəs.
Sən hər zaman vüqarla dayanmısan,
Səninlə qovuşur axır ki, hər kəs.
Sən azadsan artıq, ey şanlı yurdum,
Zəfərin rəng qatdı Azərbaycana,
Səninlə hər səhər açır Günəş’im.
Bayrağın enməzdir, qürurlu, uca.
Xarıbülbüllərin açır yenidən,
O Cıdır düzündə güllər, çəmənlər.
Qarabağ, sən mənim əbədi sevdam,
Səninlə yazıldı ən böyük dastan..!