GenelGüncelKültür Sanat

AYDAN ABDULLAYEVA

AYDAN ABDULLAYEVA

***

Mən bir evəm, pəncərəsi kor bir ev.

Mən bir yolam, yolçusu yox, tək-tənha.

Mən nə nağılam,  nə canı şüşədə div

Məni tapşır günəşə, məni tapşır sabaha.

Qoyma yesin ümidimi küləklər.

Qoyma sözüm uçub getsin qəlbindən.

Gəlib sənə deyəcəklər mələklər

Deyəcəklər… biləcəksən kiməm mən.

Deyəcəklər ki, qanadsız ayrılığam

Göy üzündən solub düşən ayam mən

Mən yuxuyam yatdı məni bulud,

Gördü qəbrimdə göy üzünə dönmüşəm.

Deyəcəklər ki, dili lal olmuş sözəm

Məni danışmaq olmur daha suya.

Mən gözlərimdən süzülüb düşən

Göz yaşımın sonuncu məktubuyam.

Oxu məni uşaqlara, oxu məni balıqlara

Oxu məni yağan qara, oxu məni yosunlara

Bilsinlər ki, ömür oyaqdı gözlərimdə

Bilsinlər ki, sağam, varam və həmişə olacağam.

***

İnan mənə buludlar torpaq üçün darıxanda ağlayır

İnan mənə göy üzü  sevgiləri ovucunda saxlayır.

Heç nə itmir göy üzündə.

Nə mən, nə sən, nə ömür.

Çoxdandı mənim ömrüm yerdə gözə görünmür.

Görəsən mən ömrümü kimdə, harda itirdim?

Ya solmuş yarpaqlarda, ya baharda itirdim?..

İndi kimsə keçmişdə üzünü göyə tutub şeir deyir günəşə

Mən günəşə inanıram, inanacam həmişə.

Bilirəm ki göy üzünün əllərində ümid var.

Bilirəm, ölməz heç kim, gedər, göyə sığınar.

Evi bilər göy üzünü, ulduz, ay da körpəsi.

Nə qədər ki uşaqlar yerdə gülər, danışar

O qədər ucadan gələr göy üzünün də səsi…

İnan mənə, gecə də keçib gedir ruhundan

İçimizdə bu ömrün qalmır qarası, ağı.

Və gərək ki gedəndə yenə unutmayasan

Gözündən axan yaşla, alnındakı qırışla

belə sağollaşmağı.

Yaşa elə yaşa ki, bil, gözünün yaşı da,

Alnının qırışı da nəfəs alır, yaşayır…

İnsan da yaşamağa gözündən axan yaşı

tanımaqla başlayır…

Görürsən yaşadıqca.

Biri nağıl danışır durmadan öz ömrünə

Biri elə hey deyir dayan, döz, döz ömrünə.

İnan mənə, bu ömür sevir səni, adını

Yaşa, elə yaşa ki, qırma ömrünün qanadını…

Hələ qanad açmalı, hələ uçmalısan sən.

Öz bağçanda gül əkib, özün öz ürəyində

çiçək açmalısan sən.

AYDAN ABDULLAYEVA
AYDAN ABDULLAYEVA

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest