GenelGüncelKültür Sanat

Ümbülbanu Həsən qızı

Naxçıvan ədəbi mühitində Ümbülbanu Həsən qızı Musayeva xüsusi yeri var. O , gənc nəslin təlim ,tərbiyəsi ilə məşğul olmaqla uşaqla ana dilimizin şirinliyini cə zənginliyini sevə- sevə aşılanmışdır . Dilimiz haqqında olan dövlət qərarlarımızın mahiyyətini gənc nəslə ö öyrətmişdir.
Ümbülbanu Həsən qızı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına, AHİK-in yubley medalları ilə təltif olunmuş , ədəbi yaradıcılığı,məqalələri onlarla fəxri fərman və diplomlarla dəyərləndirilmişdir O həm də Azərbaycan jurnalistlər birliyinin üzvüdür Musayeva “Yurd” jurnalında Baş Redaktorun müavini vəzifəsin də aparır. Onun yaradıcılığı çox sahəlidir. Vətənpərvərlik, turançılıq mövzusu olun yaradıcılığının əsas qayəsini təşkil edir. Şairənin bir neçə şeirini “Kırımın səsi qəzeti vasitəsilə oxuculara təqdim edirik.
Kirman Rüstamli
Ümbülbanu Həsən qızı
Ümbülbanu Həsən qızı

Hardasan?
Bir nəğmə çal qoy səsinə oyanım,
Bir quş olum pəncərəndən boylanım,
Nəğmə kimi gəl ruhunu oxşayım,
Nəğmə dolu ay ömürüm, hardasan?

Vüsal döysün ürəyimin qapısın,
Heç çəkməyim mən bu eşqin acısın,
Mirvari tək yar boynuma dolansın,
Sevgi dolu ay ömürüm, hardasan?

Bir nəğmə çal gülün səsə oyansın,
Cəh-cəh vuran bülbülünə boylansın,
Qucaq açıb öz gülünü səsləsin,
Sevgi dolu ay ömürüm, hardasan ?

Qar sevgisi
Qar yağa gecənin səssizliyinə
Sevgilinlə qoşa çıxıb gəzəsən
Qar yağa həm başın, çiynin ağara
Beləcə gedəsən xoş arzulara
Təmiz nəfəs ala sevinə ürək,
Hərdən naz edəsən şıltaq bir qız tək
Sevgilin oxşaya üzündə qarı.
Allana yanağın, qızara üzün,
Bitməyə yol boyu söhbətin,sözün,
Ovasan qar ilə hicranın gözün,
Vüsalıin istisi əridə qarı
Bitməyə bu sevgi,solmaya barı

Çətri götür
Gözlərini görə bilim,
Sənə olan ilk sevgimi
Gözlərimlə deyə bilim.
Çətri götür,
Gözlərini baxa bilim,
Qara telə axıb gələn,
Yağış suyun kirpiyimlə silə bilim.
Damcıları mirvaritək
Tellərinə düzə bilim.
Çətri götür …
Gözlərini görə bilim

Körpü salım gözlərindən
Sevgin ilə hey alışan
Gözlərimə..
Ayırmasın bizi fələk
Bu körpüdən birgə keçək
Qoşa gedək …
Vüsal adlı yuvamıza…
Gətri götür,
Götür gülüm.
Tanrı versin xeyir dua
Bizim sevgi dünyamıza

Nar çiçəyim
Al qırmızı ləçəyim,
Sarı taclı çiçəyim,
Bəhrəli barım mənim
Ay nar çiçəyim mənim

Sən bərəkət tacısan,
Dərdlərin əlacısan
Al qırmızı ləçəyim
Ay nar çiçəyim mənim

Hər giləndən qan damar,
Xəstə yesə çanlanar,
Yanağından qan damar
Ay nar çiçəyim mənim

Payızın gözəlisən
Xoncalar bəzəyisən
Arzular diləyisən,
Ay nar çiçəyim mənim

Əsgərim.
Bugün sənin günün sənin bayramın,
Tariximə zəfər yazan əsgərim,
Sildin alnımıza düşən ləkəni,
Tariximə zəfər yazan əsgərim

Əsarət zəncirinin didib dağıtdın
Zəfər tarixinə sən zəfər qatdın
Xankəndində bayrağımı ucaltdın
Xankəndinə zəfər yazan əsgərim

Xankəndindən ucaldı azan səsi
Xocalıda ruhlar bayram eylədi,
Kəsildi düşmənin hiyləgər səsi
Xocalıya zəfər yazan əsgərim

Bütövləşdi Qarabağın torpağı,
Başladı vətənin yeni növrağı
Sönmüş ocaqların yandı çırağı
Hər ocağa nur paylayan əsgərim…

“Yarasa”,”Yaşma”nın adı gələndə,

Ermənilər vəlvələyə düşəndə,
Xankəndində hərbi parad görəndə
Düşmənin bağrını yaran

Bu zəfər sənindir,şöhrət sənindir
Qəhrəman san,bu şücaət sənindir. ,
Azad olan torpaq bizim vətəndir
Tariximə zəfər yazan əsgərim!
08.11.2023

Güya müsəlmandı bu!
“Səhər” kanalına gəldi Güldəstə,

Hiylə ilə danışdı çox ahəstə,

Bizə ağıl verib durdu bax qəsdə İndi ayılıb ki

, müsəlmandır bu!

Xudafərin…Silah tutdu üzümə,
Az qalmışdı ordun girə gözümə
Ermənitək fars dirəndi üzümə
İndi ayıldı ki, müsəlmandı bu

Qış yuxusu görmüş xanım ayıldı
Gördü zəfərimizi birdən bayıldı,
Nə vaxtdan Təbriz farsın sayıldı?!
Tarixini bilmir , müsəlmandı bu ?!

Xankəndində Azan çoxdan səslənib,
Qurbanlıq quzular yaxşı bəslənib,
Qələbəmiz düz üç ildir səslənib
İndi ayıldı ki müsəlmandı bu?!

Otuz ildə Qarabağı görmədin,
Xocalıda qətlyam var demədin,
İman nədir, Quran nədir bilmədin,
İndi ayılıb ki ki müsəlmandı bu!

Öz dilində bir məktəbi olmayan,
Urmi gölü harayına qalmayan,
Oğulları zindanlarda asılan ,
Eybin görmür, güya müsəlmandı bu ?!

Təbriz Azərbaycandır- deyirik,
Kars torpağı türkün- bunu bilirik.
Urmiya kürdləşir, farsı görürük
Çox gec ayılıb farsi- müsəlmandı bu!

Zəngəzur bizimdir ,bizim olacaq,
Göyçə, İrəvan da zəfər çalacaq,

Vahid Azərbaycan Turan quracaq,
Onda biləcək ki müsəlmandı bu…
31 10.2023

Ceyran
Tanrı sənə vurub gözəl naxışı,
Badamı gözləri,ürkək baxışı,
Allah qələmiylə çəkib naxışı,
Gözlərin can alır, ay bala ceyran.

Gözəlliyin göz oxşayar,qəlb yaxar
Ovçu durub gözəlliyə hey baxar
Baxışın, duruşun çox canlar alar ,

Gözlərin can alır, ay bala ceyran

Vurğun heyran olub yanında qalıb,
O, ov tüfəngini aşağı salıb,
Əl tətikdə,gözü gözündə qalıb

Gözlərin can alır, ay bala ceyran

Ovçunu məst edib qara gözlərin ,

Çox yaraşır sənə qara gözlərin,
Salıb ürəyimə yara gözlərin
Gözlərin can alır, ay bala ceyran.
2023

Kəlağayı
Sən namus simvolum, sevgi payımsan,
Baş örpəyim namus tacım kəlağay
Sən yar ərməğanı, nişan payımsan,
Namus tacım baş örpəyim kəlağay.

“Kəlağayı” adını el verib sənə,
Əlin vurmaz namərd sənə, yad sənə,
Gözəlliyi verib təbiət sənə,
Namus tacım baş örpəyim kəlağay.

Sevgi simvolumsan , əmək barımsan,
Hər bayramda qız gəlinin payısan,
Anamda nənəmin yadigarısan,
Namus tacım baş örpəyim kəlağay.

Təbriz Gəncə Şamaxının payısan,
Şəki ,Naxçıvanın sənət varısan,
Sən Banunun buta adlı yarısan,
Namus tacım, baş örpəyim kəlağay

Ana dilim
Milli varlığımın anası dilim,
Anamın nəğməli laylası dilim,

Oğuz türklərinin sonası dilim,
Dədəmiz Qorqudun duası dilim

Ana dilim.


Babam Şah İsmayıl verdi fərmanı,
Vahid dövlət etdi Azərbaycanı,
Yazdı öz dilində sevgi dastanı,
Özü öz varlığın yaşadan dilim,
Ana dilim

Sən mənim nəğməli ana dilimsən,
Qəmli Arazımsan,dəli Kürümsən,
Damarda qanımsan,gözdə nurumsan,
Qanımda varlığın yaşadan dilim
Ana dilim.

O tayda Səhənd var,Şəhriyarın var,

“Gülüstan”ı yazan Bəxtiyarın var
Bu dildə danışan milyonların var.
Özü öz varlığın yaşadan dilim,
Ana dilim.
01.08.2023.

Qayıt
Sən getmisən hicran köçüb ömrümə,
Qayıt ay evimin odu,ocağı,
Yayda ayaz vurub mənim gülümü
Qayıt ay evimin yanar çırağı,

Günəş olum yollarına nur saçım,
Nərgiz olum ömrünə ətir saçım,
Mirvari tək gəl boynuna dolanım,
Qayıt ay ömrümün yanar çirağı

Banu yol gözləyər səni axtarar,
Səyyah olub yer üzünü dolanar,
Yol gözləyən gözlər səni axtarar,
Qayıt ay evimin yanar çırağı


Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest