Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Şərqşünaslıq İnstitutunda olublar
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Şərqşünaslıq İnstitutunda olublar
Bakı şəhəri 24 yanvar 2024-cü il
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, Ekspozisiya və Fond” şöbəsinin əməkdaşları Aysu Bülbülzadə və Ülkər Zeynalova AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda elmi ezamiyyətdə olublar. Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlarına İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə Azərbaycanın Şərq ölkələri ilə münasibətləri, İnstitutun yaranma tarixi və fəaliyyəti, elmi işləri, keçirilmiş yerli və beynəlxalq konfranslar, nəşr olunmuş əsərlər, xüsusilə də azərbaycanlıların soyqırımları haqqında yazılımış Azərbaycan, türk, ərəb, fars, ingilis dillərindəki əsərlər barəsində geniş məlumat verilib.
Görüşdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı da iştirak edirdi.
Kompleksin əməkdaşları İnstitutun alimləri ilə fikir mübadiləsi aparıb, azərbaycanlıların soyqırımı haqqında əsərlərdə tanış olub, kitabxanadan da istifadə ediblər. Sonda “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlarına Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitab və jurnallar hədiyyə edilib.
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Əlaqə:
(050) 252 04 73
(055) 644 99 87
[email protected]