Zoğal yeyin ,sağlam olun
Zoğal yeməyi unutmayın
Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən zoğal bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edirik.
Ümid edirik ki, faydalanacaqsınız.
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır. Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. Ona Avropada (Fransa, İtaliya, Şərqi Avropa, Ukrayna, Moldova, Rusiya), Qafqaz, Mərkəzi Asiya, Çin, Yaponiya və Şimali Amerikada rast gəlmək mümkündür. Çox qəribədir ki, zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və tam meyvənin yetişməsinə kimi azı 5-6 ay keçir. Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı tanımadığımı da qeyd etməliyəm. Bir çox hallarda kol, təsadüfü hallarda isə 5-7 metr hündürlüyündə olan ağacda yetişir. Tarixçilərin bildirdiyinə görə İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal sümüklərinə rast gəlinib. Lakin mən sizə bu xəbərimdə zoğalın tarix boyu hansı mərhələləri keçdiyindən bəhs etməyəcəm. Bu xəbərimdə sizə zoğalın kimyəvi və müalicəvi əhəmiyyətindən bəhs edəcəyəm.
Zoğalın kimyəvi tərkibi
Zoğalın qabıq hissəsindən 6,25-8,1% aşı maddəsi, üzvi turşular, budaqlarından 5,84% aşı triterpenoidlərdən ursol turşusu, yarpaqlarından sulu karbohidratlar, C vitamini, fenolkarbon turşularından qal, ellaq turşuları, 7-17,6% aşı maddəsi, kversetin, kempferol flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və onların törəmələrindən qall və ellaq turşuları, rutin, izokversetin, kversitin (3- β karotin, α -karotin), kversetin, meyvəsindən sulu karbohidratlar, saxaroza, 0,63-1,44 pektin, alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C vitamini, 0,13-0,89% aşı maddələri, leykoanosianlar, delfinidin, sianidin, peonidin, malvidin, 3-ramunorilqallaktozid, 3-
Tibbi əhəmiyyəti
Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur. Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər – ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun cəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.
Unutmayın ki,zoğal şəkərin ən yaxşı dərmanlarından biridir.Hər stəkan qaynar çaya 8-10 dənə zoğal atmaqla pəhrizinizi tənzimləyin.
Zoğal yeyin ,sağlam olun.
Məncə, Azərbaycanda ən yaxşı zoğal İsmayıllıda Diyallı kəndinin ətraf meşələrində , Qəbələnin Bunud kəndində yetişir.
Nazim Nəsrəddinov.
09.09.2018.