Ermənistan ordusundakı özbaşnalıq davam edir – Kamal Salayev
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi
012 5020148; 055 9016455
Ermənistan ordusundakı özbaşnalıq davam edir
2021-ci ilin dekabrın 11-də ria.ru[1]xəbər agentliyinin verdiyi rəsmi məlumata əsasən, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən erməni əsgəri öz həmkarının öldürülməsində şübhəli hesab olunaraq saxlanılmışdır. Bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilərək, şənbə günü öz xidmət yoldaşını qətlə yetirən erməni hərbçisinin saxlanıldığı qeyd olunmuşdur. İlkin məlumata görə, təqsirkar hesab olunan erməni əsgərinin öz odlu silahından açdığı atəş nəticəsində [1]2002-ci il təvəllüdlü hərbçi ölümcülyara almış, iki hərbçi isə yaralanmışdır. Armeniasputnik-in [2]verdiyi məlumata əsasən, qətlə yetirilən erməni hərbçisinin Senik Arzumanyan olduğu öz təsdiqini tapır.
Görünüşə görə, bu gün Ermənistan Ordusunda xidmət edən hərbçilərin arasında əslində birliyin olmaması, daxili çəkişmələrin və özbaşnalığın hökm sürməsi özünüaçıq-aşkar şəkildə biruzə verir. İqtisadiyyatı tənəzzülə uğrayan Ermənistanın ordusunda xidmət edən hərbçinin ordunun ərzaq anbarından oğurluq etməsi [3]də təsadüfi bir hal hesab oluna bilməz. Bu məqamda onu qeyd etmək etmək yerinə düşər ki, hələ 2017-ci ilin mayın 27-də N saylı hərbi hissənin ərzaq anbarının rəisinin öz bacısı oğlunun şəxsi maşını ilə anbardan xeyli miqdarda müxtəlif növ ərzaq məhsullarını oğurlayaraq evinə aparması faktı qeydə alınmışdır.
İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandanımız İlham Əliyevin sayəsində müzəffər Azərbaycan Ordusunun tarixə imza atdığı böyük qələbədən sonra erməni ordusu sözün əsl mənasında ağır itki vermiş, sarsılmış və bir daha özünə gələ bilməmişdir. Nizam-intizamın olmadığı erməni ordusunun rüsvayçı vəziyyəti sosial şəbəkələrdə [4]yayılmış və bunun nəticəsində erməni ordusu nəinki Ermənistanda, dünya miqyasında biabır olmuşdur. Öz havadarlarının hesabına pulsuz silahlarla və texnikalarla təmin olunan Ermənistandakı Paşinyan rejimi Ermənistanı uçuruma aparan başlıca amildir.
Qeyd etmək lazımdır ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri vaxtaşırı olaraq erməni saytlarında və KİV-lərində dezinformasiyalar yayımlayaraq heç bir əsası olmayam ittihamlara yol açırlar. Erməni mətbuatı İkinci Qarabağ müharibəsi zamanı tez-tez yalan məlumatlar yayımlamış, lakin bu məlumatların əslində dezinformasiya xarakterli olduğu ortaya çıxmışdır.
İkinci Vətən müharibəsində hər kəsə birmənalı şəkildə aydın oldu ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunda olduqca peşəkar və vətənə daim sədaqətli olan hərbçilər xidmət edir.Təsadüfi deyildir ki, “Novıye izvestiya” adlı [5] informasiya agentliyinin saytında bir blogerin Ermənistan barəsində haqlı olaraq belə bir qənaətə gəlir ki, nə Paşinyanın, nə də kiDavid Tonoyanın ali təhsili yoxdur. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti əslində heç bir təcrübəyə malik olmayan şəxslər tərəfindən idarə olunur. Başqa sözlə desək, ermənilər bir qayda olaraq öz havadarlarının sözü ilə oturub-durur və onların mənafeyinə xidmət edirlər.
Qeyd etmək lazımdır ki, ermənilər orduya könüllü şəkildə getmir, xidmətdən boyun qaçırır, fərarilik edirlər. Buna sübut olaraq,Qarabağda döyüş meydanından qaçanları cəzalandırmağın yolunu axtaran erməni general-mayoru Stepanyanın 2020-ci ilin noyabrın 13-də “Sputnik Armenia”ya verdiyi müsahibəsini göstərmək olar. Stepanyan fikrini bu şəkildə ifadə edir: “Döyüş mövqelərini tərk etmiş çoxsaylı fərarilərimizin olması faktını döyüş əməliyyatlarının bir çox iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları da təsdiqləyir. Bu vəziyyətdə biz nə etməliyik? Təbii ki, heç kəsi bağışlamaq olmaz.Bu qədər adamı həbs etmək mümkün deyil, ona görə də onları cəzalandırmaq üçün alternativ yol tapmaq lazımdır.Əgər hakimiyyət indi bu fərarilik hallarına göz yumsa, bu, təhlükəli hadisəyə çevrilə bilər”[6].
Şuşanın işğaldan azad olunmasından sonra Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın [7]gizli telefon danışığı aşkar olunmuşdur. Bu barədə yerkramas.org – informasiya agentliyi məlumat vermişdir. Həmin telefon danışığından Arutyunyanın acizliyi açıq-aşkar görünür: “Nə etməliyəm? Artilleriya yoxdur. Heç nə yoxdur. Mən nə etməliyəm?”Belə bir məqam artıq Ermənistan ordusunun daxilində necə ciddi fəsadların olduğundan xəbər verir.
Qeyd etmək lazımdır ki, Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanın [8]açıqlaması da erməni ictimaiyyətində kəskin reaksiyaya səbəb olmuşdur. Belə ki, erməni generalı keçirilən hərbi əməliyyatların təşkil olunmasında ciddi nöqsanlara yol verilməsindən, hərbi-siyasi rəhbərliyin səhlənkarlığından, həmçinin, səfərbərlik prosesində, silah-sursatın alınmasında və kadr təyinatında ciddi səhvlərə yol verilməsindən bəhs etmişdir.Generalın belə bir açıqlaması isə onun Xüsusi İstintaq Xidmətinə çağrılmasına səbəb olmuşdur.
M.Akopyanın bəyanatına görə, müharibənin üçüncü günündə Ermənistanın baş naziri N.Paşinyan hərbi hissələrin doldurulmasını dayandırmağı əmr etmiş, vətəndaşları könüllü olmağa çağırmışdır. Lakin qeyd etmək lazımdır ki, işsizliyin baş alıb getdiyi Ermənistanda onsuz da çətin vəziyyətdə yaşayan yerli xalq orduya getməkdən boyun qaçırmışdır.
- Армянского военного задержали по подозрению в убийстве сослуживца /11.12.2021/ https://ria.ru/20211211/soldat-1763298546.html
- По делу о гибели армянского военнослужащего задержан его сослуживец /11.12.2021/ https://ru.armeniasputnik.am/20211211/po-delu-o-gibeli-armyanskogo-voennosluzhaschego-zaderzhan-ego-sosluzhivets-36334111.html
- Erməni ordusunda acınacaqlı vəziyyət /15.12.2017/ https://ordu.az/az/news/124117/ermeni-ordusunda-acinacaqli-veziyyet-usaqlarima-gore-etdim-
- Ermənistan ordusunda acınacaqlı vəziyyət /27.10.2020/ https://www.xezerxeber.az/news/veb-tv/311657/ermenistan-ordusunda-acinacaqli-veziyyet
- Дилетанты против профи: почему армянская армия обречена на поражение от Азербайджана /5.10.2020/ https://newizv.ru/article/general/05-10-2020/diletanty-protiv-profi-pochemu-armyanskaya-armiya-obrechena-na-porazhenie-ot-azerbaydzhana
- Степанян: нужно найти способ наказать дезертиров, бежавших с поля боя в Карабахе /13.11.2020/ https://ru.armeniasputnik.am/20201113/Stepanyan-nuzhno-nayti-sposob-nakazat-dizertirov-bezhavshikh-s-polya-boya-v-Karabakhe–25321610.html
- Опубликована скандальная запись разговора Араика Арутюняна в дни войны (аудио) /12.12.2020/ https://yerkramas.org/article/177328/opublikovana-skandalnaya-zapis-razgovora-araika-arutyunyana-v-dni-vojny-audio
- Резонансные заявления Мовсеса Акопяна о ситуации в Карабахе. Разбор месседжей /19.11.2020/ https://ru.armeniasputnik.am/20201119/Rezonansnye-zayavleniya-Movsesa-Akopyana-o-situatsii-v-Karabakhe-Razbor-messedzhey-25413623.html