AZERBAYCANDAN GÜNEL VÜGAR’IN YAZISI
Vətən sadəcə 5 hərfdən ibarət olmayıb, özündə bir bütünü əhatə edən kəlimə, uğruna qanlar
tökülən,can alınan doğma yurdumuz.Təbii ki Vətəndən danışdığımız zaman onun uğruna canından
keçmiş Şəhidlərimi əsla unuda bilmərik.
Vətənimizin ordusu yenilməz və güclüdür! Bunu döyüşlərdə qanı bahasına qoruyan Şəhidlərimiz
“Aprel döyüşlərində” bir daha sübut etdilər. Bu döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Qabil
Orucəliyev, Kamran Şirəliyev, Vüqar Yusifov,Sərxan Bayramov,Emin Babayev,Rasim Məmmədov,Elnur
Əliyev,İnqilab Quliyev, Nurlan Əsgərov,Orxan Müstəcəbov,Tural Qurbanov bu siyahı bitmir və bitməz
! “Aprel döyüşləri” bizə kədər bəxş etsədə Tarixdə bir daha qəhrəmanlıq səhifəsi təkrarlandı. Sübut
olundu ki,biz hər zaman hazırıq! Biz hər zaman güclüyük! Vətən övladları xalqımızın tarixinə
qəhrəmanlıq səhifəsi yazdılar.Onlar bu vətəni yaşatdıqlar!
Vətən uğrunda canından keçmiş, Azərbaycanın Milli Qəhrəmanlarından biri də Çingiz Mustafayevdir.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18sənədli film çəkmişdir.
Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı . O, cəbhədə bir əsgər, zabit və hətta
komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz Mustafayev sayəsində Qarabağ döyüşlərini
dünya ictimaiyyəti birliyinə çatdıra bilmişik.
Vətənimizin digər igid Qəhrəmanlarından biri də Mübariz İbrahimovdu.Biləsuvar rayonunda dünyaya
gələn , torpaq, vətən sevgisini dərk etdiyi gündən torpaq eşqi ilə yanan Mübariz bir canım var o da
vətənimə qurban deyib! Mübariz son məktubunda da bunu bildirib:
Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol
dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim
sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə,
sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin.
Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı
halal edin.Vətən uğrunda igidlərin adlarını çəkdiyimiz zaman qanlı “20 Yanvar” döyüşlərini əsla
unutmaq olmaz . Həmin gün xalqımızın birliyi, millətin tək yumruq kimi birləşməsi ,vətəni uğrunda
mübarizə meydanına qalxması tarixin silinməz vərəqlərindən biridir. Acı amma müstəqilliyi bizə bəxş
edən bu dönəmdə Ana Vətəni qoruyub şəhidlik zirvəsinə qalxan qəhramanlarımızı Unutmadıq!
Unutmayacayıq!
“20 Yanvar “ döyüşləri zamanı şəhid olan igidlərimiz haqqında məlumat verəcəm:Azər Ələkbərov
Bakıda dünyaya şəhid olduğu zaman 23 yaşında idi. Azərbaycan Dövlət incəsənətUniversitetinin
rejissorluq fakültəsinə daxil olub. III kursda oxuyurdu.Azər Ələkbərovun acısını atası Nəsib Ələkbərov
belə təsvir edərək qeyd edib: Aman allah, oğul dərdi nə yaman olurmuş. O bizi od-alova salıbGetdi.
Onun yeri soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!
“20 Yanvar “ döyüşləri zamanı şəhid olmuş Cavad İsmayılov haqqında yazacam:Cavad İsmayılov 1962
-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Bakı şüşə zavodunda fəhlə işləyib. Hadisədən sonra iki qız
övladı yadigar qalıb.Cavad İsmayılov tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin qohumudur.İndi isə
dünyasını dəyişərkən daha həyatının ən gözəl çağında olan İlqar İbrahimovdan danışmaq istəyirəm: O
, dünyasını dəyişərkən 13 yaşında idi.Hələ 7-ci sinif şagirdi olan İlqar Qanlı gecədə şəhid olmuşdu.
Azad Allahverdi oğlu Rzayev — 20 yanvar şəhidi.Azad Rzayev 1965-ci il oktyabrın 10-da Bakıda
anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyirdi. İki qızı vardı.Yanvarın 20-də gecə saat 00.04-də
Rzayev Azad, Rzayev İlham “Kamaz” markalı maşında Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-
469 hərbi maşını bu maşını ötüb
Keçmiş və onlara güllə atmağa başlamışdır. “KAMAZ” maşınının qabaq və yan şüşələri tamamilə
sıradan çıxmışdır. Sürücü mümkün qədər hadisədən qaçmaq istəmiş, lakin buna müvəffəq
olmamışdır. Azad Rzayev ağır güllə yarası almışdır. O, Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin
onu qəbul etməyiblər. Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər. Yolda olarkən Azad
Rzayev şəhid olmuşdur.Daha bir şəhidimiz isə Kamal Məmmədovdur. O, 1955-ci ildə Bakı şəhərində
dünyaya gəlmişdir. Həmin gecə Sabunçudan SuraxanıBenzindoldurma məntəqəsinə gedərkən
Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Mərhumun bədənində çoxsaylı
güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.
Namiq Əliyev isə həyatının ən gözəl çağında 24 yaşında dünyasını dəyişib. Namiq Əliyev 1965-ci il 19
iyulda Bakıda anadan olub. «Zümrüd» restoranında aşpaz işləyib. Subay idi.3 bacının bir qardaşı olan
Namiq amansızcasına Qanlı döyüşlərdə öldürülmüşdür.Erkən yaşlarında şəhidlik zirvəsinə ucalan
digər bir qəhramanımız isə Yusif Sadıqovdur.Yusif Sadıqov universiteti fərqlənmə ilə
bitirib,aspiranturaya daxil olmuşdu.Və təzəcə nişanlanmışdı.Ailənin sonbeşiyi olan Yusif qanlı
döyüşdə,24yaşında şəhid olmuşdur.
Vətən şəhidlərini unutmur.Əsla unudulmasına icazə verməyəcəyik!