Genel

Qaçıb təbiətin isti yuxusu – Ülkər Nicatlı

Ulkər Nicatlı

Qaçıb təbiətin isti yuxusu

Qaçıb təbiətin isti yuxusu,

Diksinir yarpağın ölüm qorxusu.

Hopub üst- başına kədər qoxusu

Məni bu payızdan ötür, ilahi.

                 ***    

Yetmir bu ümidin sözü həsrətə,

Buludlar yol alıb üzü həsrətə,

Bir əlçim çarə et özün həsrətə,

Məni bu payızdan ötür, ilahi.

               ***

Bu kövrək qəlbimin soruş halını

Qopar sinəmdəki dərdin xalını.

Getdiyim yolların qırışıb alnı,

Məni bu payızdan ötür, ilahi.

            ***

Yaman qəribsəyib odum,ocağım,

Dərdə bələnibdi qoynum,qucağım,

Qalıb uzaqlarda o gənclik çağım,

Məni bu payızdan ötür, ilahi

BİR OVUC QARABAĞ VERİN

Umidi qursaq əvəzi

Bacanızdan atdım, ellər!

Bir ovuc Qarabağ verin,

Bu bayramda dadım,ellər!

              ***

Qeyrətimə bu ten yollar,

Haçan mənə vətən yollar?

Qələbəyə gedən yollar,

Baxır maddım-maddım, ellər!

                 ***

Atan,anan, bacın idi,

Senin qeyrət tacın idi.

Bir vaxt Şuşa, Laçın idi,

Yaddan çıxıb adım, ellər!

             ***

Hər daşda bir ünvan yatıb,

Arzu yatıb, güman yatıb.

Xiyaban-xiyaban yatıb,

Neçə min övladım,ellər!

            *** 

Damarda çağlar dənizlər,

Səngər – səngərdir bənizler.

Dalğalanır Mübarizlər,

Gəlir addım-addım, ellər!

                Yağış

Bir qərib nəğmənin misraları tək,

Mənim ürəyimə yağır bu yağış.

Göydə doluxsunmuş tənha mələyin,

Qəmli gözlərindən axır bu yağış.

                     ***

Sən çıxıb gedəli yolların üstə,

Nə vaxtdır dözümüm,səbrim islanıb.

Bu bəyaz yağışın damlalarında,

Bir vüsal həsrəti ruh misralanıb.

                    ***

Bu yağan yağışın payız qoxusu,

Həsrətlə çırpınır könlümə hopur.

Kövrək ürəyimə təsəlli kimi,

Yağış damcıları üzümü öpür.

            Bir ovuc göz yaşı

Bütün ayrılıqlar belə başlayır,

Bir ovuc göz yaşı…bir misra sükut.

Ürəkdə ağrının qaçır dodağı,

Ümid pıçıldayır,onu gəl unut.

                   ***

Sanki duz səpilmiş yaradır indi,

Sənli xatirəyə bələnmiş ömür.

Alnımdan yazını pozub getmisən,

Bəxtimin nə vaxtdı gözləri görmür.

                 ***

Ala gözlərində azıb qalırdım,

Səssiz baxışların nəğmə kimiydi.

Sevgi yollarında üşüyən bəxtim,

Mənim göz yaşımı əynimə geydi.

                    ***

Solğun yanaqlarım bəyaz varaqdır,

Sozsüz misralarla islanır hər gün.

Tanrım,bu omürdən çıxıb gedirəm,

Qəlbimi bu nakam sevgiyə bükün.

          Təbəssüm

Göz yaşımı

varaqlayır səsim.

Ürəyini tutub

ürəyimə yıxılır

Tanrıya oxuduğum

dualar.

Çox uzaq deyil ki,

Məndən sənə,

qələmdən varağa

bir misra yol var…

İnamsızlıq qoxuyur dünya…

Ürəyimdəki

sevgi qoxulu bir misraya

söykəmişəm üzümü…

Uca dərgaha sarı

yarpaqlayan əllərimdə

mələk təbəssümü…

Sevginin payızı

Canım gözüm ayrılıqlar içindən,

Keçib gedən o qız sənə tanışmı?

Bəxt dalınca göndərdiyi ümidi,

Qayıtsa da xəcalətdən danişmır.

                       ***

Kirpikləri yarpaqlayır hər gecə,

Duaları daha payız qoxuyur.

Ayrılığın əlifbasın öyrənib,

Ovcumdakı ürəyini oxuyur.

                 ***

Ləpirləri güzgüsüdü yolların,

Tellərini öpüb qaçır küləklər.

Bəyaz-bəyaz varaqlarda ağlayır

Arzu – arzu çiliklənən ürəklər.

                      ***

Unudubdur doğmalığın dadını,

Bir yaxın gəl öp uzündən o qizın.

Bu şəhərin yaddaşına sevgi səp,

Könlünü al doluxsunan payızın.

               ELLƏR

Umidi qursaq əvəzi

Bacanızdan atdım, ellər!

Bir ovuc Qarabağ verin,

Bu bayramda dadım,ellər!

             ***

Qeyrətimə bu ten yollar,

Haçan mənə vətən yollar?

Qələbəyə gedən yollar,

Baxır maddım-maddım, ellər!

                   ***

Atan,anan, bacın idi,

Senin qeyrət tacın idi.

Bir vaxt Şuşa, Laçın idi,

Yaddan çıxıb adım, ellər!

                 ***

Hər daşda bir ünvan yatıb,

Arzu yatıb, güman yatıb.

Xiyaban-xiyaban yatıb,

Neçə min övladım,ellər!

                      ***

Damarda çağlar dənizlər,

Səngər – səngərdir bənizler.

Dalğalanır Mübarizlər,

Gəlir addım-addım, ellər!

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest