XOŞ GƏLDİN
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Əsəd Cahangir
XOŞ GƏLDİN
Sayın Rəcəb Teyyub Ərdoğanın Azərbaycana gəlişinə
Qədəm basıb dost elindən,
Dədəm, xoş gəldin, xoş gəldin!
Nə gözəldir səndəki bu qədəm!
Xoş gəldin, xoş gəldin!
***
Ər igidlərin başısan,
axınçılar yoldaşısan!
İlhamımın qardaşısan
madəm! Xoş gəldin, xoş gəldin!
***
Gəldin… gül açdı üzümdə,
güldü dağım da, düzüm də!
Fikrimdə məna, sözümdə
nidam! Xoş gəldin, xoş gəldin!
***
Sayınlardan sayın hocam,
əlin öpəm, boyun qucam!
Gəlişinə bilsən necə
şadam! Xoş gəldin, xoş gəldin!
***
İlk gündən ana beşiyim,
zor gündə sənsən keşiyim!
Gəl, sevinsin ev-eşiyim,
odam! Xoş gəldin, xoş gəldin!
***
Yürü, Turan ellim, yürü,
nur olub dünyanı bürü!
Ürəyimdə qanım, nuri-
didəm! Xoş gəldin, xoş gəldin!
***
Zülmətlərdə şimşəksən ya,
Haqq uğruna gərəksən ya!
Göydən enən mələksən, ya
adam? Xoş gəldin, xoş gəldin!
***
Əski çağdan gələn səsim,
Tanrıdağdan gələn səsim,
Qarabağdan gələn səsim-
sədam, xoş gəldin, xoş gəldin!
***
Ey qutsal ruh, sən kimsən, kim?
Andı əzəl, sözü hakim!
Məhəmməd, İsa, İbrahim,
Adəm! Xoş gəldin, xoş gəldin!
08:17