Sharipova Gulzira Khashimzhanovna (Gulzira hanim)
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Sharipova Gulzira Khashimzhanovna (Gulzira hanim)
20 fevral 1957 -ci ildə Qırğızıstan Respublikasının Oş vilayətində anadan olub. Milliyyətcə özbəkdir, ali təhsillidir. 1983 -cü ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ədliyyə, prokurorluq və bələdiyyənin ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.. 1 -ci dərəcəli hüquqşünasdır. Hal-hazırda “Demokratiya və İnsan Haqları” qeyri-kommersiya təşkilatının Daşkənd bölgəsindəki regional şöbənin müdiri, Bekabad şəhərində “Adalət” partiyasının sədri vəzifələrində çalışır. Şair və tərcüməçidir. “Rusiyanın Qızıl Qələmi-2020” beynəlxalq müsabiqəsinin laureatıdır.Ailəlidir, üç övladı var.
Payız yarpağı
Çəhrayı fəsilqayıtdı,
Gözoxşayannaxışıyla.
Səssizcə sardı həryanı,
Duruşuyla, baxışıyla.
***
Sarı donlu ağacların,
Nəfəsindən buz yağırdı.
Şaxta vuran bir yarpağın,
Üzünə baxmaq ağırdı.
***
Dünən yaşıl libasından,
Xoşbəxt gözləri baxırdı.
Bu gün solmuş baxışından,
Sınıq bir həsrət axırdı.
***
Ancaq həyat arzusunu
Payız oyum-oyum oyur.
Küləklər qovur havada,
Payız ömrünə son qoyur.
***
Yarpaqlar ayaq altına,
Sanki vedrədən tökülür.
Bunu izləmək çətindir
Yarpaq torpağa bükülür.
***
Bax, bu saralmış yarpaqla
Yenə həyat iç-içədir.
Bu dərdli xəzandan sonra.
Həyat yenə davam edir.