Qara yazı
Qara yazı
Bağlamışıq yaraların üstünü,
Sağalıbmı, qaralıbmı, görünmür?!
Yaşayırıq yalan-palan bu ömrü…
Üç günlükmü, beş günlükmü bilinmir?!
*****
Zaman uçur heç görünmür izləri,
İgid ömrün yerə gəldi dizləri,
Təbəssümlə ötüşdürdük üzləri,
ALLAH şahid, sidq ürəklə gülünmür.
*****
Baş aparır düşüncəmiz uzağa,
Kəm düşünmək hərdən salır tuzağa,
Fəhlələrik, haradan olduq biz ağa?!
Alnımızdan qara yazı silinmir.
Bakı-20/08/2021