Genel

Orhan Arasın Azərbaycana köç edən Almanlar haqqındakı “Helenendorfun sonuncu şahidi” kitabı Qanun Nəşrlər Evində çap olundu.

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Orhan Arasın Azərbaycana köç edən Almanlar haqqındakı “Helenendorfun sonuncu şahidi” kitabı Qanun Nəşrlər Evində çap olundu.

Almaniyada yaşayan məşhur yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” adlı kitabında 19-cu əsrin əvvəllərində Qafqaza köç edib gəlmiş Almanların Azərbaycan ərazilərində qəsəbə və kəndlər salaraq üzümçülük və kənd təsərrüfatı işləri ilə məşğul omaları və onlarınsonrakı  taleyindən bəhs edir.

Gəncə yaxınlığındakı Helenendorf qəsəbəsində, Qazax rayonunun kəndlərində  alman əsilli insanlarla görüşlərində insan taleləri, onların həyata olan sevgiləri və faciəli sonluqları ağrılı şəkildə təsvir olunur.Sonuncu alman olan Sami ilə görüşlərində müəllifin qələmə aldığı söhbət səhnələrini oxuduqca acı taleli bu  mavi gözlü zavallı insanların arzu və istəklərinin soyuq Sibir çöllərindəsona yetməsini ağrısız təsəvvür etmək olmur.

Birinci Qarabağ müharibəsində Şuşadan köçkün düşən  tarix müəlliminin də taleyindəki ağrılı naxışlar alman əsilli Saminin taleyi ilə üst-üstə düşür.Əsərdə Azərbaycanın zəngin təbiyyəti, insanların qonaqpərvərliyi, mənəvi dəyərlər, tolerantılq dəyərləri qabarıq şəkildə təsvir olunur. Kitabı Türkiyə türkcəsindən dilimizə şair-publisist nazim Əhmədli uyğunlaşdırıb.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest