GenelGüncel

Nüktə və Nöqtə… Özü də müftə …

Var hərənin öz arşını,ölçüsü…
***

Heç əziyyət çəkməyin.

çul bəsidir

eşşəyin.

Yəhər –  atlar üçündür,

atları yəhərləyin.
______***________

Narahatlıq

***

Narahatam, narahat,
yuxum qaçıb gözümdən..
Öz dərdim, özgə dərdi…
Buna necə dözüm mən?..

*
Saatın tıqqıltısı…
Döyəcləyir özünü..
Səsi aləmə düşüb,
sanki görmür hç kimi…

*

Yol keçən maşınların
səsi gəlir arabir…
Düşüncələr nə qədər,
dərdlər çoxdur,  yara -bir.

*

Hərə öz işindədir,
kitablara baxan yox,
Söz deyirlər, közü yox,
yandıran yox, yaxan yox.

*

Belə getsə, zəmamə
əlifbasız qalacaq…
Ay Allah, bu dünyanın 
işi necə olaxcaq?

*
Əlim çənəmdə qalıb,
mən gözümü döyürəm…
Günahkar adam kimi
öz-özümü söyürəmm...

***
Nazim NəsrəddinovBakı,

16.05.2021

Pin It on Pinterest