GenelGüncel

Nazim Nəsrəddinov: Hər bir ailə kitabxanasında izahlı lüğət olmalıdır.

İzahlı lüğət- hər bir dilin konstitusiyası- qanun kitabıdır.

İzahlı lüğətlərdə dilin lüğəvi (leksk )  mənası öyrənilir.Lüğəvi məna – sözün yada düşən ilk nənasıdır.

İzahlı lüğətlərdə  lüğəvi mənaları yaddaşlarda daha da möhkəmlətmək və yaşatmaq üçün müəyyən nümunələr də verilir.Belə nümunələr  əksər hallarda cümlə şəklində olur.
***

Sözün leksik mənası tarixən az da olsa,dəyişilə bilər.Bu məqamlar izahlı lüğətlərin tərtibi zamanı  mütləq öz əksini tapmalıdır.Müəyyən müddətdən sonra sözün orfoqrqfiyası da dəyişdirilə bilər.Bu, adətən,geniş müzakirələrdən sonra baş verir.Orfoqrafiya lüğətləri hər beş ildən bir dəyişdirilməlidir.Bəzən bu proses ləngiyə bilər.

Hər adam orfoqtfiyaya müdaxilə edə bilməz.Bu iş dilin qanunauyğunluqları əsasında aparılmalı, lüğət hökumət komissiyasının qərarı ilə dəyişdirilməlidir.

Orfoqrafiya lüğətçiliyi sahəsində rus alimləri ciddi araşdırmalar aparərlar.Elmlər Akademiyasının xətti ilə, burada dilə hər il daxil olan sözlərin də ayrıca kitab şəklində çap olunması artıq, ənənəyə çevrilmişdir. 

Yenidən izahlı lüğətlərə qayıdırıq.

Mənim  ən maraqlı kitablarımdan biri “Qədim türk sözləri lüəğti”dir.Bu lüğət ona görə maraqlıdır ki,burada məişət leksikasına da, alqışlara da, qarğışlara da,söyüşlərə də yer verilib.Burada bu gün utanaraq deyə bilmədiyimiz sözlər də öz əksini tapıb.

Bu lüğət izahlı lüğət olmasa da, müasir izahlı lüğətlərin bələdçisidir.

Söz – ən çox mətbuat vasitəsilə yayılır.Bugünki  milli türkdilli mətbuatın inkişafında “Əkinçi”, “Ziya”,

Ziyayi-Qafqasiyyə”,”Kəşküül” və “Tərcüman”ın rolu inkaredilməz faktdır.

Görkəmli mətbuat xadimləri bəzən bütöv bir məqalani bir sözün izahının xatirinə yazımışlar.

Çox maraqlıdır ki, bu gün də  bu ənənəyə əməl olunur.Bu cəhətdən

“Kırımın sesi” qazetinin yazarlarının   çoxunun  zəhməti xüsusi qeyd olunmalıdır.Onlar türk dünyasının müxtəlif yerlərindən göndərdikləri yazılarında qədim türk dillərinə aid olan sözləri elə məharətlə işlədirlər ki,bu sözlər müəyyən müddətdəb sonra müasir türk ədəbi dillərinin lüğət tərkibində özlərinə yer tarırlar.

Bu ənənə ortaq türk dili ideyasını həyata keçirmək üçün maraqlı görünən ynaşma üsuludur.

Mənim adım  ərəb mənşəli “nəzm” sözü ilə ilgili olsa da, ara-sıra fikirlərimi poetik sözlə ifadə etməyə çalışsam da, mən özümü şair hesab etmirəm.,Mən  daha çox söz oyunu,söz yozumu,sğz incələməsi ilə məşğulam. Bəzən özüm də hiss etmədən müəyyən bir şeirdə pxucunu başqa cür düşünməyə səsləyirəm.Səsimi eşidən də olur, eşitməyən də, başa düçən də olur, başını yelləyib

gülümsəyən də.Hər halda mən oxucularımı özümə aid düşüncə tərzi ilə düşündürməyə çalışıram.

Bir ay bundan əvvəl ağılma  maraqlı fikir gəldi.2 bəndlikik bir fikir çələngi bağladım.Adını yazandan sönra  tapdım :   “Appa yeyən qocalar“.

Appa-  bizim tərəflərdə ən çox işlənən uşaq sözlərindən biridir.Bəlkə heç lüğətə də düşməyib.Amma bizlərdə hamı uşaq vaxtlarından appa yeyə-yeyə böyüyüb.

Appa yeyən qocalar...
***
Qocalar özünə iş axtarırlar,
Biri arxiv seçir, birisi muzey.
Vallah,xeyri yoxdur, gəlir Əzrayıl…
O qəbul eləmir yalvarış, giley.
***
Gələndə soruşur neynirsən,bala ?
…Yalandan söyləsən, yeyirəm appa,
Deyəcək, nuş olsun, hələ vaxtın var,
Appanı ye qurtar, gedirik hoppa.
**

Mənə elə gəlir ki, bu misralardakı bəzi sözlər və ifadələr yaddaşlarda qalacaq.

Bəzi təmsillərimin yazılması da  bəzi sözlərin dil tarixində saxlamasına xidmət edir.

Sərlövhələrin seçilməsi  də dil  sevgisinin, dilin lüğət  fonduna xüsusi yanaşmanın işarəsidir.

Sözdə nüktə (incə məna,çoxlarının blmədiyi məna ) ola bilər.Nüktə-poetik fiqurdur,poetik güşüncə tərzidir. Amma hüktədə ikibaşıl fikir söyləmək mədəni səviyyə deyil.

***

Elə söz var ki,onun lüğəvi mənasını öyrənəndən sonra işlətmək lazımdır.Bu cəhətdən tale,taleh, dingildəmək,fınxırmaq,mız qoymaq,züy tutmaq,düdük çalmaq,zurnaçılıq etmək,işıq tutmaq və sair  bu kimi sözləri işlədəndə ehtiyatlı olmaq lazımdır.

Bugünkü  tibb terminlərimiz ciddi reedaktə olunmalı,hər bir Avropa mənşəli terminoloji funksiya daşıyan nümunələri tərcümə etməkdən çəkinmək lazımdır.

Dərsliklərdə hər bir mətnin xüsusi lüğət  goşəsi olmalıdır.

 XX əsrin əvvəllərində Bakıda nəşr plunan “Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi uşaq mətbuatında mövcud olan dilöyrətmə üsullarından yararlanmaq lazımdır.

***

Yeri gəlmişkən, bəzi  sözlərdən  danıçnaq istəyirəm. Belə sözlərdən biri çoxlarının mənasını bilədilıərinə görə işlətməyə ehtiyat etdilkləri düdük sözüdür.Qarğıdn hazırlanır.Nehrənin üstündəki dəlikdə olur.Bu alət nehrənin gəlib-gəlməməsini- yağın əmələ gəməsinin vaxtını  yoxlamaq üçündür.

Lüğətlərə baxırıq…

düdük

***

Lüğətlər-  dil şablonlarıdır, dilin ölçü cihazlarıdır.

Lüğətsiz bir gününüz olmasın!

***
P.S. Ailə kitabxanalarında ən çox işlənən lüğətlər

Azərbaycanca-rusca lüğət
Azərbaycan dilinin izahlı lüğəti
Azərbaycanca-rusca lüğət
Rusca-azərbaycanca lüğət
Rusca-ləzgicə lüğət
Azərbaycan kişi adlarının izahlı lüğəti
Azərbaycan qadın adlarının izahlı lüğəti.
Azərbaycan dilinin dialektoloji lüğəti.
Azərbaycanca-rusca lüğət
Azərbaycan dilinin sinonimlər lüğəti
Türkcə-azərbaycanca lüğət
Azərbaycan dilinin omonimlər lüğəti
Azərbaycan dilinin sinonimlər lüğəti
Azərbaycan dilinin antonimlər lüğəti
Azərbaycanca-ingiliscə lüğət
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
Rusca-azərbaycanca lüğət
İngiliscə-azərbaycanca lüğət
Azərbaycan dilinin frazeologiya lügəti
Azərbaycan dilinin etimologiya lüğəti
Azərbaycan dastanlarının leksikası
Azərbaycanca-türkcə lüğət
Terminlər lüğəti
Azərbaycanca-fransızca lüğət
Fransızca-azərbaycanca lüğət
Neft terminlərinin izahlı lüğəti
Fəlsəfə terminlərinin izahlı lüğəti
İzahlı tərcüməşunaslıq terminləri lügəti
Ləzgicə-rusca lüğət
Ləzgi dilinin izahlı lüğəti
Ləzgicə-ingliscə lüğəti
Ləzgicə-azərbaycanca lüğəti
Azərbaycanca-ləzgicə lüğəti
Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
Rus dilinin izahlı lüğəti***
Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,22.05.2021

Pin It on Pinterest