Məmməd İlqarın şiirleri
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
MƏMMƏD İLQAR
ŞAİR OLMAYAN DOSTLARA
Bizim taleyimiz tanrılıq deyil,
Bizim qismətimiz qələm ucunda…
Ömrümüz ölçülmür il hesabıyla,
Toplanıb- çıxılsa qələm uzunda…
***
Bizə düz görünür ən ağ yalan da,
Bir az cəhd eləyən aldadır bizi.
Siz niyə gülürsüz biz ağlayanda,
Sizi güldürənlər ağladır bizi.
***
Şamıq- yandırsalar,
Daşıq- hörsələr,
Şirrik – çözülmərik,yüz baxan olsa.
Bizim ürəklərin dibi görsənər,
Bizim gözümüzə düz baxan olsa.
***
Adımız adamdır,ruhumuz mələk,
Nə yerə,nə göyə sığırıq amma.
Biz açan qapını bağlayır fələk,
Siz çıxan qapıdan çıxırıq amma.
***
Harda sonuncuyuq,
Harda birinci,
Ələnən ələnir,qalan atılır…
Şairlər atılır dərdə birinci-
Necə ki,gülləyə ilan atılır!
GÖZƏL ÇƏKIR
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,
***
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?…
***
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl.
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir .
GÜLƏ- GÜLƏ
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
“Görəllər-güləllər” gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
***
Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə
***
Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim:
Ağlar qoydu məni gül gülə-gülə.
BİR-BİR
Qarı dünya, bu nə qovğa,nə qaldı-
Aman ver,aman ver,a yağı,bir…bir…
Öyündüyüm-güvəndiyimnəqaldı?
Alırsanəlimdən a yağı,bir-bir.
***
Ha çağırdım-taleyim hey…baxtım hey…
Gahbulanıb,gahdurulubaxdım hey…
Yüzgümanlaağyollarabaxdım hey…
Getdigözlərimin ay ağı,bir-bir.
***
Məmmədİlqar,dargünündü,seyrelə-
Nəvaxtdüşər, birdəbeləseyrələ…
İnanmazdın-qohum-qardaşseyrələ-
Çəkilədostlarınayağıbir-bir.
DAĞLAR
Yönü Vətən sarı,qərib bir qoca,
Bayatı çağırır:-eləmi dağlar…
Necə göynəməsin,güşümləməsin-
Çəkilib köysünə eləmi dağlar?
***
Dedim de dərdini sən,əmi-bilmir…
Bilmir harda qalıb sənəmi,bilmir…
Baxtamı qarğasın,sənəmi,bilmlr-
Viranə obaya,eləmi,dağlar?
***
Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz,ömürdən.
Obasız olumdan,elsiz ömürdən
Ölüm urvatdıdı,eləmi dağlar?!.
ANAM ÜÇÜN GECİKMİŞ ŞEİR
Adına urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi…
“Ölürəm” – deyəndə qulaq asmadım, –
yerinə ölməyə hazıram indi…
***
Başıma çox bəla gələ bilərdi,
Bir az dünyanı da bilə bilirdim.
Hər kəsin anası ölə bilərdi,
Bircə sən ölməzsən elə bilirdim…
***
Sənsiz növrağımız necə dəyişdi,
Sonsuz möhnətlər var, ana, qarşıda
Sənin ömür payın quzeyə düşdü,
Qəbrini qurmuşuq günəqarşıda.
***
Günəş buludlara girəndə bildim
Nə üçün,nədən –
Onsuz həyat yetər sona – deyillər,
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyillər…
VƏTƏN
Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.
***
Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.
***
Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.
NEYNİM
Ha çaldım,könlümün bu təşnə vaxtı,
Sazım dinmədi ki,dinmədi,neynim.
İstədim qarğıyam taleyi,baxtı-
Dilim dönmədi ki dönmədi neynim.
***
Özüm öz odumda əridim,itdim,
Karvan buludları bəri yeritdim.
Arazı axıtdım,Kürü yeritdim-
Odum sönmədi k,sönmədi,neynim.
***
Aldı bir havalı xatirə məni,
Bələdi əmbərə-ətirə məni,
Dedim,bəlkə,mənə yetirə məni-
Göydən enmədi ki,enmədi,neynim.
***
İlğımdı,dumandı, sisdi,nədisə,
Sehrdi,sədadı,səsdi nədisə,
Axır-bu zamlımın qəsdi nədisə-
Aparır hələ də Məmmədi,neynim?
Memmed İlqar cagdas Azerbaycan lirik poeziyasinin mence turan poeziyasinin en parlaq simalarindan biridr O sozin sehri qeblerimizi ovsunlaya ruhumuzu renglendire bilir insani hisslerimizi zenginlesdirir-derinlesdirir-gozellesdirir O serleri ebediyyeti hakk edir