Genel

Nə ağırdır bu dünyanın daşları… Ah,…məzar daşları,məzar daşları..

Ağıllı  dünyanın ağır  daşları,

Həmişə cəlb edir daş yaddaşları.

Mənə öz elimin daşı gərəkdir,

Nəyimə gərəkdir yadın daşları?!…

***
 Sakit bir yerdəyəm ,amma adam çox,

Elə bil hamının burda gözü tox…

Bilinmir heç kəsin əsli burada,

Heç kəsdə iddia,bir təkəbbür yox.

***

Durmuşam bir daşın başının üstə,

Bilmirsən sağlamdır ,yoxsa ki  xəsdə..

Yəqin ki,  bilmir o, bura düşəndən

Dünya dövr eləyir başqa həvəslə.

***

Yatır böyrü üstə,səsi də çıxmır,

Bura niyə düşüb, xəbəri yoxdur.

Nə yemək istəyir,nə su istəyir,

Dünyası qaranlıq…Səhəri yoxdur…

***

Bütün qonşuları laldər özü tək,

Aləm onunladır, osa burda tək.

Bircə onu bilir,başa düşür ki,

Əgər burdadırsa, dünyadan əl çək…

***

Nə qara daş imiş hər başın daşı,

Hanı nurlu sabah, hanı gələcək?

Ağır balbalıarı  ağır dünyanın 

Başının  üstündən kim götürəcək?

***

05.03.2021.

Pin It on Pinterest