GenelGüncelKültür SanatTürk Dünyası

Əbülfəz Elçibəy: Səlahəddin Əyyubi Azərbaycan türküdür

Xristianların hegomonluğuna son qoyan, III səlib yürüşündə qalib gələn Səlahəddin Əyyubi Azərbaycan türküdür.
Bu barədə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy “Bütöv Azərbaycan Yolunda” kitabında yazır.
Əbülfəz Elçibəyin Səhaddin Əyyubi haqqında yazdığı məqaləni oxucularımıza təqdim edirik:
“Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğum. Tələbə, “hansı ölkədənsiniz”, – deyə soruşdu. “Azərbaycandanam” dedim.
Tələbə mənə “siz Səlahəddin Əyyubinin vətənindənsiniz”, – dedi.
Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım. Bu səbəbdən “haradan bilirsiniz” sualını verməli oldum.
Tələbə mənə “səhər mən sizə mənbəni gətirərəm”, – dedi və gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan bir əsər idi. Görkəmli şəxslər haqqında ensiklopedik əsərdi. Üzərində Səlahaddinin cəngavər geyimində rəsmi var idi. Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avropanın «qəzəbinə gəlmiş» və hətta Aligyeri Dantenin «İlahi komediya» əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilərin sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlub olmaz sərkərdə Sultan Səlahəddin (1138-1193). Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar: -Deyirlər ki, Siz kürdsünüz. Bu, doğrudurmu? Sultan: -Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq. O zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Sonralar Bakıda aspiranturada oxuyarkən və universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımı davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikanın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində. İbn Hellikan yazır: «Şirkuh demişdir ki, bizim nəslimiz Göy Börü (boz qurd / göy qurd)-dür!». Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçəde geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «mənim qurd tinətli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).
İbn Hellikan (Hallikan) eyni əsərində tarixdə bərabərinə az rast gəlinən komandirlərdən olan, «xəlifələri yıxıb xəlifələri taxta çıxaran», Əməvilər xilafətinə son verən Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərmişdi. İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi. Atası öldüyündə anası başqa bir əmir ilə evlənmiş, eyni əmir oğulluğu Əbu Müslimə özü təlim-tərbiyə vermiş, yanında büyütmüştü. Sonra o əmiri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı. Əmir Xorasanda öldüyündə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani adı ilə tanındı. Qiymətli oxucu – vətəndaş, Azərbaycan gəncləri, gəlin ərəb xilafətinin tarixində ötəri də olsa göz gəzdirin: Məhəmməd Peyğəmbərin ölümündən sonra dövləti idarə edənlərə xəlifə, yəni peyğəmbərin davamcısı deyirdilar. Buradan da dövlətə «xilafət» adı qoymuşdular. ilk dörd xəlifə: Əbubəkr, Ömər, Osman və Əli müsəlman icması tərəfindən seçildikləri üçün onlara «xulefau ər-Raşidin» — «seçilmiş, bəyənilmiş xəlifələr» deyirdilər. 661-ci ildə Əməvilər (Bəni Umeyye) şuraya icazə vermədən xilafəti qan və qılıncla ələ keçirdilər. Onların hakimiyyəti 750-ci ilə qədər davam etdi. bu haqsız, qəddar rejimə qarşı başını kaldıranlar amansızca mahvedildi, üsyanlar, çıxışlar qan dəryasında boğuldu, kütləvi edamların yaşandı. bu zalım sülalədən xilas olmaq sanki qeyri-mümkün idi. belə bir vəziyyətdə Azərbaycan türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərini başına toplayıb «hakimiyyət peyğəmbər evinə» deyərək Xorasanda üsyan bayrağını qaldırdı. Bir ilin içində Türküstandan, Merakeşə (Məğrib) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi, onlardan yalnız bir adam canını qurtarıb İspaniyada sığınacaq tapa bildi və orada Əməvilərin hakimiyyətini davam etdirdi. Peygəmbərin əmisi Abbasın oğulları (nəsli) hakimiyyətə gəldi. 750-ci ildə Abbasilər Xilafəti quruldu. Xilafətin paytaxtı Şamdan (Suriyadan) Bağdada (İraqa) daşındı. Bu səbəblə xilafətə «Bağdad xilafəti» də deyilir. Abbasi hakim sülaləsinin ikinci nümayəndəsi hiyləgər Mansur şan və şöhrəti bütün xilafəti bürümüş Əbu Müslimə həccə getməyə təşviq etdi. Əbu Müslim öz ordusundan ayrıldı, yanında bir neçə dostu və köməkçiləri ilə Həcc ziyarətinə gedərkən Bağdad sarayına dəvət edilərək şərəfinə ziyafətlər verildi. Mənsur Əbu Müslimin və yoldaşlarını xaincəsine sarayda qətlə yetirdilər. Tarix bu xəyanəti bağışlaya bilməzdi; IX əsr birinci yarısında Azərbaycan türkü Babək bütün Azərbaycanı ayağa qaldırdı, Abbasilərin ordularını darmadağın edib onların hakimiyyətini tənəzzül etdirdi. O zamanın tarixçiləri yazırdılar ki, Babək Əbu Müslimin intiqamını alırdı. Tarixdə sadə xalq içərisindən çıxmış üç böyük sərkərdə ən yüksək qəhrəmanlıq zirvəsinə çıxmışdır: Spartak, Babək, Xuan Çao (IX əsr, Çində). Qətiyyətlə deyə bilərik ki, Babək bunların içərisində daha böyük, daha cəsur, daha istedadlı komandir idi. Abbasi imperatorluğuna qarşı Azərbaycan xalqının azadlıq mübarizəsini təşkil və ona başçılıq edən, Azərbaycanın milli iftixarı Babək imperatorluğa diz çöktürdü.
Bəli, tarix xəyanəti bağışlamır. Abbasilər İmperatorluğu itirsə də, sülalə hakimiyyəti yalnız İraq ərazisini əhatə etsə də nominal, oyuncaq bir hakimiyyətləri sürürdü. 1258-ci ildə Azərbaycanın dahi alimi Nəsrəddin Tusi məsləhəti əsasında (o, Hülagunun baş vəziri idi) Hülagü Bağdadı əhatə Abbasi xəlifəsini hovuzda boğdurdu və bununla da Bağdad xilafətinə son verildi. 1177-ci ildə Azərbaycan türkü Səlahəddin Misirdə Fatımilərin xilafətinə son verərək babası Əyyubun (Əyyub Səlahaddinin atası Yusifin və əmisi Şirkuhun ataları idi) adı ilə öz sülaləsindən hakimiyyətə gətirdi. Bütün bunlar qəhrəman bir millətin şərəfli tarixindən xəbər verən bəzi sətirlər”.
kaynak:
Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164:
Səlahəddin Əyyubun oğlanlarının adları da onun Türk əsilli olmasına dəlalət edir: TUĞTƏKİN VƏ TURANŞAH…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest