Kültür Sanat

HƏYAT AĞACI

Türklərin dünyaya ərmağan etdiyi mədəniyyətlərindən biri də insanları həyat fəlsəfəsi ilə tanış etməkdən
ibarətdir. Tanrı ilə bağlılıq, həyatla, insanla Tanrını əlaqələndirmək, dünyanın, insanlığın başlanğıcını dərk etdirən,
bir növü fəlsəfənin başlanğıcı sayılacaq bir mədəniyyət. Türklərin Altaylardan Xan Akdaşın rəhbərliyi ilə böyük
köçü uzun illər və böyük əraziləri qət etməklə nəticələndi. Köçün ilk yarısında Qafqaza doğru hərəkət edən
Türklər, Dərbəndə çatdıqlarında illərcə döyüşərək baş tutmuş köçlərinin yorqunluğu və pərakəndəliyi sayəsində
Dərbənd qapılarının arxasına keçə bilmədilər. Təbii ki, Türklər Roma imparatorluğu və İran haqqında eşitmişdilər,
lakin bu dövlətlərə bələdçilikləri yox idi. Uzun müddət bu ərazilərdə məsgən salan Türklər, öz günlük həyatlarını
bərpa etməyə başladılar. Qafqazda türk kəndləri meydana çığmağa, şəhərləri inşa edilməyə başlanıldı. Türkiyəli
tədqiqatçı Murad Acı öz tədqiqatlarında qeyd edir ki, bugünkü Azərbaycanda o gözəl zamanlardan qalma bir çox
iz vardır. Məsələn,Qıpcaq kəndi və Gəncə şəhəri, hətda çox az tanınan başqa kəndlər və şəhərlərdə də böyük
köçün izləri vardır. Qusar şəhərinin adının isə Gesərdən gəldiyini qeyd etmişdir. Bu şəhərlərdən biri də Hamrin
şəhəri idi. Şəhər tarixçilərin tez-tez vurğuladığı bir ağacla şöhrət qazanmışdı. “Tenqri-Xan” adlı ağacla. Türklərdə,
Uca Tenqrinin yaratdığı, hər şeyi birləşdirən bir ağacın varlığı ilə bağlı əfsanələr danışılırdı. Bu ağac
bütpərəstlikdən fərqli anlayış idi. Tenqri kimi gözə görünməz, əllə toxunula bilməz, sadəcə varlığı hiss edilən bir
ağac idi. Həyat ağacı anlayışı tamamilə bir elimdi. Onu qavrayan, dərk edən bilgə hesab edilirdi və dünyanı
qavramağa, necə yaradıldığını anlamağa başlayırdı. Həyat ağacının budaqları göylərə çatırdı, Tanrıya aid olurdu.
Ağacın kökləri isə dərinə, Cəhənnəmə, İlanların krallığına çatırdı. Həyat ağacı Tanrı kimi əbədidir. Əfsanəyə görə
ruhlar və fikirlər həyat ağacının üzərindən bir dünyadan o biri dünyaya keçirdi. İnsanlara bu ağac bilgi verirdi.
Davamında Murad Acı qeyd edir ki, sonradan Hamrin şəhərinə tapınaqlar, daha sonralar isə məçidlər inşa
edilsədə, lakin ağac şəhərin əsil müqəddəsi olaraq qaldı. İndi orda Qayakənd kəndi mövcuddur. Lakin kənd şəhər
planını qoruyub saxlamışdır. Kəndin kənarında isə keçmişin xatirəsi olaraq, müqəddəs “Tenqri Xan” ağacı
yetişdirilir. Kəndin yerli əhalisi Qumuqlar, bəzi şeyləri xatırlamasalarda, bu ağac haqqında çox məlumatlı
olmasalarda Həyat ağacına məxsus hörməti qoruyb saxlamışdırlar.
Yalnız Qumuqlar deyil bütün türk xalqları Həyat ağacı fəlsəfəsini unutsalarda bu anlayış genetiq
yaddaşlardan silinməmişdir. Bir çox daş üstü abidələrdə öz əksini tapmışdır. Eyni zamanda orta əsirlərdə bir çox
türk dövlətlərinin bayraqlarında da əks olunmuşdur. “Kitabi Dədə Qorqud” eposunda “Qaba Ağac”, Altaylarda
“Töz Ağac”, Mərkəzi Asiyada “Bayterek”(Baş Ağac, Baş Dirək və.s) adları ilə anılmışdır. Araz Qurbanov isə
“Damğalar, rəmizlər, mənimsəmələr…” adlı tədqiqat əsərində Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna
aid edilən xovlu xalçalarda “Həyat Ağacı”nın müxtəlif formalarından istifadə edildiyini qeyd etmişdir. Eyni
zamanda Ön və Mərkəzi Asiyada, Şimali Qafqazda, Sibirdə, Krımda və Şərqi Avropada aşkar olunmuş qədim və
orta əsr türk damğaları arasında, xalça, keçə və zərgərlik məmulatlarında geniş istifadə olunmuşdur.

Rəhim Vahid
Rəhim Vahid

Pin It on Pinterest