Biz Azeri Deyilik Türkük
Bizim nümayəndə heyəti Moskvaya türk kimi getdi, azərbaycanlı kimi qayıtdı” «Bir tarixdə Azərbaycandan bir heyət Moskvaya getmişdi. Stalin, bu heyətdə olan bir qadından “Sən Azərbaycan dilini bilirsənmi?” deyə soruşur. Bundan sonra biz türk sözünü işlətmədik, tamamilə qadağan olundu. Halbuki Stalinin bu sözünə qədər biz özümüzü türk adlandırırdıq.
O heyətdə olan şair Səməd Vurğunun, Stalinə oxuduğu şeirin bir misrasında “salam gətirmişəm hüzura mən azad türk qadınlarından” ifadəsi var idi. Bu şeirdə türk sözü var idi. Ancaq heyif ki, bizim nümayəndə heyəti Moskvaya türk kimi getdi, azərbaycanlı kimi qayıtdı. İndi də hər yerdə “azərbaycanlı” sözü işlədilir.
Bu səhvdir. Biz türkük. Türk millətinin bir parçasıyıq. Qafqazda yaşayan bizlər Azərbaycan oğuz türküyük, Anadolu və Balkanlarda yaşayanlar isə Anadolu türküdür. Mən türklüyümlə fəxr edirəm»
Qılman İlkin – yazıçı
Sənan Qacar