Azərbaycanın vahidliyini təmin edən tarixi şəxsiyyətlər
Azərbaycan türkləri Qafqazda böyük bir ərazidə məsgunlaşmış, bu coğrafiyada daima öz müstəqil dövlətlərini qurmağa çalışmışdır. Bütöv Azərbaycan türklərini bir dövlət, bir bayraq altında biləşdirməyə çalışan minlərlə tarixi şəxsiyyətlərimiz fəaliyyət göstərmiş, bir qismi müəyyən səbəblərdən buna nail ola bilməsədə, bəziləri isə bu böyük şərəfə nail olmuşdur. Daima bu amalda yaşayan biz türklər bu böyük şəxsiyyətləri hər zaman hörmətlə yad etmiş, onları özümüzə qurur mənbəyi, ilham mənbəyi hesab etmişik. Sözün əsil mənasında bütün tarixi Azərbaycan torpaqlarını vahid dövlət altında birləşdirən böyük şəxsiyyətlər bunlardır:
Yusif ibn Əbu Sac Divdad–IX əsrin II yarısında Azərbaycanda yaradılmış feodal dövlətləri arasında ən möhtəşəmi Sacilər dövləti olmuşdur. Bu dövlətin təməlini Əbu Sac Divdad qoymuş, böyük oğlu Məhəmməd isə onun iqtisadi inkişafını təmin etmişdir. Əbu Sacın kiçik oğlu Yusifin hakimiyyət illəri Sacilər dövlətinin ən parlaq illəri sayılır. Güclü ordu hesabına xilafətdən asılılığı ləğv etmiş, Bizasn qoşunlarını geri atmış Yusif bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirmişdir. Azərbaycandan kənarda olan bir çox ərazilər də onun dövlətinə birləşdirilmişdir. Yusif 927-ci ildə islamın müqəddəs şəhərlərinə hücum edən qərməti təriqəti ilə vuruşmada həlak olmuşdur. Beləliklə, Yusif ibn Əbu Sac Azərbaycan tarixinə bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olub.
Məhəmməd Cahan Pəhləvan–1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Azərbaycan Atabəylər dövləti (Eldənizlər dövləti) tariximizdə ən möhtəşəm dövlətlərdən biri olmuşdur. 1175-ci ildən etibarən dövləti idarə edən Məhəmməd Canah Pəhləvan onu daha da qüdrətləndirmişdir. Atasının ən yaxın silahdaşlarından sərkərdəlik və dövlər idarəçiliyi dərsləri almış Cahan Pəhləvan dövləti daxili sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirir. Bunun sayəsində qüdrətli ordu yaradan, Dərbənddən İran körfəzinədək, Diyarbəkirdən Əfqanıstan sərhələrinədək əraziləri tabe edən Cahan Pəhləvan dövlətinin ərazisinə bir dəfə də olsun düşmən qüvvələri buraxmamışdır! Azərbaycan tarixinə Məhəmməd Cahan Pəhləvan mərkələşmiş dövlət yaratmağa çalışan, Azərbaycanın vahidliyini təmin edən şəxs kimi daxil olmuşdur.
Şah İsmayıl Xətai–Azərbaycan tarixində Şah İsmayıl Xətai xüsusi yer tutur. Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə, həmçinin gözəl şair olan Xətai Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. O, şeirimizin ana dilində yazılmasına müstəsna əhəmiyyət vermiş, onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət dili səviyyəsinə yüksəlmişdir: ondan diplomatik yazışmalarda istifadə olunmuşdur. Eyni zamanda Azərbaycan torpaqlarını vahid dövlət altında birləşdirmişdir.
I Şah Təhmasib–I Şah İsmayılın vəfatından sonra Səfəvilər dövləti parçalanmaq təhlükəsi ilə üzləşdi: I İsmayılın taxta oturdulmuş qulu – I Təhmasibin cəmi 10 uşağı var idi və bundan istifadə edən iri feodallar özbaşınalıqlar edir, daxili münaqişələr yaradır, aralarında apardıqları ədavətlə vətəndaş müharibəsi üçün zəmin yaradırdılar. Tarixdə hökmdarın azyaşlı olması ucbatından dağılan dövlətlər çox olmuşdur, lakin xoşbəxtlikdən Səfəvilər bu aqibət gözləmirdi. Atasının istedad və bacarığını özündə cəmləşdirən I Təhmasib həddi-büluğa çatdıqda ölkəni parçalayan qüvvələri məhv etmiş, mərkəzləşmiş dövlət yaratmış, iqtisadiyyatı bərpa etmiş, Səfəvilər dövlətini dünya dövlətləri sırasına çıxarmışdır. I Şah Təhmasib Azərbaycan tarixinə mərkəzləşmiş dövlət yaratmış hökmdar, hərbi islahatlar keçirmiş görkəmli sərkərdə, iqtisadiyyatı bərpa edən, elm və mədəniyyətin inkişafına daim diqqət yetirən dövlət başçısı kimi düşümüşdür.
I Şah Abbas–Azərbaycan xalqının tarixi yaddaşında birmənalı qarşılanmayan şəxsiyyətlədən biri I Şah Abbasdır. O, ölkədə sabitlik yaratmış, islahatlar həyata keçirmiş, uğurlu hərbi əməliyyatlar vasitəsilə zəbt edilmiş torpaqları geri qaytarmış, geniş quruculuq işləri aparmışdır. Bununla belə, “Böyük sürgün” nəticəsində İranın daxili rayonlarının iqtisadiyyatını inkişaf etdirməsi Azərbaycan iqtisadiyyatının zəiflədilməsi hesabına həyata keçirilmişdir. Qızılbaş əmirlərinə qarşı aparılmış mübarizə azərbaycanlıların dövlətdə tutduqları mövqeyə zərbə vurmuşdur. Azərbaycan Səfəvilər dövlətinin tədricən formalaşmasının təməlini məhz I Şah Abbas qoymuşdur. Azərbaycan tarixinə I Şah Abbas görkəmli dövlət xadimi, islahatçı, istedadlı sərkərdə, Azərbaycan Səfəvilər dövlətinin qüdrətini pərba edən və bununla belə, onun formalaşması üçün zəmin yaradan şəxsiyyət kimi daxil olmuşdur.
Ağa Məhəmməd Şah Qacar—Azərbaycan xalqının birmənlı qarşılamadığı hökümdarlardan biri də Ağa Məhəmməd Şah Qacardır. Lakin Qacarda Azərbaycan torpaqlarının vahidliyi üçün mübarizə aparmış, özünü Səfəvilərin varisi hesab etmişdir. Ölkədə dini deyil türk mədəniyyətinə uyğun hakimiyyət qurmağa çalışmışdır. Ağa Məhəmməd Şah Qacar dini siyasətin türklərə deyil farslara daha çox yarayacağını bilməkdə idi və bunu bir məktubunda belə ifadə etmişdir: “Ölkədəki türklər və monqollar birləşməlidirlər ki, farsların iqtidara dırmanışlarını önləyə bilsinlər”. Bunu nəzərə alaraq o, Çingiz xanın yasalarını, Əmir Teymurun vəsiyyətlərini yeni dövlətdə həyata keçirərək hətta, Qacarlar dövlətinin hökmdarlarının (ata və ana tərəfdən) yalnız Türk soyundan olmasını uyğun görmüşdür.
Rəhim VAHİD