Yaman Ağırdır
Məni daşımağa gücü çatmadı…
Mən kiçik olsamda yüküm ağırdır.
Bu həyat tək məndən ibarət deyil,
Əllərim qısadır, sözüm ağırdır.
Bir sözü ki ürəyimə batmadı,
O, başı ki bu sinəyə yatmadı,
Söz deyəndə harayına çatmadı,
Gözlə kəsmələri yaman ağırdır.
Söz söyləyər, sözlərinin üstünə,
Od qalayar gözlər çıxar tüstünə,
Ağız büzər, çıxar canı qəsdinə,
Acı kəlmələri yaman ağırdır.
Yuxu kimi ötüb keçir həyatım,
Düşündükçə təlxə düşür ovqatım,
Bir yolluq göz yumub əbədi yatım,
Olanı həzm etmək yaman ağırdır.
Elsevər Hüseynoğlu
Bakı~ 20/05/2020