Kültür Sanat

Günün birində…

Görmürəm ətrafım qaranlıq, zülmət,
Düşüncə azalıb, yox olub hörmət.
İçimdə çoxalır, böyüyür nifrət,
Partlayar yəqin ki, günün birində…

Acılar sarsıdır, sıxır qəlbimi,
Susuram demirəm sizə dərdimi,
Hansını söyləyim, birdi, beşdimi?!
Bağrımı yandırar, günün birində…

Yaram dərindədir, bilin dərində,
Qaysağım qan verir hər bir inində,
Necə dolanım ki, müşkül içində?
Məhv olub gedərəm günün birində.

Ömür keçir qada mənə tuş gəlir
Acısından baş, bədənə huş gəlir.
Hələ ki, cavanam günah xoş gəlir,
Altını çəkərəm, günün birində…

Dərd edirik hər çətinə düşündə,
Düşünmürük saçlara dən düşəndə,
Ağ ömürə, qara kölgə düşəndə,
Yəqin köks ötdürər günün birində…

Elsevər, bilmirsən aqibət, sonu
Səsin uca gəlir, gəl azalt tonu
Son nəfəs çıxanda bitəcək konu
Hesabın verəcən günün birində…

Elsevər Hüseynoğlu
Bakı~12/03/2020

Pin It on Pinterest