GenelGüncel

Rəsulzadə 31 yanvarda doğulmayıb

Tarixi fakta düzgün yanaşmanın  vacibliyi baxlmlndanbiz hələ gə öz fikrimizdə israrlıyıq:“Rəsulzadə 31 yanvarda doğulmayıb” 

Tarixçilər nə üçün tarixə – arxiv sənədinə inanmırlar və yaxud

M.Ə.Rəsulzadə nə vaxt anadan olub;  1884-cü il yanvarın 31-də ,

yoxsa, fevralın 29-da ?…

resulzade


Bir neçə ildir ki, Azərbaycan Xalq Cümhuriyyətininin qurucusu

Məhəmməd Əmin Rəsulzadənin təvəllüd tarixini faktlar əsasında

yazdığım məqalələrlə elmi ictimaiyyətin diqqətinə çatdırıram.

Nədənsə, ictimai-siyasi həyatımızda özünə şərəfli yer tutan ziyalılarımız

hələ də bu mövzuya  öz münasibətlərini heç kəslə bölüşmək istəmirlər. 


Fakt yaman nəsnədir. Ciddi  elmi araşdırmalarda ondan uzaqda

 durmaq mümkün deyil.  

Beləliklə, yazdıqlarımıza qayıdırıqt Azətbatcan Respublikası

Milli Tarix

Arxivindək  290 inömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar

saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalmış , ondan

nadir hallarda istifadə olunmuşdur. Artıq neçə illərdir ki, 290 nömrəli

fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə

öyrənilir. Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi,

bədii-fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından

buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli,

faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləyir.



Arxivdə maarifçılık və dil materiallarına aid sənədlər üzırində işləyərkən,

görkəmli maarifçılərin,  din xadimlərinin həyat və yaradıcılığını öyrənərkən

Rəsulzadə soyadına rast gəldim. Bu ad mənə tanışdır. Babamın da, oğlumun da adı Rəsuldur. 


Oxucuları intizardan qurtarmaq üçün deyim ki, söhbət Azərbaycan

Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) atasından gedir.


Materiallarla tanışlıq üçün arxivə sifarış verdim: 290 nömrəli

fond, saxlama vahidi -2266.

 
Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan məlumat tariximiz

üçün əvəzciz mənbədir. Sənədlər toplusunun tərcüməsi belədir

:

Bakı Quberniya Şiə Məclisinin üzvü

AXUND MOLLA HACI AĞA (o həm də AXUND HACI MOLLA ƏLƏKBƏRDİR)

RƏSULZADƏNİN FORMULYAR SİYAHISI

**17 mart 1901-ci ildə tərtib olunmuşdur**

ФОРМУЛЯРНЫЙ СПИСОК ЧЛЕНА БАКИНСКОГО ГУБЕРНСКОГО

ШИИТСКОГО МЕДЖЛИСА АХУНДА ГАДЖИ МОЛЛА АГА (он же

АХУНД ГАДЖИ МОЛЛА АЛИ АКБЕР) РАСУЛZАДЕ


** Составлен 17 марта 1901 года**

Formulyar siyahıdan məlum olur ki, Molla Ağa (Axund

Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin

üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur.

İldə 300 rubl maaş alır.

(365 gündə… 

Məhəmməd   Əmm anadan olan il -366 gün idi, uzun fevrallı il idi,

il 4 rəqəminə qalıqsız bölünürdü).

Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması

və ailənin ata-baba mülkü haqqında da məllumat var:

Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli

 mülkü evi və həyəti var. Axundun Bakıda Xoca Həsən küçəsində (N 29)

ayrıca evi və həyəti də var.


Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).

 
Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə

Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub. Elə həmin qubernatorun

02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin

üzvü təyin olunub.


Formulyar siyahıda Axund Hacı Molla Ağanın ( Axund

Hacı Molla Əli Əkbərin) ailə vəziyyətindən də danışlır: arvadı

Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ ZAL qızıdır.


Oğlu MƏHƏMMƏD ƏMİN 29 fevral 1884 -cü ildə, qızı Şəhrəbanu isə

9 sentyabr 1888-cı ildə anadan olub.

Maraqlıdır ki, M.Ə.Rəsulzadənin təvəllüdü bütün mənbələrdə

31 yanvar 1884-cü il göstərilir. Aşkarladığımız yeni sənədlər,

yəni Məhəmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olması

faktı Azərbaycan Demokratik Respublikası Milli Şurasının sədrini

düz bir ay cavanlaşdırır.

Deməli, Məhəmməd Əmin Rəsulzadənin gerçək təvəllüdü belədir:

29 fevral 1884, Novxanı, Bakı – 6 mart 1955, Ankara.

M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub. Bunu deməyə

əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini, bizim dədə-baba

məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşlı

sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq

üçün müəllimlik fikrinə düşür. O, müəllimlik attestatı (diplomu yox-N.N.)

almaq niyyətilə Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsində imtahan

verir. Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba

adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu

imtahan edən 3 nəfərdən biri məhz M.Ə.Rəsulzadənin atası

Axund Hacı Molla Ağa idi. Onun Axund Hacı Molla Ələkbər adını da

yadda saxlayın.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

One thought on “Rəsulzadə 31 yanvarda doğulmayıb

  • Tarixi fakta düzgün yanaşmanın vacibliyi baxımından
    biz hələ gə öz fikrimizdə israrlıyıq:“Rəsulzadə 31 yanvarda doğulmayıb”

Yorumlar kapatıldı.

Pin It on Pinterest