GenelGüncel

Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb

Sənan Qacar

Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb. Buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub. Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinib. Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib. Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib. Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.

Mənbə: Qlobal az

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest