Yeni il deyimləri və yaxud altmənalı,üstmənalı düşüncələr…
Yaz gələr yonca bitər,..
Toxum -axşı toxumdurs,,bir dəfə səpilən yonca dəfələrlə biçilər
*
.Bu dünyada bəxtəvər yoxdur.Varlı qorxur ki, var-dövləti əldən çıxar,quru yurdda qalar.Kasıb da qorrxur ki,birdən kasıblığı da əldən çıxar.
*Hamı dünyaya adi adam kimi gəlir.
Adamlar çızığından çıxanda adamlıqdan da çıxırlar.
.
Qol da,çomaq da ilk baxışda adi sözlərdir.Onların birləşməsinə yol verməyin.Bu qolçomaq ki var ha, yaman nəsnələrdəndir.
*
Borca girməyin.Borc-adamı gözükölgəli və gözüqıpıq edər.
*
Hər adamın ayı,günü var, amma hər adamın əsri olmur.
*
Yüz il yaşamağı heç kimə arzulamayın.Hər adam Allahın verdiyi ömrü yaşamalıdır.
*
Əlləri qoynunda bütün günü gözü yol çəkənləri qınamayın.Onların da gözlədikləri var.
*
Bu il təkxə gecələr yox,ilin özü də uzun olacaqdır.
366 gün.Şair demişkən,bir gün də insan ömrüdür.
*
Astarı üzündən baha…
Yaxşı ki,astar hələ üzümdən baha deyil.
*
Filankəs halal süd əmmiş axtarırdı.Yazıq haradan bilsin ki, bəzən südə su da qatırlar.
*
Qocaların qartı da olur, qaraltısı da….
*
Dəliyə ağıl vermək altı deşik qaba su tökməyə bənzər..Ağlımızı boş yerə dağıtmayın.
*
Dəli söznü birinci şəxsə aid edəndə ona xəbərlik şəkilçisi artıranda ehiyatlı olun.
*
Danışanda “belə deyək” sözünü tez-tez işləyməyin.
Bu,kəkələməyə oxşayır.Sözün kəsəsi,,mısmısdan qaçın..
*
Yalançının evi tandı,,hamının onun balalatına yazığl gəldi.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasınn Əməkdar müəllimi.
Bakı
03.01.2020.