İlk Türkçe Satranç Kitabı : Şatranç Kılavuzu
1923-1926-ci illərdə Bakıda ali məktəblərdə pedaqogika tarixi və psixologiyadan dərs deyən
Tərbiyə doktoru Halil Fikretin
(1892,Serfice,Yunanistan-1974,Ankara)
·
1923-1926-cl illərdə Bakıda-Azərbaycan Ali Pedaqoji İnstitutunda babalarımıza pedaqogika tarixi və psixologiyadan dərs deyən tərbiyə doktoru
Xəlil Fikrətin .ilk kitabını hələ tələbə ikən öz müəllimi afrikanşünas və şərqşünas professor STUMMEilə birlikdə yazçışdır. Bu maraqlı kitab latınqrafikası ilə
1916-cı ildə Leypsiqdə nəşr edilmişdir..
Qeyd edək ki,Xəlil Fikrət 1934-cü il Soyadı kanunundan sonra Halil Fikret Kanad soyadından istifadə etmişdir.
Xəlil Fikrət Bakıda işləyərkən onun ilk sanballı kitabı- iki hissəli “Tərbiyə və tədris tarixi” kitabı 1926-cı ildə Hökumət nəşriyatında işıq üzü görmüşdür.Bu monoqrafiya sonralar Türkiyədə də çap olunmuşdur.
Xəlil Fikrət Türkiyəyə qayıdandan sonra “Şatranc Kılavuzu” adlı kitabını da oxuculara ərməğan etmişdir.
Tərbiyə doktorunun “Şatranc Kılavuzu” kitabı türk dilində yazılmış ilk şahmat vəsaiti hesab olunur.
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
Bakı,
22.12.2019.
1923-1926-ci illərdə Bakıda ali məktəblərdə pedaqogika tarixi və psixologiyadan dərs deyən
Tərbiyə doktoru Halil Fikretin
(1892,Serfice,Yunanistan-1974,Ankara)
“Şatranc kilavuzu türk dilində yazılmış ilk şahmat vəsaiti hesab olunur.