Qoca Pələng, cavan Pişik…Kaş düşməsin yer dəyişik…
Son zamanlar pələngin çoxalmışdı əngəli,
Nəriltisi getmişdi, əl-ayağı əsirdi.
Dünənki səsi indi yumşalmışdı bir qədər,
Hər yetəndən inciyir,hər yetndən küsürdü.
***
Milçəklər hücum çəkir, qovlamağa gücü yox,
Var gücüylə o ancaq gözlərini yumurdu.
Bir ona bax ,sən Allah çaqqal-çuqqal əlidə
Aciz qalıb onlardan bir himayə umurdu.
***
Əvvəlki cah-cəlalı xatirəyə dönmüşdü,
Pələngin nəzərində bütün dünya sönmüşdü.
Qocalığı cəhınnəm,incimişdi özündən,
Dostlar ona yad oldu, niyə dövran dəyişdi?
***
Meşənin şahı idi, sözün kəsən yox idi,
Ona yaltaqlıq edən, baş endirən çox idi.
Kəsirdi qılınclnln dalı da,qabağı da,
Bu dünyanın malında gözü yoxdu, tox idi.
***
Nəhayət güçə gəlib, əyanların çağırdı,
Uzandığı yerdəcə əvvəlki tək bağırdı.
Yığışırdı özünu ,canavar da,çaqqal da,
Bu səsdə ilk illərin cazibəsi var idi.
***
“Məlum olsun bu gündən hər kəsə, hər kişiyə,
Gərək adam tullanıb, ortalığa düşməyə…
Şahlığım davam edir, amma icra işlərin
Tapşırıram bizlərdən çoxdan gedən Pişiyə…
***
Mən qoca baxışımla izləyirdim sizləri,
Dedim ki, ağla gəlsin bu keylərin özləri…
Bir Pişiyin əlidə səsir-yesir olanda
Yadınızdan çıxmasın mən Pələngin sözləri”….
***
Bəli, başa düşdülər məclisdəki kişilər,
Qoca Pələng pələngdir, qocalsa da nə qədər.
Vay o gündən bir azca fürsət düşə Pişiyə,
Görən, onun icrası kimi hara göndərər?…
***
Qocalara heç zaman tənə iə baxmayın,
Qocaların adına qara-qura yaxmayın.
Qocalar var qocadır, amma adı ucadır,
Yolunuzla düz gedin,yolunuzdan çıxmayın…
***
Bu dünyada hər kəsin işığı, ziyası var,
Yaxşı,yaxşı işlərin halallıq mayası var.
Eşq olsun cavanlığa, eşq olsun cavanlara
Qocaların onlara xeyiri, duası var.
Bakı
22.11.2019