Genel

Azərbaycan maarifçilərinin Türkiyəyə uzanan yolları

Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan,Türkiyə aydınları ilə geniş yaradıcılıq əlaqələri olan ziyalılarından biri də Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.

” Ünsizadə”- Səid Əfəndinin türklər demişkən “takma” soyadıdır. (Atası “Ünsi ” təxəllüsü ilə şeir yazdığından oğlanları “Ünsizadə”soyadını qəbul etmişlər ).

S.Ünsizadə 1842-ci ildə Şamaxıda anadan olmuşdur.Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edils də, bunu təsdiq edən heç bir sənəd yoxdur . S.Ünsizadə təhsilini başa vurub,Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris olduğunu öz fəaliyyəti ilə sübut edir.

S.Ünsizadə 1873- cü ilin əvvəllərində o vaxt , ölkə paytaxtı Bakıya köçəndən sonra , hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra -1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri təyin olunur.Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan təhsil ocağı yaradır,müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır.

S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar — Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi ,Tiflisə ezam olunur.

Yeri gəlmişkən qeyd edək k, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olurdu. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə ikidilli lüğət hazırlamışdır. Belə adamların iş fəaliyyətini yoxlamaq S.Ünsizadəyə göstərilən böyük etimad idi.

Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır.O, 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir.S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır.

Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 25-də ( hicri qəməri təqvimi ilə 1296-cı il  səfər ayının 16-da) çıxır.

“Ziya”nın ilk üç nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar.”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai -siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə –ezop manerası ilə işıqlandırılırdı.

1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” qəzetindən götürülərək cəmi bir həftədən sonra”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir.

“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsi açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bü mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi. Mən bu məsələ haqqında Bakıda görkəmli jurnalist Malik Rəcəbin redaktorluğu ilə nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca bir yazı çap etdirmişəm.

1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi.

S.Ünsizadə haqqında əvvəlki yazılarımızı  oxuculara   ünvanlayanda  onun haqqıda ətraflı məlumatımız yox idi. Şahin Əfəndinn  adı  “Ziya”ya kömək edənlərin sırasında  təkcə bir yerdə- “Ziya”ya kömək edənlərin sırasında verilmişdi.

Sonrakı araşdırmalarımızda Şahin Əfəndinin adını M.F.Axundzadənin məktublarında gördük. 
M.F.Axundovun 1865-ci ildə yazdığı bir məktubunda Şahin Əfəndinin Türkiyə Sədr-Əzəminin adyutantı olması faktı üzə çıxdı.

“Ziya”qəzetinə maddi kömək edən Şahin Əfəndi Türkiyə Sədr-Əzəminin yaxşı tanıdığı Şirvanlı Ömər bəy Şahpələngin bacısı oğlu imiş-N.N.)”

1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya”  qəzeti  “Ziyayi-Qafqasiyyə”adı ilə çıxmışdır.

Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi.Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.

1883- cü ilin sonlarında S.Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı–yaradıcılıq imkanlarına yaxşı şəraiti olan paytaxtıi tərk edib, doğma şəhərinə-Şamaxıya qayıdır.Əslində bu təyinatın   əsas məqsədi  Səid Ünsizadəni Qafqazın baş şəhərindən uzaqlaşdırmaq idi.Səid Ünsizadə 1881-ci ilin dekabrında beyninə qan sızmasından dünyasını dəyişən Şamaxılı müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin yerinə -müftiliyə əsas namizəd idi.

 Səid Ünsizadə qəzet və mətbəə ilə ilğili bütün məsələərin həllini   ”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı  bütün məsələlərinin  həllini damadı

advokat ( vəkil) Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır.

Görünür, sonuncu nömrədəki məqalələrin birində

 SƏİD ÜNSİZADƏNİN  MƏQSƏDİ   RUS  MÜSƏLMANLARINI   MƏTBUAT VASİTƏSi iLƏ  YUXUDAN   OYATMAQDIR”

fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi.

Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək,mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf k., onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı; haqqında dövlət orqanlarına yalan məlumatlar verilir,o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə 1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır. Əvvəlcə Bakıya gəlir,burada da işləri düz gətirmir. O,türk dünyasının baş şəhərinə—İstanbula üz tutmağı vacib sayır.

S.Ünsizadə İstanbulda  maarif sistemində işləyir , “Quran “ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadə də  İstanbulda yaşayıb-yaratmad barədə düşünür.  Onun 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” (əvvəl jurnal,bir müddətdən sonra qəzet kimi nəşr edilmişdir-N.N.) adlı mətbu orqan 1891-ci ildə bağlanandan sonra o,bir müddət Tiflisdə müəllim işləyir,lakin bu işdə müəyyən problemlərlə üzləşir.Cəlal Ünsizadə də  İstanbula-qardaşının yanına təşrif aparır.

“Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.Ünizadə qardaşlarının Tiflisdə birgə iş fəaliyyəri haqqında arxivlərdə hələ ki tutarlı faktlar ortalığa çıxmayıb.Bilinən budur ki,Ünsizadə ardaşları Tiflisdə tanınmış ziyalıların əhatəsində olmuşlar.

Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyul  ayının 7-də  dərc olunan  21-ci nömrəsindəki  nömrəsindəki nekroloqdan öyrənirik ki ,

“türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.

Bİz məhz bu xəbərə görə,  əvvəllər Səid Ünsizadənin 1905-ci ildə İstanbulda vəfat etdiyini yazırdıq.Lakin sonradan məlum oldu ki, “Həyat”da dərc olгnan bu informasiya Azərbaycan oxucularına iki il gec çatdırılıbmış.Bu,  ilk  növbədə “Həyat” qəzetinin nəşr tatixi ilə ilgilidir.Belə ki, “Həyat”ın ilk nömrəsi 1905-ci il iyunun 5-də çıxıb. S.Ünsizadənin ölüm xəbəri isə qəzetin 21-ci nəmrəsində dərc olunmuşdur. Yazıda  S.Ünsizadənin maarifçilik xidmətləri çox yüksək qiymətləndirilir, o  ,türkdilli oxuculara   türk dünyasının milli təfəkkür tarixidə  mühüm xidmətləri olan ziyalısı, türk dünyasının fazillərindən biri kimi  kimi tanıdılır.

“Həyat” qəzetindəki yazıda-nekroloqda  oxucuların diqqətini cəlb edə biləcək  bir çağırış da var. Qəzetin rəhbərləri S.Ünsizadə haqqında yazı yazmaq istəyəndə olanları bu mövzu ilə ilgili yazı yazmağa səsləyir. 

Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğuhdan əvvəllər xəbərimiz olmayıb.  Onu Amerikada axtarmaq istəyənlər də var idi.Biz  ən inandırıcı   axtarışları məhz istanbulda yaşayan Azərbaycanlılardan öyrənməyi məqvul saydıq.

Eşitdiyimizə görə,İstanbulun Şirvanlılar məhəlləsində əslən Azərbaycanlı olanlar çoxdur. Lakin bu xəbəri dəqiqləşdirə bilmədik.İstanbulda belə məhələnin varlığını təsdiq edən mənbələr yox idi.Hər nəsnə təsadüfün və ya S.Ünsizadənin Azərbaycanda yaşayan qohumlarından asılı idi.Onlar da elə bil 1937-ci ilin orxusundan bəzi məlumatları   yaymaqdan ehtiyat edirdilər.

Nəhayət , S.Ünsizadə nəslinin yaxınlarından biri ailə arxivindən  maraqlı yazı və foto şəkilləri   ortalığa çıxardı.Məhz bu sənədlərin köməyi ilə İstanbulda yaşayan Ünsizadələr tapıldı.

Zaur Səmədov adlı bir dostumuz bu işdə qətiyyət göstərdi.O, İstanbulda yaşayan qohumlarının ziyarətinə getdi. Məhz bu qohumların köməyi ilə  S.Ünsizadənin fotaşəkli və dəfn olunduğu Fatih Camii Haziresndə   S.Ünsizadənin  – Sait Ünsinin qəbri tapıldı.

Qəbir daşının üstündəki yazılar Səid Ünsizadə haqqında bir sıra həqiqətləri aşkara çıxardı.

Yeri gəlmişkən deyək ki, 1934-cü il Soyadı Kanunundan sonra Türkiyədə

yaşayan Ünsizadələrin çoxu  Arkun   takma adını qəbul etmişlər.

İstanbulda San takma adından istifadə edən Ünsizadələr də vardır.

Təəssüf ki,Türkiyədə yaşayan əslən Şamaxılı olan Ünsizadələr  bir-birlərini o qədər də

yaxşı tanımırlar.Türkiyədə hal-hazırda tanınmış    Ünsizadəlr çoxdur; Ahmed

Arkun,Yaman  Arkun,Cihangir Coşkn Arkun,Piraye San və sair.Ən məşhur

Ünsizadələrdən biri Türkiyə  İdman Yazarları  Kurumunun qurucularından biri  Tevfiq Ziyaeddin oğlu  Arkun Ünsi  (1917-2004) olmlmuşdur.

Ünsizadələrin əksəriyyəti türk dili ilə yanaşı,bir neçə Avropa  dillərində  də danışmağı və ədəbi dilə uyğun şəkildə yazmağı bacarır.

Bu il yanvarın 25-də “Ziya” qəzetinin ilk nömrəsinin türkdilli  oxuculara ünvanlanmasının 140 ili tamam oldu.Yubileyi türk dünyasının maraqları ilə ilgili şəkildə,yüksək sviyyədə keçirmək  üçün görülən işlərin nümayişi  və təqdimatı kimi Bakıda da,  Tiflisdə də, İstanbulda keçirmək olardı.

Mənə elə gəlir ki,bu gün türkdilli mətbuatda aparıcı yerlərdəb birini tutan, Türkiyədə çap olunan “KIRIMIN SESİ” qəzeti də yubileyin yaxşı şəkildə keçirilməsi yolunda   öz himayədarlığını göstərə bilər.  

Hələ də gec deyil.

Yeri gəlmişkən qeyd edək ki, 2013-cü ildə  Bakıda AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun xətti ilə “Ziya” qəzetinin  1879-1880- illərdə çıxan nömrələrinin ərəb qrafikalı orijinalından  latın qrafikalı yazıya   transfoneliterasiyası bayram təntənəsi ilə  qeyd olunmuşdur. Nəfis tərtibatlı “Ziya kitabı”nın varlığı  haqqında oxuculara məlumat verilmişdir.  Təəssüf ki, bu kitabın oxuculara istiqamətlənən yolu hansı yoldasa ləngidi.Transfoneliterasiyanın elektron vatriantı internet vasitəsilə oxuculara çatdırıldı və  lakin bir müddətdən sonra,çox güman ki, maliyyə siyasətinə görə  istifdədən  çıxarıldı.Bu,mənim şəxsi qənaətimdir.Fakt budur ki, indi nə kitab mağazalarında,nə də interhetdə-elektron kitabxanalarda

 “Ziya kitabı” yoxdur.

Müəyyən qüsurlarına baxmayaraq, “Ziya kitabı” dünya oxucularına təqdim olunmağa layiqlı əsər kimi diqqəti cəlb etdi.Amma ” Ziya” ilə az-çox tanışlığı olan tədqiqatçılardan biri kimi şəxsən mən  onun yarımçılıqdan da aşağı olan həcmindən  çox pərt oldum, təəssüf hissi keçirdim; “Ziya”nın ilk 46 nömrəsi təqdimata düşməmişdi.Təqdimata və transfoneliterasiya kitabına düşən nömrələr  “Ziya”nın ikinci ilinin 30 nömrədən ibarət olan hissəsiidi.

“Ziya”nın tarixi haqqında ən doğru məlumat elə “Ziya”nın özündədir.Qəzetin 46-lara daxil olan nömrələrinn birində oxuyuruq:

Ziya”nın ikinci ilinin ilk nömrəsi 6 dekabr 1879-cu ildə yenə də birinci nömrədən başlayaraq çıxmışdır. 1880-ci il  iyunun 26-da çıxan 30-cu nömrədən sonra  qəzət yeni mətbəə şriftlərinin hazırlamması üçün   öz işinə 5 ay  fasilə vermiş, üçuncü ilin ilk nömrəsi 1880-ci il dekabrın 9-da yeni nömrə ilə  çıxmışdır.

“Ziya”nın  3-cü ilinin 1-ci və 2-ci nömrələri 1880-ci ildə,  sonrakı nömrələri isə 1881-ci ildə çıxmışdır.

Yeri gəlmişkən yenə də qeyd edirik ki,  25 yanvar 1879-cu ildən 26 iyun 1884-cq ilədək  “Ziya” qəzətinin  “Ziya” adı ilə 76, “Ziyayi-Qafqasiyyə” adı ilə  104 nömrəsi  çap olunmuşdur.

Qəzetin banisi,imtiyaz sahibi Səid Əfəndi Ünsizadə, ilk redaktoru və baş mühərriri isə onun ortancıl qardaşı Cəlal Ünsizadə olmuşdur.Cəlal Ünsizadə 1883-il yanvarın 31- də “Kəşkül” adlı jurnalın nəşrinə başladığına görə “Ziya”dakı işindən uzaqlaşmışdır.

Aparılan ciddi tədqiqatlar göstərir ki, “Ziya” da , “Kəşkül” də Ünsizadə qardaşlarının  birgə layihəsi idi.Həm Səid Ünsizadənin, həm də  Cəlal Ünsizadənin əsas məqsədi rus müsəlmanlarını mətbuat vasitəsilə yuxudan oyatmaq idi. “Ziya” qəzetinin bağlanmasının əsas səbəbi də  bu fikrin “Ziya” qəzetinin sonuncu-1884-cü il 26 iyun tarixli 11-ci nömrəsində açıq çəkildə ifadə olunması idi.

“Ziyayi-Qafqasiyyə” qəzeti bağlandı,  “Kəşkül” qəzet formasında öz işini 1891-ci ilin oktyabrınadək davam etdirdi. “Kəşkül”ün son iki ilinin nömrələri çapdan çıxanda,

Səid Ünsizadə İstanbulda idi. Onun Azərbaycandan və eləcə də o vaxtlar  Qafqazın baş şəhəri olan Tiflisdən  baş götürüb qaçmasının əsas səbəbi maarifşilik yolunda apardığı işlərə həm dövlət tərəfindən, həm də vəzifəyə iddialı dostları tərəfindən rastlaşdığı qadağalar idi.

Səid Ünsizadənin Şamaxıdan Bakıya köçməsi də məhz bununla ilgili idi.Ona elə gəlirdi ki, Bakıda öz  pedaqoji və publisistik  fəaliyyətini davam etdirə biləcəkdir.Lakin S.Ünsizadənin arzuları burada  da çin olmadı. Ona Bakıda da 1890-cı ildə (Bəzi tədqiqatçılar arxib materiallarını səhv oxuduqlarına görə bu tarixi 1900-cu il kimi göstərirlər-N.N.) “Ziya”nın  nəşrnin yenidən    davam etdirilməsinə müxtəlif bəhanələrlə icazə verilmədi.

Bakıda özünə yer tapmayan Səid Ünsizadə   maarifçilik ideyalarını türk dünyasının baş şəhərində – İstanbulda davam etdirmək qərarına gəlir.Burada köhnə dostlarının köməyi ilə Maarif Məclisində yüksək vəzifədə ideoloji və pedaqoji çalışmalarını davam etdirir,  yeni təhsil proqramlarının yazılmasında və başqa dillərdən tərcümə olunmasında fəaliyyət göstərdi.

Səid Ünsizadə Osmanlı dövlətinin Məclisi – Maarif əzalarından (üzvlərindən ) biri kimi türk egitim tarixində özünə şərəfli yer tutmuşdur. 

O,İstanbulda Quranın türk dilində təfsirini yazmışdır..

1903-cü ildə dünyasını dəyişən Səid Ünsizadə İstanbulun mərkəzində- Fatih Camii Hazirəsində hörmətlə dəfn olunmuşdur..

Cəlal Ünsizadə  qardaşının İstanbula hicrətindən təxminən iki il sonra İstanbula  gəlmişdir.O, burada yüksək səviyyəli dövlət qurumlarında tərcüməçi,kitabxana müdiri,mətbuat müşaviri kimi  məsul vəzifələrdə çalışmışdır.  

“Ulus” qəzetinin verdiyi xəbərə gərə, Cəlal Ünsizadə 1933-cü il  fevralın 17-də  Ankarada  vəfat etmişdir.

Cəlal Ünsizadənin  fotoşəkli  keçən il İstanbulda,Ünsizadələr nəslinin Arkun soyadını daşıyan qohumlarından taapılsa da,  qəbrinin yeri  müəyyənləşdirmək hələlik mümkün olmamışdır. 

Samet Ağaoğlunun   “Babamın arkadaşları” xatirələr kitabında Cəlal Ünsizadə haqqında maraqlı məlumatlar vardır. (Bu kitabı Azərbaycan dilinə filologiya elmləri  doktoru  Vilayət Quliyev  tərcümə etmişdir ).  

Kitabdan məlum olmuşdur ki,  Cəlal Əfəndinin  Almaniyada ali təhsil alan oğlu

1925-ci ildə burada faciəli şəkildə dünyasını dəyişmişdir.Gözəlliyi kitabda xüsusi vurğunluqla göstərilən qızından isə,  təəssüf ki, xəbər yoxdur.

Mənə elə gəlir ki,İstanbullu Arkunlar Cəlal Ünsizadə haqqında bildiklərini oxucularla hələ nədənsə bölüşmək istəmirlər.

***

Uzun illər Səid Ünsizadənin Türkiyə həyatı haqqında geniş oxucu kütləsinə, eləcə də elm  adamlarına, demək olar ki, heç nə məlum deyildi.Onun  ölüm xəbərininin tarixini  oxuculara 20-25 il bundan qabaq mən xəbər vermişdim.

Həyat” qəzetinin  05.07. 1905-ci il  tarixli  21 -сi nömrəsinin axırıncı səhifəsinin axırıncı sütunundakı nekroloqda göstərilirdi ki, türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə İstanbulda ömrünün 80  sinnində  dünyasının dəyışmişdir.

Nekroloqun altında “Həyat”ın rəhbərlərinin üçünün də-Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Əlimərdan bəy Topşubaşovun imzaları var.

Sonralar məlum oldu ki, bu xəbəri Əli bəy Hüseynzadəyə S.Ünsizadənin qohumlarından biri Atamalıbəyov çatdırıbmış. Xəbərin doğruluğuna şübhə ola bilməzdi.

Biz də məhz bu arxayınlığa görə  Səid Ünsizadədən bəhs edəndə 1905-ci ildə ölüm xəbəri verilən 80 yaşlı  görkəmli marifçinin və din xadiminin  1825-ci ildə Şamaxıda anadn olduğunu,1905-ci ildə dünyadan köçdüyünü  yazmışdıq.

Keçən il uzun axtarışlardan sonra Səid Ünsizadənun axtarışını apardığımız  fotoşəkli və  İstanbulda Fatih Camii  Məzarlığında qəbri  də tapıldı.  

İndi Səid Ünsizadənin şəkli hörmətli dostumuz Akif Aşırlinının Mətbuat Muzeyinin eksponatlarını daha da zənginləçdirdi.  Bu işdə Səid Əfəndinin Bakıdakı əqrəbalarından biri  Zaur Səmədovun (O,  Ünsizadə soyadından da istifadə edir-N.N.) xidmətləri təqdirəlayiqdir.  Səid Ünsizadənin  Fatih Camiidəki qəbrinin internet səhifələrindəki  şəkli dünya türk mətbuatına yol tapdı.Qəbir daşındakı bəzi tarixlər  yazılar “Həyat” qəzetindəki nekroloqa  uyğun gəlmirdi.Burada görkəmli maarifçinin yaşı və ölüm tarixi bizi yeni axtarışlarar aparmağa məcbur etdi. Həhayət, şərqşünasların oxumağa ehtiyat etdikləri baş daşındakı yazının mətnini tapdıq və  qəbir daşında yaxşı oxunmayan  sözləri aydınlaşdıra bildik.

Biz bu xəbərin sevincini türk dünyasına çatdırdıq :

Evrika! Tapıldı!!!…Səid Ünsizadə həqiqətləri tapıldı….

Sait Ünsi Efendi Mezar taşı

Fatih Camii haziresinde bulunmaktadır.
Vefat tarihi 1903 yıl. 
Mezar taşı üzerindeki kitabe çok estetik olmamasına rağmen

kitabede bulunan ifade olarak çok önemlidir. 

Mezar baş ve ayak taşından oluşmaktadır. 
Baş taşı üzerinde sarık şeklinde bir serpuş bulunmaktadır.

Ayak taşı ise vazodan çıkan çiçek motifleriyle süslüdür.

61 yaşında vefat eden Sait Ünsi Efendi’nin hac farizasının

yerine getirmiş Meclisi Maarif azasından biri olduğu

ve Azerbaycan’da bir yer olan Semahi -Şirvan’da doğmuştur.

Teferruatlı malümat için kütüphanelerə baş vurun ifadesi yer almaktadır.

Taşın cinsinden kaynaklanan ve karıncalanma olarak bilinen tahribata

maruz kalan taşın üzerindeki harfler siyah renkle boyanmıştır.

Sekiz satır halinde ve celi talik hatla yazılan kitabe 1903 tarihlidir.

Kitabenin son iki satırı Farsça olarak yazılmıştır.

Sıdk ve yakin yolunda Hazreti Peygamber’in dininin tutkunu

Gül fidanından bir gül, 
ismi Ünsi Sadettin

Ünsizadələrin Fevfiq Ünsi Arkun soyadlı vəfat etmiş qohumu  isə Üsküdarda açıq muzey kimi tanınan KARAСAƏHMƏD qəbirstanlığında dəfn olunmuşlar.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

türkoloq.

Bakı,

22.08.2011-ci il-11.11.2019

Azərbaycan maarifçilərinin Türkiyəyə uzanan yolları
Azərbaycan maarifçilərinin Türkiyəyə uzanan yolları


Pin It on Pinterest