İRAN’DAKİ AZERBAYCAN TÜRKLERİ
Əslimi, nəslimi tanıyıram mən, Qarışqa deyiləm özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən Mən ilk qaynağımdan Türk oğlu Türkəm! ..Bəxtiyar Vahabzadə..
Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır. Bəs biz azərbaycanlıların milləti nədir? Bu suala cavab olaraq “Türk milləti” deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri “azəri” və ya “azərbaycanlı” deyə söyləyir. Bu “azəri” sözü son zamanlarda meydana çıxmışdır. Sizə əminliklə deyə bilərəm ki, biz Oğuz Türklərini, “azəri milləti” deyə farslar, “azərbaycanlı milləti” deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz İran adlanan fars dövlətinin 40 milyon Azerbaycan Türkünün ayaqlanmasından qorxduğudur. İran “azərilər” deyə bizləri türk millətindən ayırmaq istəmişdir. Digər tərəfdən ruslar da “azəri və ya azərbaycanlı”, “özbək”, “qazax”, “tatar” “tacik” deyə Türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda türklərin tək Türk milləti adı ilə birləşib onlara baş qaldıracaqlarını və Qafqazlarda, Avrasiyada hökm sürəcəyindən əmindilər. Ruslar və farslar, igilislər tarix boyu Türk millətinə qarşı böl, parçala, ud və ya hökm et siyasətini həyata keçirmişlərdir. Azərbaycan tarix boyu Oğuz Türkmən, Türk yurdu olmuşdur. Hətta Dədə-Qorqud dastanındakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu isbat etmişdir. Azərbaycan türkləri üçün tarixdə bizanslılar “Turkia”, farslar “Türkman cənnəti” deyiblər. Osmanlı-Səfəvi qaynaqlarında da Azərbaycanda yaşayan əhaliyə Türkman deyilmişdir. Oğuz Türk hökümdarı olan Şah İsmayil Xətai də Azərbaycan torpağında yaşan əhaliyə doğru olaraq “Türk oğulları” deyə xitab etmişdir: “Ey Türk oğlulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişməyin. Onu qoruyun və gələcək nəsillərə göndərin”. … Venera Əagərova. Hüquqşunas