Hələ Füzulimiz İraqda qalıb …. və yaxud İraqda yol cəkdilər, Füzuli yerdə qaldı..
Mətbuatda oxuduğum bir xəbərin təssüratını Sizlərlə bölüşürəm.
“Türk dünyasının ortaq şairi Füzuliyə məzar abidəsi məsələsi 1960-1970-ci illərdən
gündəmə gəlmişdir.
Bu layihənin Türkiyə tərəfindən həyata keçirilməsi, eyni zamanda, iki qonşu ölkənin
dostluq ilişkilərini daha da
möhkəmləndirəcəyi şübhəsizdir. Bu düşüncələrlə İraq Türkman millət vəkilləri Füzulinin
şanına yaraşan qəbirüstü
abidənin (mavzoley) yapılması barədə Bağdaddakı səlahiyyətli şəxslərlə danışıq
aparmışlar. Layihənin həyata
keçirilməsini onlar da istəmişlər. Beləliklə, qərar qəbul edilmişdir ki, Füzulinin qəbirüstü
abidəsinin proyektini Fatih
Sultan Mehmet Vakif Universitetinin Memarlıq və Layihə fakültəsi hazırlasın.
Qərara alındı ki, qəbirüstü abidə Kərbəla şəhərinin mərkəzində sıxlıq olan yerdə deyil,
açıq və asanlıqla ziyarəti
mümkün olan bir yerdə tikilsin. Səkkiz yüz metrlik bir sahədə ucaldılacaq abidə üç ana
bölümdən ibarət nəzərdə
tutulub”….
Kiçik bir hissəsindən istifadə etdiyimiz yazının müəllifi
ədəbiyyatmızın fədakar təəssübkeşi profesor Qəzənfər Paşayevdir.
Başımız qarışıb adi işlərə,
Babamız bizlərdən iraqda qalıb.
Uzağı lap yaxşı görür gözümüz,
Bəs niyə Füzuli uzaqda qalıb?
***
Torbadan torbaya yığıb sümüyün,
Oyun çıxarlar lap löyün-löyün.
Daha adımızı bərkdən çəkməyin
Hapımız, gopumuz qıraqda qalıb.
***
Bu da təzə çıxdı… Simvolik məzar…
Belə bir məzara o, necə sığar?
Bizdən yer də bezar, göylər də bezar,
Niyə bu həngamə maraqda qalıb?
***
Gecə də, gündüz də odlara yandı,
Elə – yad daş olan yadlara yandı.
Nə bir ruhdan düşdü, nə də usandı,
Yaxşı söz arayıb, soraqda qalıb.
***
Möhtəşm!…Möhtəşəm!..Dedik adına,
Qızındıq sözünün yanar oduna…
Qalıb ortalıqda…
Nə deyək buna,
Sözümüz,deyəsən, varaqda qalıb…
***
Bacanı qoyurlar tüstüdən ötrü,
Papaq da,deyəsən… istidən ötrü…
Füzulluq etməyək, incidən ötrü-
Hələ Füzulimiz İraqda qalıb.
***
Füzuli Iraqda hə haqla qalıb?.
Sınaq dövrüdürmü, sınaqda qalıb?
Qəbrin dəyişirlər elədən belə,
Günah işlədirlər günahda qalıb….
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq,