Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Banu Muharrem
29 yaşı var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişdir.”Mədəniyyətin tarixi və nəzəriyyəsi ” ixtisası üzrə magistr təhsilinə də məhz ADMİU-da yiyələnmişdir. 2016-2022-ci illər arası Bakı şəhəri Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin rejissoru, xalq teatrı rejissoru vəzifəsində çalışmışdır. 2022-ci ildən etibarən Bakı şəhəri Bir Səhnə Produsser Mərkəzində rejissor olaraq fəaliyyət göstərir. Ailəlidir, 2 oğlan övladı var. Məktəb illərindən şeirlər yazmağa başlayıb. Müxtəlif şeir müsabiqələrinə qatılıb. İlk şeiri ulu öndər Heydər Əliyevin 80 illiyinə həsr olunub.
Şeirlərinin başlıca mövzusu sevgi,məhəbbətin tərənnümü fonundadır. Həmçinin yaradıcılığında vətənpərvərlik,şəhidlər, ana ,dost haqqında şeirlərə də rast gəlmək mümkündür. “Bilmirsən axı”, “Gəl”, “Nə bilim e”, “Canım üçün”, “Yoxdur” və s. kimi şeirləri, həmçinin nəsr yazı nümunələri də tapmaq mümkündür. Yazıları bir çox xəbər portallarında, “525 Qəzet, “Ədəbiyyat” və “Müəllim sözü” qəzetlərində , Türkiyənin “Sonnoktahaber” xəbər portalında dərc olunmuşdur
Banu Muharrem
Al apar
Bu sarmaşıq əlləri qır, apar sənin olsun,
Əlli-qollu sevincim sehirli pərin olsun,
İki kəlməlik sözüm həyəcan tərin olsun-
Sərin olsun bağçalar.
*
Qəhvə,badam gözləri sür,apar gəmin olsun,
Əllidonlu baxışım səbrli dəmin olsun,
İki gülməklik sözüm dərmanın, həbin olsun-
Şirin olsun alçalar.
*
Bu yorulmaz dizləri yor, apar- çəmin olsun,
Əlidolu kürəyim səhərli çənin olsun,
İki ölməlik sözüm sübhəcən təbin olsun-
Şeir dolsun dolçalar.
Sən yadıma düşəndə
Sən yadıma düşəndə
günəşə göz atıram, gözlərimi yandırır.
O parıltı sənsənmi? qalan ağlımı alır.
*
Sən yadıma düşəndə
kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.
O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.
*
Sən yadıma düşəndə
ay günəşlə yarışmır, günəş ayla öpüşür.
O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.
*
Sən yadıma düşəndə
İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar.
O cürünü görmüsən?!
Elə bil çiçəklərdən toz daşıyır arılar.
*
Sən yadıma düşəndə
Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar.
O dənizi bilirsə…
Kimə görə
Dərə olub incə – incə süzüldüm.
Qəhər dolu pencəyimə büzüldüm.
Özümdən çox özgəsinə üzüldüm.
Kimə görə? Nəyə görə? Nə xeyri..?
*
Saçımı izindən hörmək istədim.
Çiçəyi dizindən dərmək istədim.
Gerçəyi gözündən görmək istədim.
Demə: niyə?! Susum belə. nə xeyri..?
*
Öyrəndim ki, hər şəhərdə gəzilməz.
Dilbilməzə dərd etibar edilməz
Öyrəndim ki,kin zahirdə görünməz.
Zillət belə. Gizlət elə! nə xeyri..?
*
Adam var ki, baharını güz edər-
Biri gedər dərd dağını düz edər,
Biri gələr bağlarını yüz edər,
Bitər ömür, dönər kürə, nə xeyri..?
Bir az yan
Gülüşünə- əl açıb, sözə şeir hördürüm,
Gəlişinə- qol açıb, tellərimi hördürüm,
Yerişinə- yol açıb, güzargahlar hördürüm,
Qaçışıma bir az yan, bir az əri, bir az sön!
*
Salamımı- verəndə, gözlərini güldürüm,
Kəlamını- dərəndə, gözlərimi güldürüm,
Kamalımı- görəndə, sözlərini güldürüm,
Naxışıma bir az yan, bir az əri, bir az sön!
*
Bulanmasın- könlünün gölü, bulağı damsın,
Sulanmasın- ömrünün gülü, yarpağı damsın,
Dolanmasın- ruhunun dili, dodağı damsın,
Baxışıma bir az yan, bir az əri, bir az sön!
Boşdu, boş
Çoxlarının öyündüyü yoxuşdu.
Çoxlarının göründüyü duruşdu.
Çoxlarının süründüyü nə xoşdu.
Çoxlarının etibarı boşdu, boş!
*
Çoxlarının sultanlıqdır həvəsi,
Çoxlarının sözə çatmır nəfəsi.
Çoxlarının məhəbbətdə qəfəsi,
Çoxlarının intizarı boşdu , boş!
*
Çoxlarının sözü dəyərləndirir.
Çoxlarının sözü dəyər endirir.
Çoxlarının sözü diyirləndirir.
Çoxlarının ixtiyarı boşdu, boş!
*
Çoxlarının əqidəsi çolaqdır,
Çoxlarının rabitəsi qulaqdır.
Çoxlarının abidəsi ulaqdır.
Çoxlarının ixtisarı boşdu, boş!
Susmalı
İlməsi qaçmış,arasındakı üzərlik otu ovulub tökülmüş..
-o cib dəsmalı
ən çox sevdiyim adam üçündür.
Sulardan yol açan Musa misalı-
ocaq ürəyimə ayaq basmalı
– küçə daşlarını döyən yağışlar.
*
‘pərvanə xisləti’- başıma dönüb
‘Dayanıb bir əhval maraqlanmamış’
-çiynin saçlarıma qucaq açmalı.
*
Bədəni islanmış, rəngi saralmış,
ilməsi köksündən küsüb darılmış
ətrini axtaran o dəsmal haqqı!
Yusifin, Musanın Allahı haqqı!
sevgimin tapdanmış hüququ, haqqı!
Yağış dayanmamış, canım çıxmamış,
Ən sevdiyim adam gəlib çıxmalı.
*
Susub, ‘eşitməyib’ qulaq asmalı
“pərvanə sözü”nə, “şamın səsi”nə
Yağış yorulana, qış qalxanadək,
o şam , o pərvanə , o cib dəsmalı-
Susmalı! Susmalı! Susmalı!
Birdəfəlik gedərsən
Bir gün məni səslərsən
Qayaların həs(i)rinə
Əllərimi gəzərsən
Dünya dönər tərsinə.
*
Çəpərlərin üstünə
Barmağını düzərsən.
Gözlərimin şəstinə
Dodağını büzərsən.
*
Ocaq tüstülədərsən
Qışı istilədərsən
Yaman soyuqqanlıyam.
Qanımı isidərsən?!
*
Çəmənlərin dəstinə
libas olub sərilsən,
Samanların qəsdinə
Yağış tək səpilərsən.
*
Birazca darıx,özlə,
Ayrılığı bilərsən.
Dayan,biraz da gözlə,
‘Birdəfəlik’ gedərsən.
Uzaqlara gedənlərin şeiri
Söylədiyin nağıllarda qala bilməyib
qaçdım önümə çıxan pəncərə dəliklərindən.
Sığmadım şeirlerinin misralarına,
yelləndikcə ürəyinin yelpiklərindən.
Gövdəsinə adımı qazıdığım ağaclarına
budaq olmayacaq neçə yolçu ötürdüm
– qoca babamın uzun kirpiklərindən.
Yağış pıçıltısında navalçalara səndən danışdım-
qovruldu ürəyimin ağrısı çay süfrəsində.
Acı dad buraxdı damağımda, çayın hər qurtumu.
Deyirlər ağrının çoxu məqbul, bağrımın oxu qəbuldur.
Ağrıdım…
Dəmləndim çayımın cəngində.
İndi hər şey gözümdə qırmızı-
Gözümdən qaçan su da,
İçimdən uçan qu da.
Sən bilmirsən
Qəlb sümüyə bənzəmir ki..
qırılanda bitişsin.
Biraz dinmə!
Azca hüzur…
Söz yorulsun, sözün qolları düşsün.
Ürəyinə düşdüyümdə arzuların
yuxun kimi əllərindən yox olsun.
İlk dəfəki o duruxmaq….
o darıxmaq….
o maraq….
cəsarətin öpüşüylə əsarətdən qurtulsun!
Mən bilirəm.
-təlatümlər təbiətin yaxasında düzlənir.
Əlvidalıq payızlar da acığından yağışlarla süslənir.
Sən bilmirsən.
Kötük- taxta evlərin qabırğası neçə paslı mismarlarla gizlənir..
Amma..
…….amma görünmür.
Kağız kimi insan qəlbi əzik-üzük yumrulanır, atılır.
Sanma..
…….sanma görünmür!
İkisi də qığılcıma kül olur.
Sən bilmirsən.
Danışdı gecə
Qaranlıq səmanın toz yatağında
İslaq saçlarını uzatdı gecə.
Küçənin sarımtıl işıqları da
Ulduzun boynuna ip atdı gecə.
*
Hava dumanlandı, bulud qaraldı
Zəmhəri ayının rəngi saraldı
Üzündə dumanın əl izi qaldı.
Qəmzəsi yanağa batdı bu gecə.
*
Şərablar süzüldü, bardaq qırıldı
Yağış pəncərəni öpüb qıvrıldı
Təslim ayaqlarla yerə sıyrıldı
Çatıb yer üzünə yatdı bu gecə.
*
Badamı gözləri sola bayıldı..
Səssiz dodaqların sehri ayıldı.
Bütün xəzinələr bir-bir sayıldı.
Zaman nizamına çatdı bu gecə.
*
Gecə soyunmadan, səhər açmadan
Bir azca utanıb, uzaq qaçmadan
Silah qurşanmadan, atəş açmadan
Könüllü təslimdi,”at! “dı bu gecə.
*
Sanki bu qaranlıq ağ gələcəyə
On iki … Baxışımdan seçərsən.
Bu bəxt də bir yoldu da,
Nə vaxt gəlib keçərsən?!
Səhv düzü apararsa,
Səhvlərimi keçərsən.
*
Könlün naxoşlayanda,
Əllərin ağlayanda,
Boğazın quruyanda
Dodağımdan içərsən.
*
Səndə insaf olmadı,
Məndə qürur qalmadı.
Yazımız bir olmadı,
Solub birdə cücər sən.
*
‘Sevgi yoxdur’-söz deyil.
Allah haqqı düz deyil.
Axtardığın göz deyil?!
Baxışımdan seçərsən.
Qismət deyilsə
Nə qayə daşıyıram,
Nə də bir dağ aşıram.
Dəlicə yaşayıram..
Bir məhəbbət.. bir ümid!
*
-Məndə nə var?!
+Var amma..
Məndə könül arama..
Duz istəməm yarama..
Tez ol,tərpən, durma ,get!
*
Əgər həyat budursa,
Ölüm qurtum sudursa,
Gözlərində su dursa
daha sevməyi tərgit!
*
Allah gülər,qul ağlar.
Saçımı qucur ağlar.
Nəmli,şərab dodaqlar
Qismət deyilsə,tərk et!