GenelGüncelTürk Dünyası

23 Aprel Türkiyənin dünyadakı uşaqlara bayram hədiyyə etdiyi bir gündür

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Türkiyə Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə ölkədir. Aprel Türkiyənin dünyadakı uşaqlara bayram hədiyyə etdiyi bir gündür 23 Aprel Türkiyənin dünyadakı uşaqlara bayram hədiyyə etdiyi bir gündür. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisinin açılışı ilə bərabər türk uşaqlarına hədiyyə etdiyi 23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır.

1921-ci ildən Milli Bayram olaraq keçirilən 23 Aprel 1929-cu ildən həm də Uşaq Bayramı kimi qeyd olunur. 1979-cu ildə ilk dəfə olaraq 6 ölkənin iştirakı ilə beynəlxalq səviyyəyə qaldırılan bu bayram üçün Türkiyəyə dünyanın çox ölkəsindən uşaqlar gəlməyə başladı. Bununla Türkiyə 23 Apreli həm dünya uşaqlarına bayram hədiyyəsi etdi, həm də Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə ölkə oldu.

Türkiyənin könlündə onun dövlət müstəqilliyinin sarsılmaz ifadəsi kimi ən önəmli yeri tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günü hər il ölkə daxili və xaricindəki nümayəndəliklərdə, qurum və məktəblərdə müxtəlif tədbirlərlə qeyd olunaraq milli birliyin birləşmiş ruhunu təmsil edir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest