GenelGüncel

ƏN QƏDİM DÖVRDƏN VIII ƏSRƏ QƏDƏR – NARA DÖVRÜNƏ QƏDƏR YAPON ƏDƏBİYYATI

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Ağasən Bədəlzadə
Filologiya üzrə fəlsəfə doktoru

ƏN QƏDİM DÖVRDƏN VIII ƏSRƏ QƏDƏR – NARA DÖVRÜNƏ QƏDƏR
YAPON ƏDƏBİYYATI

Yaponiyada mədəniyyət və ədəbiyyatın birinci mərhələsi bizim eranın III əsrindən
hesablansa da əslində bu inkişafın qeyri-müəyyən başlanğıc dövrü olmuşdur. I
mərhələ ibtidai dövr hesab olunmalıdır, ikinci dövr III əsrdən VI əsrə qədər davam
edir. Bu dövr Çin sivilizasiyasının ölkəyə daxil olması ilə şərtlənir, üçüncü dövrü
VI-VII əsrləri əhatə edir. Bu dövr artıq buddizmin qəbul edilməsi dövrüdür.,
dördüncü dövr bütün VIII əsri əhatə edir. Bu mərhələ artıq Nara epoxasıdır. İbtidai
dövr hər şeydən əvvəl bir əlamətlə fərqlənir: bu dövr ərzində yaponlar hələ yazı
mədəniyyətinə sahib olmasa da güman edirlər ki, guya Çin yazısına qədər
yaponların öz yazı işarələri olub və bu yazı ŞindoiMoci («Allahlar dövrünün
yazıları») adlanırmış. Əslində isə bu güman heç bir bünövrəyə əsaslanmır. Təbiidir
ki, o zaman yaponların ədəbiyyatı da ola bilməzdi. Biz yalnız həmin dövrə aid olan
primitiv folklor nümunələri və mifologiya barədə danışa bilərək, əvvəlcə allahlar
haqqında əfsanələr yaranmışdı. Bizim eranın ilk illərində Yaponiyada mahnı poetik
folklor yaradıcılığı var idi. Həmin dövrdə yazılı olan bütün məlumatları ədəbiyyat
hesab olunurdu. Tarixi xronikalarda hansısa bir Koreyalı Vani IV əsrdə yaponları
yazı ilə tanış etmişdi. Lakin belə bir ədəbi fakt da vardır ki, VI əsrdə (552-ci ildən)
Koreyanın hakimi bir çox hədiyyələrlə bərabər Buddanın şəklini (təsvirini) də
Yaponiyaya göndərmişdi. Bizə gəlib çatan yazıya qədər ki, dövrə aid ilk mətn
salnamə-mifologiya xarakteri daşıyan qaydalar məcmusu olan «Kociki» abidəsidir.
Deməli, yapon mədəniyyətinin ilk nümunəsi – «Kociki»dir. Bu məsələni Ono
Yasumari tərtib etmişdi. Bu salnaməni Yaponiyanın Bibliyası adlandırırlar. Ən
qədim zamanlar- 23 dan VIII əsrə qədər olan dövrü mifologiya mərhələsi, yaxud
da Şinto dövrü adlandırmaq olar. Şintonu dərk etmək üçün iki kateqoriya yazılı
mənbə vardır. Onlardan biri «mərasim kodeksi» (Enqi-Şiqi) adlanır. Bu kodeksi
Enqinin hakimiyyəti dövrünə aid edirlər (901-923). Lakin bu kodeksə qədər
yaponlara üç qədim komanda tanış idi: a) «Kociki («Qədim əməllər haqqında») b)
«Nihonqi – «Yapon anaları» və c) «Kuciki» («Ötən işlər haqqında»). Bu üç kitab
yapon yazı mədəniyyətinin və ilkin kitab mədəniyyətinin nümunələri hesab olunur.
Nara dövrü (710-794). «Kociki» (qədim əməllər haqqında qeydlər. Nara dövrü
Yaponiyada eyni adlı şəhərin paytaxtı olduğu dövrə aiddir. VIII əsdə, yəni 712-ci

ildə yapon dilində «Kodziki» adlanan bir salnamə yaranır. Bu salnaməni Yasunari
tərtib etmişdi. Orada göstərilir ki, qanlı çəkişmələrdən sonra taxta Temmu çıxdı.
Bu müharibə «Kociki» salnaməsinin yaranmasına səbəb oldu. «Kociki»nin əsas
ideyası hakim sülalənin qanuni olmasını və onların ilahi mənşədən olmasını təsdiq
etməkdir. «Kociki»nin mifoloji hissəsi bədii təfəkkürün ən qədim mərhələsini
təşkil edir. Burada yaponların təbiətin canlı olması haqqında təsəvvürləri əks
etdirilir. Bu təsəvvürləri Şintoizm təbliğ edir. Müqəddimə, yəni Yasunarinin
şərhləri 5 (beş) bölmədən ibarətdir. «Kociki» Nara dövrünün məhsuludur. Nara bir
vaxt Yaponiyanın paytaxtı olub (712-ci ildə). Nara dövrü 710-cu ildən 794-cu ilə
qədər paytaxt olub. Nara dövrünün mədəniyyəti 710-cu ildən, 794-cu ilə qədər
davam etmişdir. Paytaxtın Naradan Heiana köçürülməsinə qədər yapon tarixçiləri
Nara dövrünü Yaponiyanın həyatında xüsusi era hesabdır. Bu dövrü Yaponiya
mütəşəkkil Dövlət quruluşuna keçmişdir və bu dövlətdə möhkəm rejim
yaranmışdı. Həmin dövrü Yapon mədəniyyəti kitaizmlə (Çin mədəniyyəti
ünsürlərilə) zənginləşir. Nara epoxası qədim bir dövrün başa yetməsi dövrüdür.
Yuxarıda deyildiyi kimi Nara dövrünün ən böyük ədəbimədəni yazılı abidəsi
«Kociki»dir. Bu kitaba giriş sözünü Yasumaro yazmış və onun əsas məzmununu
aydınlaşdırmışdır. Bu 24 girişin, müqəddimənin birinci bölməsini Yasumaro belə
şərh edir: O, birinci bölməni iki mövzuya həsr edir: a) Dünyanın inkişaf yolu
Yasumara dünyanın həm kosmoqonik, həm də tarixi sxemin mifoloji aspektdən
aydınlaşdırır və bu prosesi xaosdan başlayır. Sonra tədricən bu xaos qatılaşır və
dünyanın yaranma prosesi gedir. Kosmoqonik prosesin birinci adı – Göyün yerdən
ayrılmasıdır. Bu proses üç ilahi qüvvənin müşayiəti ilə baş verir: a) Atenoromi b)
Tokomi c) Kami. Bu üç ilahi varlıq dünyanın ilk yaranma mərhələsidir, sonra
başqa ilahi qüvvələr fəaliyyətə başlayır. Bu allahların biri İzanaqi, o birisi isə
İzanamidir. Onlar bütün varlığın ilk yaradıcılarıdır. Onlar həm də dünyada olan hər
şeyin yaradıcılarıdır və hər şeydən əvvəl bizim Adalar ölkəsini – Yaponiyanı
yaradıb. Bu mifologiya həm də esxotoloji ruhla zəngindir. Esxotologiya –
«Dünyanın sonu» haqqında əfsanə, etologiya isə – dünyanın yaranması haqqında
mifdir. «Kociki»də «Zülmət ölkəsi» adlı utopik bir ölkədən danışılır. Güya insan
öləndən sonra bütün ruhlar həmin ölkəyə yığılır. «Kociki»də İzanaqinin arvadı
İdzanami haqqında da danışılır və deyilir ki, bu ilahi zülmətdə gizlənir və onun əri
allah İzanaqi onun yanına getməyə can atır. Sonra İzanaqi təzədən işıqlı dünyaya
qayıdır. İzanaqi dəstəmaz alarkən sonra onun vücudundan çoxlu sayda ilahi ruhlar
yaranır və onların içərisində də üç yeni allah var: a) İşıqlı ilahə Ameterasu (Günəş)
b) Gecə Ay allah Sukiyomi və c) Su stixiyası və Tufan allahı – Susanoo.
«Kociki»də Yaponiyanın yaranması haqqındada danışılır: İzanami və İdzanami
Göyü və Yeri bir-birindən ayırır və onlar qövsi-quzeh vasitəsilə Yerə enəndə
özlərinin nəhəng nizələrini var gücləri ilə su burulğanına elə çırpırlar ki, bu zaman

İzanaqinin nizəsindən qopan damcılar tökülür və bu damcılardan da yapon adaları
yaranır. Beləliklə, bütün kosmoqonik proses bu kitabda bütün ardıcıllığı ilə təsvir
olunur. İlk xaos kainatın dünyanın ilk bünövrəsidir: Göylə Yerin bir-birindən
ayrılması kişi və qadın başlanğıcının meydana gəlməsi ən yüksəkdə olan ilahi
varlığın yaranması iki ardıcıl etap kimi təsvir edilir. 25 Beləliklə, bizi əhatə edən
varlığın, materiyanın mifoloji təsviri tam ardıcıllığı ilə verilir. «Kociki»nin birinci
bölməsinin ikinci yarısı kosmoqonik mifin tamamlayıcı hissəsinə həsr edilib.
Burada yaranmış dünyanın konkret inkişafı haqqında danışılır…yuxarı ilahilərdən
tutmuş kiçik allahlara qədər, səbəbkar allahlardan, yaradıcı allahlara qədər,
kosmoqonik allahlardan – mədəniyyət allahlarına qədər, mədəniyyət allahlarından,
sadə adamlara, qəhrəmanlara qədər – bunların hamısı haqqında bu kitabda bəhs
edilir. Beləliklə, kosmoqoniya tarixə çevrilir, Allahlar qəhrəmanlarla əvəz olunur.
Yasumaro üç cür mifdən danışır. Birinci mif dairəsi iki ilahi varlıq çərçivəsində
cəmləşir – Amatarası və Susanoo. Onlar günəş və tufan ilahiləridir. Qəzəbli
Susanoo öz işıqlı bacısını dilxor edir, müvəqqəti olaraq uğur qazanır, lakin sonra
Göylərdən qovulur. Daha sonra Yasurına Susanoonun sonrakı taleyi haqqında
düşünür: onun qəhrəmanlığı, səkkiz başlı ilana qələbə çalması haqqında düşünür.
Axırda Yasumaro azacıqda olsa bütün baş verən prosesləri sanki ümumiləşdirir:
Bütün dünyanı bürüyən Göy və Yer ruhlarını sadalayır. Bundan sonra Yasumaro
ikinci qrup miflərə keçir. Dünyanın yaranması haqqında, səkkiz böyük adanın, yəni
Yaponiyanın yaranması haqqında miflərdən danışır, ikinci qrup miflərin mərkəzi
fiqurları haqqında danışılır və iki ilahi varlıq barədə sözünü davam etdirir: 1)səma
allahı – Takomita-dzuti və 2) yer allahı – O-kuni-pusi haqqında. Birinci allah elçi
rolunda özünü göstərir. Bu Amatarasudur. İkinci allah isə – ilahi varlıqların başçısı
rolunda izhar olunur və özünü bütün dünyanın əsas məhvəri kimi təqdim edir.
Amatarasu öz nümayəndəsini – canisini yeni idarə etmək üçün göndərir.
Amatarasu əvvəlcə öz varis oğlunu yerə göndərmək istəyir, amma oğlu Göydəki
yerini dəyişmək istəmir və nəhayət Amatarasu özünün ən etibarlı elçisini Taka-
Mika-Dzumini göndərir. O, yerə enir və yerdə Yer allahı ilə görüşür və onu (Yer
allahını) inandırır ki, Göyə tabe olması çox vacibdir. 26 Bütün bunlardan sonra
Yasumaro qeyd edir ki, Amatarasu Allahların şurasını təşkil edir və allahlara
tapşırır ki, Dünyanı mükəmməl yaratmaq üçün məşvərətə yığışsınlar. Amatarasu
belə qərara gəlir ki, dünyanı çox etibarlı allaha tapşırmaq lazımdır və son qərarı
belə olur ki, öz oğlunu Yerə göndərsin. Onun oğlu yerə enir. O, burada (yəni
Yerdə) nikaha girir və yerdə bir oğul qazanır. Amatarasu öz nəvəsinə (Niniqiyə)
yeri, daha doğrusu Yaponiyanı bağışlayır və öz nəvəsinə Göylərin canişinliyini də
etibar edir, yerdə isə onu hakimiyyət verərək, birdəfəlik onu yerə təhkim edir.
Onun ayaqları ilk dəfə Kyu-şyu adasına toxunur. Yaponiyada Amatarasunun
nəvəsinin yerə enməsini sonralar da Yaponiya tarixinin başlanğıcı kimi təntənəli

surətdə qeyd edirlər: Yaponların inamına görə, guya sonrakı nəsillərin hamısı bu
nəvədən – Niniqidən törəyiblər və guya Yaponların gələcək nəsillərinin də əsas
nüvəsi Niniqidir (nəvə). Bundan sonra Yasumaro sonrakı hadisələrə toxunur: O,
Niniqinin (Amatarasunun nəvəsinin) nəsillərinin Yaponiyaya geniş surətdə
yayılmasından danışır. «Kociki»nin sonrakı dövrlərinin (tsiklərinin) mifik
qəhrəmanları kimi Kamu-Yamato çıxış edir və o, Yamatonu (yəni Yaponiyanı)
zəbt edir. Əsərdə Naqasuna ona qarşı qoyulur. O, döyüşkən qəbilələrin başçısıdır
(Hondo adasındakı qəbilələrin). Burada söhbət Yaponiyanın artıq Yer imperatoru
haqqında sonralar Dzimmu adlanan hökmdardan gedir. Çox ciddicəhddən sonra
Kamu Uamato Yamato ölkəsini fəth edir və Kaşivora adlı kənddə öz hakimiyyətini
bərqərar edir. Bundan sonra bu imperator Yamato özündən sonra gələn
imperatorların bünövrə daşını qoyur. Tarixi ənənəyə uyğun olaraq Kamunun 122-
ci törəməsi indi Yaponiyada imperator taxtında olan adamdır. Niniqinin Göydən
Yerə enməsi ilə necə deyərlər, artıq Yer hakimiyyəti, Yer dövlətləri yaranır, daha
doğrusu real «İnsan hakimiyyəti meydana gəlir». Əsərdə ilk hadisənin tarixi
verilmir. Artıq ikinci hadisənin (söhbət yerdəki hakimiyyətdən gedir) bizim eradan
qabaq 660-cı ildə baş verdiyi göstərilir. Beləliklə, Yasumaro miflərin üç qrupunu,
dövrəsini göstərir ki, bunlarında hər üçü əsas 27 mövzuya aiddir. Belə ki, ilk mif
qrupu (tsikli) Göylərdə hakimiyyət üstündə gedən mübarizəni – yəni Amatarosu ilə
Susanoo arasında gedən mübarizəni, ikinci tsikldə (dövrdə) artıq bu mübarizənin
yerdə necə baş verdiyini təsvir edir: iki qəhrəman arasında – iki düşmən arasında –
Take-Muki-Dzumi və O-kuni-nusi arasında gedən mübarizəni təsvir edir. Üçüncü
qrup miflər isə artıq yerdə baş verən (hakimiyyət üstündə) mübarizəni təsvir edir:
yəni KamuYamu ilə Naqasunı arasında gedən mübarizəni. Bunlar da ki,
kvazitarixi, hadisələridir, yəni yalançı tarixdir. Yasumaro Yaponiyada olan dörd
monarxı xatırlayır. O, birinci monarx kimi Sudzinini göstərir (e.ə.96-29-cu il)
Sudzi o, üç müqəddəs reralinini qorunması üçün ibadətxana yaradır. Reqali-
monarx hakimiyyətinin zahiri nişanları deməkdir. Bu insanlar isə qədim
Yaponiyada – güzgü, qılınc və yaşmadan ibarət idi. (Yaşma-Xırda dənli
dağsuxurlarının ümumi adı) Sudzin eyni zamanda yapon milli kultunun yaradıcı
simasında təqdim edilir. İkinci monarx kimi Hintonu (313-399) xatırlanır. O,
rəhmdil monarx kimi təsvir olunur. Üçüncü monarx isə Seymudur. Burada
xronoloji sıra pozulur. Burada Seymunun çarlığı 131-191-ci illərə aid edilir.
Seymu – öz sərhədləri müəyyən olan dövlət yaradır. Dövlət Kansleri (katibinin
dövlət dəftərxana rəisinin) vəzifəsinin yaradılmasını da ona istinad edirlər.
Dördüncü monarx isə Unkya (412-453) hesab olunur. O, tayfa quruluşunu qaydaya
salır. O, öz xalqını ayrı-ayrı nəsillərə bölür (Udzi). Yasumaro özünün lakonik
yığcam formulları ilə Yapon xalqının inkişafının həqiqi mərhələlərini göstərə bilir.
Bütün bunlar isə patriarxal dövrün mənzərələri deməkdir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest