YENİ YAŞIN MÜBARƏK OĞUZ YURDU SƏDƏRƏK

Sədərək rayonu 30 ildə Naxçıvanın tərəqqi simvoluna çevrildi.Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi yeri olan Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon sutatusu alıb. Azərbaycanın Sədərək rayonu cənub-qərbdən Türküyə Cümhuriyyəti (15 km), şimal-qərbdən Ermənistan Respublikası ilə (24 km) və Cənubu-şərqdən Şərur rayonu ilə (27 km) həmsərhəddir. Əhalisi 16089 nəfər, ərazisi 16.374 kvadratkilometirdir. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda bir qəsəbə 3 kənd vardır. Onuda xatırladım ki, Sədərək muxtar respublikamızın qədim yaşayış məntəqələrindən biridir. Son illər aparılmış arxoloji qazıntılar nəticəsində rayon ərazisində Eneolit, Tunc dövürlərinə və orta əsrlərə aid yaşayış yerləri, qədim abidələri aşkar edilib və öyrənilib. Sədərəyin cənubunda eradan əvvəl IV-III minilliyə aid yaşayış yeri aşkar olunub. Ərazidə Əjdahan, Cin təndiri, Cəhənnən dərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Qaraburun və başqa tarixi yer adları mövcuddur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, bölgədə eradan əvvəl 4-cü minillikdən başlayaraq Fasiləsiz yaşayış mövcud olub. Qədim Oğuz Yurdu Sədərək ərazisindəki tarixi-memarlıq abidələrindən üç məcid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkanı, Bəzirxan karxanası, Karvansara, Ağoğlan piri, XIX-XX əsrlərin əvvəllərində tikilmiş hamam binası mühafizə olunaraq bu günümüzədək gəlib çatıb. Sədərəyin tarixindən danışanda 1990-cı il yanvar hadisələrini xatırlamamaq olmur. Çünkü bu hadisələrdə ilk şəhidləri Sədərək müdafiəçiləridir. Qanlı döyüşlər zamanı ermənilər tərəfindən Sədərəyə 14 dəfə ən müasir silahlarla hücumlar edildi. Bu döyüşlər zamanı vətənin qeyrətli 108 oğlu şəhidlik zirvəsinə ucalıb, ancaq bir nəfər belə öz səngərindən geri çəkilməyib. Arasıkəsilməyən hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəb, inzibatı bina dağıntılara məruz qalıb. Sədərəyi “Qeyrət qalası” adlandıran Azərbaycan xalqının Ümummlli Lideri Heydər Əliyev “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üstünə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqa idi. Burada əsil müharibə gedib, atışmalar olub”,-deyə bildirmişdir. Tarix salnaməmiz olan “Kitabi-Dədə Qorqud” dastanında belə bir ifadə işlədilir ki, torpağı qorumursansa, əkməyinə, əkmirsənsə qorumağına dəyməz. Sədərək torpağı igid oğlanlarımız tərəfindən yaxşı qorunduğu üçün dövlətin hərtərəfli dəstəyini öz üzərində hiss edən Sədərəklilər düşmənin gözünün önündə torpaqları əkib-becərirlər. Bu gün Sədərək rayonun bütün evlərinə içməli su, kanalazasiya çəkilir. Təkcə bu il 13 su artezan quyusu qazılıb əhalinin istifadəsinə verilmiş, rayon ərazisində sərhəddə yerləşən 73 hek ərazi minalardan təmizlənərək, əkinə yararlı hala salınaraq əhalinin istifadəsinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından sonra isə Sədərək rayonu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Sədərək rayonu müasir rayon kimi formalaşmış dinamik inkişaf dövrünü yaşayır. Rayon hər bir sahədə dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinin yenidən bərpasının açılışında iştirak edib, burada aparılan quruculuq işlərini yüksək qiymətləndirərək deyib: “Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür”. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu doğrudan da böyük hadisədir. Bu gün, sözün həqiqi mənasında, Sədərək rayonu inkişaf və çiçəklənmə dövrünü yaşayır. Buradakı hərbi hissədə və düşmənlə üzbəüz mövqeləri muxtar respublikamızın müdafiə potensiyalının hansı səviyyədə olduğunu göstərir. Dövlətimizin bu sərhəd bölgəsinə göstərdiyi xüsusi diqqət və qayğı isə boşuna deyil. Bütün bunlar ona görə edilir ki, düşmənlə həmsərhəd olan Sədərək rayonunun əhalisi arxalarında güclü dövlətin dayağını hiss etsin. Düşmən isə görsün ki, Azərbaycan Sədərək kimi bir diyarın timsalında necə inkişaf edir və çiçəklənir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest