XOCALI ŞƏHİDLƏRİ

Sənan Qacar/Azerbaycan

  Xocalı soyqırımı

Sənan Qacar
Sənan Qacar


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar – 63 nəfər;
qadınlar – 106 nəfər;
qocalar – 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar – 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Xocalı – əsas hədəf
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

“Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Faciənin xronikası
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
“Memorial” hüquq-müdafiə mərkəzinin hesabatından:

Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.

Hücumun gedişatı
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.
Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.

Əhalinin çıxması üçün azad dəhliz
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin müqəddəratı
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.
Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti
Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.
Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir.
Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.
Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

366-cı alay
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.

Tarix unutmayacaqdır
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Tarix heç nəyi unutmur.


 XOCALI SOYQIRIMI ZAMANI  ŞƏHİD OLANLARIN

SİYAHISI

S/sSoyadı, adı, atasının adıDoğum  tarixi
1.Abbasov Vahid Muxtar oğlu1972
2.Abbasov Vəliyəddin Umudvar oğlu1963
3.Abbasov Eyvaz Kamran oğlu1983
4.Abbasov Elxan Kamran oğlu1970
5.Abbasov Knyaz Əliqulu oğlu1963
6.Abbasov Mütəllib Əli oğlu1972
7.Abbasov Savalan İsmayıl oğlu1909
8.Abbasov Taleh Umudvar oğlu1961
9.Abbasova Suqra Əliş qızı1917
10.Abbasova Həmayıl Canış qızı1940
11.Abbasova Əntiqə Heydər qızı1935
12.Abdinov Samir Əmir oğlu1973
13.Abdullayev İlham Bayram oğlu1973
14.Abdullayev Yalçın Müzəffər oğlu1970
15.Abdullayev Yusif Qoca oğlu1932
16.Abdullayev Mahir Tanrıverdi oğlu1971
17.Abdullayev Mahir Şahmar oğlu 1971
18.Abdullayev Müsaməddin Yaqub oğlu1961
19.Abdullayev Rafiq İngilis oğlu1969
20.Abdullayev Sərvan Şahmar oğlu1979
21.Abdullayev Ələddin Salman oğlu1952
22.Abdullayeva Maya Saleh qızı1908
23.Abdullayeva Maya Sərhad qızı1986
24.Abışov Eyvaz Talıb oğlu1950
25.Abışov Elşad Qiyas oğlu1967
26.Abışov Etibar Mövsüm oğlu1965
27.Abışov Mobil Mövsüm oğlu1968
28.Abışov Səadət Niyaz oğlu1967
29.Abışov Çingiz Nazim oğlu1985
30.Abışov Habil Mövsüm oğlu1966
31.Abışov Əli Əbdül oğlu1926
32.Abışova Minarə Rəhim qızı1910
33.Abışova Mədinə Bədirxan qızı1908
34.Abışova Məryəm Məşədi qızı1932
35.Abışova Məruzə Məhəmməd qızı1930
36.Abışova Məhbubə Qurban qızı1960
37.Abışova Çinarə Nazim qızı  1982
38.Abışova Gülzar Gülalı qızı1964
39.Azadov İlham Əyyub oğlu1962
40.Allahverdiyev Bəhram Mumuş oğlu1975
41.Allahverdiyev Bəhram Hidayət oğlu1976
42.Allahverdiyev Vidadi Müsül oğlu1977
43.Allahverdiyev Zabil Əkbər oğlu 1967
44.Allahverdiyev Ziyadxan Salah oğlu1957
45.Allahverdiyev İlham Baxşeyiş oğlu1963
46.Allahverdiyev Mahir Novruz oğlu1975
47.Allahverdiyev Mumuş Bəhram oğlu1923
48.Allahverdiyev Novruz Salah oğlu1947
49.Allahverdiyev Salah İmamqulu oğlu1918
50.Allahverdiyev Hidayət Bəhram oğlu1936
51.Allahverdiyeva Validə Astan qızı1963
52.Allahverdiyeva İradə Astan qızı 1965
53.Allahverdiyeva Kifayət Hüseynalı qızı1942
54.Allahverdiyeva Ayşən Murad qızı1991
55.Allahverdiyeva Teybə Nəbi qızı1933
56.Allahyarov Etibar Baloğlan oğlu1968
57.Allahyarova Qəmzə Qaraş qızı1940
58.Allahyarova Şəfiqə Zeynal qızı1969
59.Alıyev Möhü Məhəmməd oğlu1928
60.Alışanov Əliqulu Tohid oğlu1972
61.Alışov Kazım Şura oğlu1960
62.Aslanov Qulu Bəhram oğlu1927
63.Aslanov Qəzənfər Qurban oğlu 1937
64.Aslanov İqbal Qulu oğlu1970
65.Aslanov Xəqani Kazım oğlu1955
66.Aslanova Elnarə Tofiq qızı1978
67.Aslanova Gülsabah Qəyyum qızı1972
68.Atakişiyev Eldəniz Qaçay oğlu1959
69.Atakişiyev Fərhad Rəhman oğlu1970
70.Ağayarov Nəbi İsak oğlu1981
71.Ağayarov Roman İsak oğlu1986
72.Ağayarova Züleyxa Yunis qızı1965
73.Ağayarova Sevinc İsak qızı1985
74.Ağayev Adil Akif oğlu1969
75.Ağayev Allahverdi Səttar oğlu1982
76.Ağayev Vidadi Sədcat oğlu1960
77.Ağayev Elçin Vaqif oğlu1965
78.Ağayev Elşən Şükür oğlu1965
79.Ağayev Zahid Səttar oğlu1963
80.Ağayev Mübariz Ərşad oğlu1970
81.Ağayev Rasim Mirsalam oğlu1967
82.Ağayev Rövşən Məmməd oğlu1966
83.Ağayev Saleh Quba oğlu1956
84.Ağalarov Sadiq Şirxan oğlu1932
85.Ağalarova Güllü Surxay qızı1934
86.Babayev Bakir Bəbir oğlu1965
87.Babayev Bəbir Əsgər oğlu1942
88.Babayev Qədir Əsgər oğlu1935
89.Babayev Ramiz Şəfa oğlu1970
90.Babayev Telman Alı oğlu1949
91.Babayeva Qəribə Muxtar qızı1938
92.Babayeva Fənar Fərman qızı1943
93.Bayramov Zahid Tapdıq oğlu1964
94.Bayramov Məzahir Oruc oğlu1963
95.Bayramov Rövşən Tapdıq oğlu1969
96.Bayramov Tahir Rafiq oğlu1973
97.Bayramov Habil Nağı oğlu1968
98.Bayramov Cəllad Səməd oğlu1948
99.Bayramova Nətavan Pənah qızı1988
100.Bağırov Bəhmən Yaqub oğlu1966
101.Bağırov Elşən Həsən oğlu1965
102.Bağırova Zəhra Sarı qızı1930
103.Bağırova Nailə Həsən qızı1956
104.Behbudov Abbas Behbud oğlu1973
105.Behbudov Adil Behbud oğlu1956
106.Behbudov Vaqif Yusif oğlu1963
107.Behbudova Sürəyya İbrahim qızı 1930
108.Behbudova Gülbahar Yusif qızı1968
109.Behbudova Gülnaz Yusif qızı1962
110.Bidzinov Zeynali Məmməd oğlu1958
111.Bidzinov Maqsud Alı oğlu1958
112.Bilalov Namiq Məhəmməd oğlu1961
113.Binnətov Rövşən Cəlil oğlu1975
114.Binəliyev Cabbar Gülalı oğlu1969
115.Binəliyev Əlişir Gülalı oğlu1967
116.Budko Dmitri Nikolayeviç1930
117.Bəbirov Tofiq Niftalı oğlu1966
118.Bədişov Əli Rəis oğlu1968
119.Bəylərov Bəylər Novruz oğlu  1954
120.Bəxtiyarov Kamil Murtuza oğlu 1973
121.Bəşirov Fəxrəddin Çərkəz oğlu1966
122.Bəşirov Ceyhun Bəşir oğlu 1967
123.Bəhmənov Akif Vaqif oğlu1974
124.Bəhmənova Dilarə Məhərrəm qızı1950
125.Vəliyev Ağasəf Zakir oğlu1986
126.Vəliyev Firdovsi Fazil oğlu  1966
127.Vəliyev Əli İman oğlu  1962
128.Vəliyeva Nazilə Kamil qızı 1966
129.Vəliyeva Güldanə Zakir qızı1989
130.Qarayev Asif Qarakişi oğlu1953
131.Qarayev Saleh Asif oğlu1982
132.Qarayev Usubəli Süleyman oğlu1961
133.Qasımov Ağa Bayram oğlu1930
134.Qasımov Yaşar Qaytaran oğlu 1964
135.Qasımov Ənvər Bahadur oğlu 1925
136.Qasımova Nərminə Nizami qızı1984
137.Qasımova Rəsmiyyə Ağa qızı1960
138.Qocayev Güman Əvəz oğlu1941
139.Quliyev Aqil Sahib oğlu1963
140.Quliyev Vüqar Zahid oğlu 1975
141.Quliyev Qənimət Əli oğlu1936
142.Quliyev Elçin Balaxan oğlu  1965
143.Quliyev Zakir Lətif oğlu1965
144.Quliyev Zəkara Qəmış oğlu1932
145.Quliyev İslam İdris oğlu 1957
146.Quliyev İsmayıl Qənimət oğlu  1969
147.Quliyev Mikayıl Zahid oğlu1967
148.Quliyev Mətləb Qənimət oğlu1963
149.Quliyev Natiq Vəliyəddin oğlu 1972
150.Quliyev Samir Taleh oğlu  1990
151.Quliyev Taleh Zəkara oğlu 1967
152.Quliyev Tahir Soltan oğlu 1956
153.Quliyev Fərhad Səfər oğlu 1970
154.Quliyev Şahbaz Mürsəl oğlu1924
155.Quliyev Şükür Bərxudar oğlu1949
156.Quliyev Şükür Qaryağdı oğlu1985
157.Quliyev Şəmsi Əjdər oğlu 1970
158.Quliyev Əkbər Zəkara oğlu1962
159.Quliyeva Zöhrə Lətif qızı1968
160.Quliyeva Məxmər Xanlar qızı1930
161.Quliyeva Nuranə Qaryağdı qızı1983
162.Quliyeva Rəvanə Qaryağdı qızı1979
163.Quliyeva Sara Hüseyin qızı1955
164.Quliyeva Sevinc Əkbər qızı 1985
165.Quliyeva Urba Hacı qızı1936
166.Quliyeva Şura Şamil qızı1936
167.Qənbərov Qarsalan Gəray oğlu1939
168.Qənbərov Emin Səfər oğlu1986
169.Qənbərov Nadir Qarsalan oğlu 1971
170.Qənbərov Səfər Qarsalan oğlu 1961
171.Qənbərova Validə Boran qızı1941
172.Qənbərova Esmira Səfər qızı1985
173.Qənbərova Mətanət Hacı qızı1967
174.Qəhrəmanov Polad 
175.Dadaşov Mübariz Dadaş oğlu1968
176.Dünyamalıyev Adil Xanəli oğlu1965
177.Dünyamalıyev Zamin Əsgər oğlu1951
178.Dünyamalıyev İsmayıl Dünyamalı oğlu1953
179.Dünyamalıyev Sabir Xanəli oğlu1956
180.Edilov Elşən Baxşəli oğlu1964
181.Eyvazov Hidayət Əli oğlu1964
182.Zamanov Novruz Qulu oğlu 1936
183.Zeynalov Eldar Aslan oğlu1963
184.Zeynalov Məmməd Mikayıl oğlu 1948
185.Zeynalov Məcnun Zaman oğlu 1969
186.Zeynalov Nadir Aslan oğlu1968
187.Zeynalov Osman Bahadur oğlu 1959
188.Zeynalov Tahir Bahadur oğlu  1963
189.Zeynalov Tofiq Aslan oğlu1959
190.Zeynalova Aynurə Tofiq qızı1986
191.Zeynalova Nazilə İbrahim qızı1957
192.Zeynalova Leyla Eldar qızı1987
193.İbadullayev Nadir Nəbi oğlu1967
194.İbrahimli Xəqani 
195.İbrahimov Əlixan Xəlil oğlu1955
196.İbrahimova Fatma Mədəd qızı1959
197.İlyasov Məhəmməd İlyas oğlu1940
198.İlyasov Əhməd Məhəmməd oğlu1968
199.İmani Ağababa Əliqulu oğlu 1910
200.İmani Ağayar Salman oğlu1929
201.İmani Malik Ağayar oğlu 1950
202.İsmayılov Bəhram Mətləb oğlu1967
203.İsmayılov Vidadi Lətif oğlu 1951
204.İsmayılov Elyas Bayram oğlu1938
205.İsmayılov İbiş Kərim oğlu 1938
206.İsmayılov İnqilab Ələkbər oğlu1962
207.İsmayılov İsmayıl Lətif oğlu 1957
208.İsmayılov İsmayıl Bəhmən oğlu1955
209.İsmayılova Mənzər Məşdi qızı1908
210.İsmayılov Nadir Hüseyin oğlu1966
211.İsmayılova Şövkət Oruc qızı 1940
212.İsmayılova Nərgiz Hüseyn qızı1978
213.İsfəndiyarov Eldar Hümbət oğlu1972
214.Yusifov Elzamin Yusif oğlu1972
215.Yusifov Həmid Məhəddin oğlu1962
216.Kazımov Asif Kazım oğlu1967
217.Kazımov Xəlil Mahmud oğlu1938
218.Kupriyev Səyid Roman oğlu 1986
219.Kərimov İntiqam Şahmalı oğlu1960
220.Kərimov Yalçın Asif oğlu1950
221.Kərimov Rəşid Rəhim oğlu1922
222.Kərimov Samran Soltan oğlu1924
223.Kərimov Sultan Samran oğlu1969
224.Kərimov Frunz Samran oğlu 1960
225.Kərimova Firəngiz Mütəllim qızı1934
226.Kərimova Firəngül Məmməd qızı1934
227.Mahmudov Əhliman Behbud oğlu1941
228.Mahmudova Roza Səfər qızı1930
229.Mehdiyev İlham İmdad oğlu 1967
230.Mehdiyev Murad Şafa oğlu1964
231.Mehdiyev Fikrət Burzu oğlu1968
232.Mehdiyev Şafa Baba oğlu1941
233.Mehdiyeva Aysel Murad qızı1987
234.Mehdiyeva Gülmirə Murad qızı1989
235.Mehralıyev Əli Mürsəl oğlu1964
236Mehralıyeva Gülüzar Gülalı qızı1970
237.Mehrəliyev Orxan Əli oğlu 1971
238.Mehrəliyev Əli Şükür oğlu1964
239.Mehbalıyev Əli Fərəc oğlu1944
240.Mikayılov Aqil Vəlikişi oğlu1969
241.Mirzəyev Kamal Abbas oğlu1962
242.Muradov Elşən Kazım oğlu1971
243.Muradov Zahid Lətif oğlu  1965
244.Muradov Paşa Əsgər oğlu1939
245.Muradov Gündüz Kazım oğlu1961
246.Muradova Ayşən Zöhrab qızı 1991
247.Muradova Nurudə Kazım qızı1931
248.Musayev İlqar Vaqif oğlu1963
249.Mustafayev Vidadi Şəfa oğlu1967
250.Mustafayev Rza Bəşir oğlu1948
251.Mustafayev Yaxşı Mehdiqulu qızı1900
252.Məmişov Talış Hüseyn oğlu1921
253.Məmişov Şahin Talış oğlu1959
254.Məmmədov Möhlət Məmməd oğlu1976
255.Məmmədov Azər Vaqif oğlu1972
256.Məmmədov Aydın Qurban oğlu1964
257.Məmmədov Allahverdi 1963
258.Məmmədov Arif İbad oğlu1956
259.Məmmədov Bəylər Xanlar oğlu1960
260.Məmmədov Vaqif Şükür oğlu1940
261.Məmmədov Vaqif Şəmil oğlu1951
262.Məmmədov Vaqif Salman oğlu 1965
263.Məmmədov Zakir Qasım oğlu 1966
264.Məmmədov Zahir Ramiz oğlu 1975
265.Məmmədov Yaşa Yusif oğlu 1956
266.Məmmədov Kamil Əmir oğlu 1958
267.Məmmədov  Məmməd Qədir oğlu 1935
268.Məmmədov  Məmməd Rəhim oğlu1935
269.Məmmədov Niyaməddin Vaqif oğlu1978
270.Məmmədov Nurəddin Vaqif oğlu1958
271.Məmmədov Oqtay Şükür oğlu1978
272.Məmmədov Razmik Suren oğlu 1965
273.Məmmədov Ramil Cəlal oğlu1948
274.Məmmədov Rasif Salman oğlu1967
275.Məmmədov Saday Süleyman oğlu1936
276.Məmmədov Sadiq Allahverdi oğlu1986
277.Məmmədov Söhbət Məmməd oğlu1976
278.Məmmədov Sərvər Yelmar oğlu1970
279.Məmmədov Səfəralı Mehdi oğlu1918
280.Məmmədov Talış İmran oğlu1934
281.Məmmədov Xosrov Bilal oğlu 1942
282.Məmmədov Şöhlət İbiş oğlu1975
283.Məmmədov Ceyhun Vaqif oğlu1975
284.Məmmədov Əkbər Rəhman oğlu1960
285.Məmmədova Afilə İbrahim qızı1949
286.Məmmədova Lətifə İbad qızı1958
287.Məmmədova Məleykə Atəş qızı1933
288.Məmmədova Sevil Hüseyn qızı1971
289.Məmmədova Səltənət Zülal qızı1931
290.Məmmədova Şövkət İbad qızı1964
291.Məmmədova Güllü Abdal qızı1925
292.Məhərrəmov Vaqif Cəmil oğlu1951
293.Məhərrəmov Maqsud Heydər oğlu1957
294.Məhərrəmov Tahir Ağarza oğlu1956
295.Məhərrəmova Bəsirə Vəli qızı1956
296.Məhərrəmova Nazlı Vəli qızı 1954
297.Nağıyev Yusif Şirin oğlu1928
298.Nağıyeva Sara Ramiz qızı1969
299.Nişanə Xocalı 1990
300.Novruzov Zakir Novruz oğlu1971
301.Novruzov Novruz Məhərrəm oğlu 1937
302.Novruzov Əkbər Cənnət oğlu 1956
303.Novruzov Ələsgər Xanlar oğlu1949
304.Novruzova Adilə Məhəmməd qızı1937
305.Novruzova Günay İlqar qızı1990
306.Novruzova Rahilə Novruz qızı 1975
307.Novruzova Rübabə Novruz qızı 1977
308.Novruzova Ülviyyə Rəhbər qızı1977
309.Nuriyev Aydın Nəriman oğlu1966
310.Nuriyev Hafiz Yusif oğlu1962
311.Nurməmmədov Hüseyn Rza oğlu 1927
312.Nurməmmədova Pakizə İslam qızı1936
313.Nəbiyev Məhiyəddin Həsən oğlu1952
314.Nəbiyev Həsən Qaraş oğlu 1930
315.Nəbiyeva Səkinə Nabatalı qızı1930
316.Nəzərli Hikmət Baba oğlu1966
317.Nəsibov Ramiz Sarı oğlu1961
318.Nəsirova Tatyana Dmitriyevna 1952
319.Nəcəfov Alov Nəsib oğlu1966
320.Nəcəfov Şiraslan Qəmiş oğlu1952
321.Nəcəfov Əsgər Hidayət oğlu1940
322.Orucov Elman Ənvər oğlu 1956
323.Orucov Miryusif Kərim oğlu1940
324.Orucov Rafiq Miryusif oğlu1972
325.Orucov Telman Ənvər oğlu 1957
326.Orucov Fazil Ənvər oğlu1981
327.Orucov Faiq Əli oğlu1970
328.Orucov Cavan Canan oğlu1976
329.Orucova İradə Əli qızı 1964
330.Orucova Məlahət Əli qızı1975
331.Orucova Mələk Əli qızı1968
332.Orucova Natəvan Nəbi qızı1989
333.Orucova Tamara Yunis qızı1944
334.Orucova Xəyalə Telman qızı1986
335.Orucova Gözəl Heydər qızı1931
336.Paşayev Aleksandr Tapdıq oğlu 1932
337.Paşayev Elşad Aleksandr oğlu1961
338.Paşayev Ələddin Bəhlul oğlu1961
339.Pəzliyev Qədim Pəzli oğlu1953
340.Pənahov Mübariz Sabir oğlu 
341.Rzayev İldırım Barat oğlu1970
342.Rzayev Tapdıq Köçəri oğlu1974
343.Rzayev Canpolad Yaqub oğlu1969
344.Rüstəmov Eldar Əmir oğlu 
345.Rüstəmov Fizuli Saleh oğlu 1966
346.Rüstəmov Həsən İsfəndiyar oğlu1932
347.Rəşidov Adil Məmməd oğlu 1941
348.Rəşidov Nazim Adil oğlu1972
349.Rəcəbov Cəbrayıl Mehdi oğlu1961
350.Sadıqov Vaqif İmamverdi oğlu1952
351.Sadıqov Əvəz Asif oğlu1929
352.Sadıqova Qönçə Məmmədbağır qızı1937
353.Sadıqova Çiçək Cəlil qızı1928
354.Salahov Məhəmməd Əbdül oğlu1931
355.Salahov Natiq Faydalı oğlu1961
356.Salahov Şakir Şəmil oğlu1966
357.Salahova Zəhra Əlabbas qızı1932
358.Salahova Şəkər Saday qızı 1963
359.Salmanov Müşviq Vaqif oğlu 1974
360.Süleymanov Rəşid Surxay oğlu1951
361.Süleymanova Nübar Lələkişi qızı 1953
362.Səlimov Araz Bahadur oğlu1960
363.Səlimov Bahadur Mikayıl oğlu1928
364.Səlimov Mikayıl Bahadur oğlu1970
365.Səlimov Rəfayıl Elyas oğlu1970
366.Səlimov Seydi Mikayıl oğlu1934
367.Səlimov Tofiq Seydi oğlu 1968
368.Səlimov Fəxrəddin Bahadur oğlu1958
369.Səlimov Xəzər Səyavuş oğlu1974
370.Səlimova Adilə Allahverdi qızı1930
371.Səlimova Tamilə Ağamalı qızı1936
372.Səmədov Taryel Bəylər oğlu  1964
373.Səmədov Həmid Bəylər oğlu1958
374.Səmədov Gündüz Hidayət oğlu1957
375.Səfiyev Elxan Nəsib oğlu 1961
376.Səfiyev Sərvan Elxan oğlu1991
377.Səfiyeva Gözəl Vəli qızı1923
378.Səfərov Mübariz Əsəd oğlu 
379.Səfərov Orduxan Aydın oğlu1961
380.Səfərov Osman Aydın oğlu1964
381.Səfərov Şahverdi Bəhlul oğlu1956
382.Səfərova Pəri Muxtar qızı1930
383.Talıbov Rəhim Xudaverdi oğlu1908
384.Usubov Elşad Kamran oğlu1974
385.Usubov Zakir Kamran oğlu1965
386.Usubov Səyavuş Ramiz oğlu1971
387.Usubov Əlyar Kamran oğlu1967
388.Usubova Şərqiyə Usub qızı1948
389.Fəzliyev Qədim Fəzli oğlu1953
390.Fərzəliyev Canan Binnət oğlu1962
391.Fərmanov Mübariz İsrəfil oğlu 
392.Xudayarova Sürəyya Alış qızı1916
393.Xudiyev Zahid Bəhlul oğlu1965
394.Xəlilov Araz Xəlil oğlu1984
395.Xəlilova Arzu Xəlil qızı1977
396.Xəlilov Qaçay Rəhim oğlu1943
397.Xəlilov Tahir Qaçay oğlu 1962
398.Xəlilova Zərifə Zəkara qızı1964
399.Xəlilova Lalə Tahir qızı1988
400.Çobanov Tapdıq Xədicə oğlu1949
401.Çobanova Nəzakət Tapdıq qızı1984
402.Şahverdiyev Vüqar Mamed oğlu1973
403.Şahverənov Məhərrəm Çodar oğlu1930
404.Şahmuradov Mübariz Alıhüseyn oğlu 1952
405.Şahmuradov Namiq Əmirxan oğlu1965
406.Şahmuradov Natiq Əmirxan oğlu1965
407.Şahmuradov Nemət Musa oğlu1962
408.Şirinov Elşən Eldar oğlu1965
409.Şirinov Elşənin 6 aylıq oğlu1991
410.Şükürov Akif Rəsul oğlu1965
411.Şükürov Vaqif Rəsul oğlu1968
412.Şükürov Vəkil İspəndiyar oğlu1947
413.Şükürov Tofiq Zakir oğlu1964
414.Şükürova Əntiqə İspəndiyar qızı1934
415.Haqverdiyev David Məşədi oğlu 1951
416.Haqverdiyev Maarif Yaqub oğlu1969
417.Haqverdiyev Şahin Məşdi oğlu1962
418.Haqverdiyeva Həvva Zeynalabdin qızı1927
419.Hacıyev Alim Əjdər oğlu 
420.Hacıyev Süleyman Lətif oğlu 1949
421.Hacıyev Tahir Hacı oğlu1957
422.Hacıyev Əlif Lətif oğlu1953
423.Hümbətov Bəhlul Müseyib oğlu1937
424.Hümbətov Muğan Cəlil oğlu1973
425.Hümbətov Talış İsgəndər oğlu1931
426.Hümbətov Hətəm Qurban oğlu1960
427.Hümbətova Anahid Eldar qızı1979
428.Hümbətova Sevil Cəlil qızı1967
429.Hümbətova Simuzər Cəlil qızı 1976
430.Hümbətova Südabə Rəşid qızı1969
431.Hümbətova Firuzə Musa qızı1934
432.Hüseynov Allahverdi Qulu oğlu1904
433.Hüseynov Bakir Mirsiyab oğlu1956
434.Hüseynov Vüqar Hilai oğlu1971
435.Hüseynov Emin Aleksandr oğlu1975
436.Hüseynov Zöhrab Hüseyin oğlu1971
437.Hüseynov Yaşar Mustafa oğlu 
438.Hüseynov Mirsiyab Həzrətqulu oğlu1922
439.Hüseynov Mürşüd Səməd oğlu1934
440.Hüseynov Məshər Elxan oğlu1991
441.Hüseynov Rəşid Hüseyn oğlu1962
442.Hüseynov Rəcəb Elxan oğlu 1984
443.Hüseynov Tofiq Mirsiyab oğlu1954
444.Hüseynov Çingiz Mirsiyab oğlu 1955
445.Hüseynov Şakir Mustafa oğlu1956
446.Hüseynov Hüseyin İsmayıl oğlu1934
447.Hüseynov Hüseyn Fərəc oğlu1936
448.Hüseynov Əziz Alış oğlu 1956
449.Hüseynova Qızbəs Mərdan qızı1934
450.Hüseynova Zinyət Yunis qızı1940
451.Hüseynova Maral Kamil qızı 1985
452.Hüseynova Mehriban Allahverdi qızı1965
453.Hüseynova Minəş Cümşüd qızı1934
454.Hüseynova Məxmər Qurban qızı 1949
455.Hüseynova Növrəstə Fərmayıl qızı 1922
456.Hüseynova Nərgiz Cəbrayıl qızı 1971
457.Hüseynova Nəsibə Hüseyn qızı1982
458.Hüseynova  Rəsmiyyə Aleksandr qızı1968
459.Hüseynova  Sara Səfər qızı1964
460.Hüseynova Süsən Hüseyn qızı1971
461.Hüseynova Səadət Qədim qızı1974
462.Hüseynova Xoşbəxt Hüseyin qızı1963
463.Hüseynova Şəbnəm Elxan qızı1986
464.Hüseynova Ətrabə Cəbrayıl qızı1977
465.Hüseynov Hüseyn Şükür oğlu1956
466.Həmdiyev Osman Fərzəli oğlu1955
467.Həmdiyeva Mehriban Rəcəb qızı1954
468.Həmzəyev Abdulla Köşəli oğlu1965
469.Həmzəyev Bəşir Rüstəm oğlu1974
470.Həmidova Kifayət Çıraq qızı 1956
471.Hənifəyev Bəhman Salman oğlu1957
472.Həsənov Vahid Möhsun oğlu1958
473.Həsənov Elşad Qaçay oğlu1949
474.Həsənov Elgün Nazim oğlu 1988
475.Həsənov İmran Ələkbər oğlu1940
476.Həsənov Mehdi Ramil oğlu1973
477.Həşimov Pərviz Varaşil oğlu1971
478.Həsənov Ramiz Allahverdi oğlu 1971
479.Həsənov Ramil İbrahim oğlu1947
480.Həsənov Rövşən Qaçay oğlu1958
481.Həsənov Tabil Qasım oğlu1960
482.Həsənov Tacir Eldar oğlu1990
483.Həsənov Telman Yelmar oğlu1939
484.Həsənov Tofiq Bəylər oğlu 1970
485.Həsənov Şöhrət Usub oğlu  1944
486.Həsənov Həsən İbrahim oğlu1933
487.Həsənov Əli Mürsəl oğlu1936
488.Həsənova Aygün Nazim qızı1991
489.Həsənova Qətibə Mirsiyab qızı1951
490.Həsənova Lətafət Həsən qızı1976
491.Həsənova Məxmər Ələkbər qızı 1942
492.Həsənova Sevil Əyyub qızı1961
493.Həsənova Tofiqə Həsən qızı1955
494.Həsənova Fitat Əhəd qızı1940
495.Həsənova Xəyalə Eldar qızı1987
496.Həsənova Şövkət Şikar qızı1951
497.Həsənova Gülçöhrə Yaqub qızı   1968
498.Həsənova Günəş Əbdül qızı1910
499.Həsənova Göyçək Heydər qızı1933
500.Həşimov Səlim Kərim oğlu1963
501.Həşimova Şövkət Şükür qızı1943
502.Cabbarov Azad Pirqulu oğlu1968
503.Cabbarov Xıdır Sədrəddin oğlu1969
504.Cavadov Vaqif Əliş oğlu1966
505.Cavadov Əli Müsül oğlu1953
506.Cavadov Əhməd Əmir oğlu1973
507.Camalov Natiq Yunis oğlu1957
508.Cəbrayılov Mikayıl Ə oğlu 
509.Cəbrayılov Cəbrayıl Nuşirəvan oğlu 1959
510.Cəbrayılova Səmayə Sarı qızı1950
511.Cəfərov Adil Əli oğlu1961
512.Cəfərov Müseyib Səfiyar oğlu1895
513.Cəfərov Məhəmməd Vəlikişi oğlu1900
514.Cəfərov Nüsrət Fazil oğlu1975
515.Cəfərov Samir Tacir oğlu1987
516.Cəfərov Soltan Boran oğlu1961
517.Cəfərov Səfər İsgəndər oğlu1969
518.Cəfərov Firəddin Lənkəran oğlu1971
519.Cəfərov Fuad Fərman oğlu1966
520.Cəfərova Bağdad Həsən qızı1910
521.Cəfərova Rəfiqə İman qızı 1937
522.Cəfərova Xəzəngül Əli qızı 1951
523.Göyüşov Qurban Ramazan oğlu1974
524.Göyüşov Tanrıverdi Ənvər oğlu1965
525.Əbdülov Zahid Yelmar oğlu 1973
526.Əbdülov Yelmar İsgəndər oğlu 1949
527.Əbdülov Məzahir Yaqub oğlu1969
528.Əbdülov Savalan Qaraş oğlu1937
529.Əbdürrəhmanov Famil Sabir oğlu1967
530.Əbilov Məzahir Yaqub oğlu1969
531.Əzizov Mehman Qüdrət oğlu1959
532.Əzizov Fikrət Abbas oğlu  1965
533.Əzizov Hüseyn Nəriman oğlu1956
534.Əzizov Əzim Məşədi oğlu1911
535.Əzizova Zərifə Ələkbər qızı1953
536.Əzimov Akif Seydulla oğlu1961
537.Əzimov Natiq Abbasqulu oğlu1986
538.Əzimov Həsənbala Şahmar oğlu1935
539.Əzimova Dilarə Seydulla qızı1956
540.Əzimova Pərvanə Hüseyn qızı1947
541.Əliyev Ayaz Elman oğlu 1970
542.Əliyev Arif Xanlar oğlu 1970
543.Əliyev Ağəli Naib oğlu1932
544.Əliyev Bakir Şiraslan oğlu 1973
545.Əliyev Vasif Əliabbas oğlu1969
546.Əliyev Vüqar Mirələm oğlu 1973
547.Əliyev Eldar Kəriş oğlu1963
548.Əliyev Elçin Firdovsi oğlu1982
549.Əliyev Elşən Səhlədar oğlu1973
550.Əliyev Elgiz Firdovsi oğlu1984
551.Əliyev Zəfər Düşgər oğlu 1969
552.Əliyev İlham Bahadur oğlu1966
553.Əliyev İslam Əbdüləli oğlu 1933
554.Əliyev Kamil Hidayət oğlu1967
555.Əliyev Mikayıl Atababa oğlu1957
556.Əliyev Məmməd Heydər oğlu1970
557.Əliyev Nadir Qaçay oğlu1967
558.Əliyev Nasir Şahmar oğlu1971
559.Əliyev Natiq Teymur oğlu1973
560.Əliyev Rəhman Zakir oğlu1970
561.Əliyev Sadiq İsa oğlu 1967
562.Əliyev Səbuhi Cahangir oğlu1978
563.Əliyev Səlim Cahangir oğlu1985
564.Əliyev Təvəkkül Baxış oğlu1955
565.Əliyev Fikrət Abdulla oğlu1953
566.Əliyev Firdovsi İsa oğlu 1956
567.Əliyev Ülfət İman oğlu1974
568.Əliyev Habil Misir oğlu 1975
569.Əliyev Habil Əkbər oğlu1970
570.Əliyev Hümbət Fərrux oğlu 1957
571.Əliyev Əbülfət Əli oğlu1963
572.Əliyev Əyyub Sarı oğlu1928
573.Əliyev Əli Hümbət oğlu 1954
574.Əliyev Ələkbər Əlehsan oğlu1930
575.Əliyev Ənvər Zeynal oğlu1959
576.Əliyeva Arzu 
577.Əliyeva Dilarə Oruc qızı1939
578.Əliyeva Yeganə Məhərrəm qızı1960
579.Əliyeva Svetlana Cavanşir qızı1957
580.Əliyeva Sürəyya Bayram qızı 1934
581.Əliyeva Sürəyya Behbud qızı 1933
582.Əliyeva Səhər Çərkəz qızı1932
583.Əliyeva Xavər Yusif qızı1928
584.Əliyeva Çiçək Ələsgər qızı1931
585.Əliyeva Heyran Mürşüd qızı 1962
586.Əliməmmədov Namiq Şahmalı oğlu 1962
587.Əliməmmədov Faiq Şahmalı oğlu 1969
588.Ələkbərov Səxavət Təvəkkül oğlu 1981
589.Ələkbərov Təvəkkül Ələkbər oğlu1956
590.Ələkbərov Əsgər Qurban oğlu1930
591.Ələkbərova Zeynəb Cümşüd qızı1923
592.Ələsgərov Vahid Rəşid oğlu1962
593.Ələsgərov Məzahir Məhərrəm oğlu1969
594.Əmirova Yeganə Təvəkkül qızı1986
595.Əmirova Raya Qabil qızı1959
596.Əsgərov Eldar Nizami oğlu1986
597.Əsgərov Nizami1960
598.Əsgərov Xəzani Kərəm oğlu1962
599.Əsədov Yalçın Asif oğlu1957
600.Əhmədzadə Şahin Əyyub oğlu1957
601.Əhmədov Vaqif İslam oğlu1957
602.Əhmədov Eldar Nayıb oğlu1945
603.Əhmədov İbrahim Səfər oğlu1958
604.Əhmədov Yelmar Nayıb oğlu1963
605.Əhmədov Natiq İlyas oğlu1968
606.Əhmədov Natiq Kəriş oğlu 1967
607.Əhmədov Rəfil Nayıb oğlu1948
608.Əhmədov Həsən Hümbət oğlu1948
609.Əhmədova Durna Salman qızı1922
610.Əhmədova Zibeydə Bədəl qızı1928
611.Əhmədova Sərvinaz Muxtar qızı1900
612.Əhmədova Sürəyya Cavad qızı 

Xocalı soyqırımı zamanı hər iki valideyni  şəhid olmuş uşaqların
                                                   siyahısı

 

S/sSoyadı, adı, atasının adıTəvəllüdü
1.Xəlilova Həmayıl Tacir qızı1987
2.Xəlilova Xəyalə Tacir qızı1992
3.Qəhrəmanova Nigar Təvəkkül qızı1987
4.Qəhrəmanova Xəzangül Təvəkkül qızı1984
5.Qəhrəmanov Vüsal Təvəkkül oğlu1991
6.Əliyev Mehdi Firdovsi oğlu1990
7.Hüseynova Əfsanə Tofiq qızı1981
8.Hüseynova Yasəmən Tofiq qızı1980
9.Hüseynov Murad Tofiq oğlu1983
10.Orucova Xatirə Telman qızı1983
11.Orucova Kübra Telman qızı1989
12.Orucov Anar Telman oğlu1990
13.Məhərrəmova Vəsilə Vaqif qızı1982
14.Məhərrəmova Səbinə Vaqif qızı1984
15.Məhərrəmova Vüsalə Vaqif qızı1985
16.Məhərrəmov Natiq Vaqif oğlu1980
17.Məhərrəmov Namiq Vaqif oğlu1986
18.İbrahimov Sabir Əlixan oğlu1981
19.İbrahimov Samir Əlixan oğlu1984
20.Əzimov Şahin Həsənbala oğlu1974
21.Əzimov Tofiq Həsənbala oğlu1977
22.Əzimova Sevil Həsənbala qızı1979
23.Kərimova Gülnar Ziyafəddin qızı1992
24.Hüseynov Yaşar Hüseyn oğlu1978
25.Hüseynov Ədalət Hüseyn oğlu 1983

Xocalı  soyqrımı zamanı şəhid olmuş uşaqların adlı  siyahısı.

S/sSoyadı, adı, atasının adıTəvəllüdü
1.Çobanova Nəzakət Tapdıq1984
2.Əzimov Natiq Abbasqulu1986
3.Ələkbərov Səxavət Təvəkkül1981
4.Əmirova Yeganə Təvəkkül 1986
5.Əsgərov Eldar Nizami 1986
6.Həsənov  Elgün Nazim 1988
7.Həsənova  Aygün Nazim 1991
8.Hümbətova  Anahit Eldar 1979
9.Hüseynova Nəsibə Hüseyn 1982
10.Hüseynova  Maral Kamil 1985
11.Həsənova Xəyalə Eldar 1987
12.Həsənova Tacir Eldar 1990
13.Xəlilov Arzu Xəlil 1977
14.Xəlilov Araz Xəlil 1984
15.Xəlilova Lalə Tahir 1988
16.Quliyeva  Sevinc Əkbər 1985
17.Quliyev  Samir Taleh 1990
18.Qasımova Nərminə Nizami 1986
19.Mehdiyeva Aysel Murad 1987
20.Muradova Ayşən Zöhrab 1991
21.Məmmədov Sadiq Allahverdi 1986
22.Nişanə Xocalı Murad 1990
23.Orucova Natavan Nəbi 1989
24.Orucova  Xəyalə Telman 1986
25.Səfiyev Sərvan Elxan 1991
26.Şirinov  Elşənin 6 aylıq oğlu 1991
27.Yusufova Natavan Pənah 1988
28.Zeynalova Aynurə Tofiq 1986
29.Kupriyev Səyid Roman 1986
30.Novruzova Ülviyyə Rəhbər 1977
31.Abbasov Eyvaz Kamran 1983
32.Qarayev Saleh Asif 1982
33.Allahverdiyev Vidadi Müsül 1977
34.Novruzova Rübabə Novruz 1977
35.Abdullayeva Maya Sərhad 1986
36.Rüstəmov Eldar Əmir 1988
37Aslanova Elnarə Tofiq 1978
38.Əliyev Elçin Firdovsi 1982
39.Əliyev Elgiz Firdovsi 1984
40.Quliyeva Rəvanə Qaryağdı 1979
41.Quliyeva Nuranə Qaryağdı 1983
42.Quliyev Şükür Qaryağdı 1985
43.Ağayarov Nəbi İsak 1981
44.Ağayarova Sevinc İsak 1985
45.Ağayarov Roman İsak 1986
46.Mehdiyeva Gülmira Murad 1989
47.Qəmbərova Esmira Səfər 1985
48.Qəmbərov Emin Səfər 1986
49.Hüseynov Rəcəb Elxan 1984
50.Hüseynova Şəbnəm Elxan 1986
51.Hüseynov Məshər Elxan 1991
52.Orucov Fazil Ənvər 1981
53.Abışova Çinarə Nazim 1982
54.Abışov Çingiz Nazim 1985
55.Ağayev Allahverdi Səttar 1982
56.Məmmədov Niyaməddin Vaqif 1978
57.Əliyev  Səbuhi Cahangir 1978
58.Əliyev  Səlim Cahangir 1985
59.Cəfərov Samir Tacir 1987
60.Vəliyev  Ağaasəf Zakir 1986
61.Vəliyeva Güldanə Zakir 1989
62.Abdullayev Sərvan Şahmar 1979
63.İsmayılova Nərgiz Hüseyn 1978

Xocalı soyqırımı zamanı tamamilə məhv olmuş ailələr.

S/SAdı, soyadı və atasının adıDoğum tarixi
1Məmmədov Vaqif Şükür oğlu
Məmmədova Afilə İbrahim  qızı
Məmmədov Azər Vaqif oğlu
Məmmədov Ceyhun Vaqif oğlu
Məmmədov Niyaməddin Vaqif oğlu
1940
1949
1970
1975
1978
2Kərimov Samran Soltan oğlu
Kərimova Firəngül
Kərimov Firuz Samran oğlu
Kərimov Soltan Samran oğlu
1924
1935
1960
1969
3Əliyev Firdofsi İsa oğlu
Əliyeva Heyran Mürşüd qızı
Əliyev Elçin Firdofsi oğlu
Əliyev Elgiz Firdofsi oğlu
1956
1962
1982
1984
4Qənbərov Qarsalan Gəray oğlu
Qənbərova Validə Boran qızı
Qənbərov Nadir Qarsalan oğlu
1939
1941
1971
5Qənbərov Səfər Qarsalan oğlu
Qənbərova Mətanət Hacı qızı
Qənbərov Emin Səfər oğlu
Qənbərova Esmira Səfər qızı
1961
1967
1986
1985
6Hüseynov Mirsiyab Həzrətqulu oğlu
Hüseynova Minəş Cümşüd qızı
1922
1934
7Həsənova Günəş Əbdül qızı
Həsənova Qətibə Mirsiyab qızı
1910
1951
8Hüseynov Hüseyn İsmayıl oğlu
Hüseynova Əziz Alış qızı
Hüseynova Xoşbəxt Hüseyn qızı
Hüseynov Tacir Hüseyn oğlu
Hüseynova Nəsibə Hüseyn qızı
1934
1956
1963
1972
1982

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest