“ÜMİD QAPISI”-NIN İQTİSADİ-SOSİAL, TARİXİ-DİPLOMATİK VƏ HƏRBİ-SİYASİ ƏHƏMİYYƏTİ

Sənan İbrahimov
Azərbaycan Respublikası
Açar sözlər: Heydər Əliyev, Süleyman Dəmirəl, Dilucu, Sədərək, İqdir, Ümid
qapısı, blokada
Key words: Haydar Aliyev, Suleyman Demirel, Dilucu, Igdir, Sadarak, Umit
Kapısı (The Gate of Hop), blockade

“ÜMİD QAPISI”-NIN İQTİSADİ-SOSİAL, TARİXİ-DİPLOMATİK VƏ

HƏRBİ-SİYASİ ƏHƏMİYYƏTİ

XX əsrin 80-90-cı illəri dünyanın iki ən böyük hərbi-iqtisadi-siyasi
gücündən birinin-çoxmillətli SSRİ-nin (Sovet Sosialist Republikaları İttifaqı)
inqilabi çökməsi ilə tarixə düşdü. Təbii ki, bu çöküşdə adıgedən məkanda yaşayan
bütün xalqlar əziyyət çəkdilər, çünki inqilablar ağrısız-acısız və qansız-qadasız
ötüşmür. O da sirr deyil ki, SSRİ-nin dağılmasının planı, alternativ (düşmən)
düşərgənin xüsusi institutlarında hazırlanmışdı və koordinasiyalı bir şəkildə idarə
olunurdu. Bu planda millətlərarası ədavətin qızışdırılması və milli zəmində
müharibə və qırğınların həyata keçirilməsi prioritet sahələrdən biri idi. Digər
tərəfdən, çökən imperiyanın başı Moskva da öz qlobal şovinist maraqları üçün
milli münaqişələrin alovlandırılmasına xüsusi maraq göstərirdi. Məqsəd
imperiyadan ayrılmaq istəyən xalqları özündən asılı saxlamaq, onların müstəqil
inkişaflarına əngəl törətmək, regionda öz hegemonluğunu və maraqlarını
qorumaqda davam etmək idi. Bu maraq hələ də davam edir və belə görünür ki,
edəcəkdir. Çünki, Rusiya sabiq SSRİ məkanında bir çox problemlərin, o cümlədən,
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ona bitişik 7
rayonunun azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi uğrundakı
mübarizəsinə qarşı məhz milli ədavət kartından istifadə edir. Əslində, “Parçala və
hökm sür!” və “Parçala və qalib gəl!” şüarları tarixən hər zaman öz aktuallığını
qoruyub saxlamış və bü gün də saxlamaqdadır. Əlbəttə, bu, başqa bir söhbətin

2
mövzusudur. Biz, sadəcə olaraq bu yazımıza giriş olaraq və məlumat üçün bunları
yazırıq. Ancaq həm Rusiya, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri və təbii
ki, onların təmsil etdikləri dövlətlər unudurlar ki, Azərbaycan xalqı (türkü)
Koroğlunun torəmələridir. Koroğlunun igidlərinə (əsgərlərinə) isə yaxşı mənada
“dəli” deyiblər. Bir gün bu xalq və Azərbaycan dövlətinin, dünyanın 50 ən güclü
ordusundan biri olan silahlı qüvvələri hərəkətə keçəcək və təkcə dığalara deyil,
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane olan cəmi zalimlərə
gərəkən dərsi verəcəkdir (aprel döyüşlərində olduğu kimi!).
SSRİ sürətlə dağılarkən Moskva hətta əliyalın xalqı (xalqları) gülləbaran
etmək yolu ilə də olsa, xalqların milli-azadlıq mübarizəsinin qarşısını almağa
çalışırdı. Bu çərçivədə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə
təpədən-dırnağa silahlanmış və əksəriyyəti ittifaqın müxtəlif yerlərindən, xüsusən,
Şimali Qafqazdan səfərbər olunmuş milliyyətcə ermənilərdən ibarət sovet (rus)
qoşunu Bakıya yeridildi, qarşıya çıxan hər kəsə və hər şeyə atəş edildi. Bakıda
və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər
qanunsuz həbs olundu. Deyirlər, təsir əks-təsirə bərabərdir. Görünür, bəzən əks
təsir təsirdən də güclü olur. 20 yanvar qırğınınında Azərbaycan xalqı fiziki, maddi
və mənəvi itkilər versə də, bu hadisədən qalib çıxdı. Çünki hələ də mərkəzi
hökumətdən müsbət mənada nəsə gözləyənlər və umanlar belə, bu faciədən sonra
qəflət yuxusundan ayıldılar və milli-azadlıq hərəkatı kütləviləşdi. Artıq hər kəs
başa düşdü ki, istər müstəqil dövlətin yaradılması, istərsə də, Qarabağ məsələsinin
çözülməsi və ərazi bütövlüyümüzün qorunması məhz özümüzün həll edəcəyi bir
məsələdir.
Bakıdakı yanvar qırğınından 1 gün qabaq, yəni 1990-cı il yanvarın 18-dən
19-a keçən gecə ermənilər, SSRİ Müdafiə Nazirliyinin Ermənistanda yerləşən 7-ci
ordusunun köməyi ilə böyük bir qüvvə ilə Naxçıvan Muxtar Respublikasının
sərhəd kəndi Kərkiyə hücum etdilər. Qeyri-bərabər döyüşdə ən primitiv silahlarla
silahlanmış yerli özünü müdafiəçilər düşmənə böyük itkilər versələr də, geri
çəkilməli oldular və Kərki kəndi işğal olundu və 30 ildən artıqdır ki, davam edir.

3
Naxçıvanın mərkəzi meydanında keçirilən ümumxalq mitinqinin tələbinə
uyğun olaraq, 19 yanvarda Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali
Sovetinin qərarı ilə muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı
təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə
pozulduğundan Maxçıvan MSSR, SSRİ-nin tərkibindən çıxaraq, özünü müstəqil
respublika elan etdi. O vaxtkı dövr üçün bu, inqilabi bir addım idi.
Məlumat üçün deyək ki, istər çar, istərsə də, sovet Rusiyasının apardıqları
məkrli antitürk, antimüsəlman siyasətlərinin nəticəsi olaraq, 1920-ci ildə
Azərbaycanın əzəli və əbədi torpaqları olan Dərələyiz və Zəngəzur regionları
Ermənistana verilərək Naxçıvan Muxtar Respublikası Azərbaycan torpaqlarından
aralı düşmüşdür. İttifaqın dağılması prosesinin başlanması ilə blokadaya düşmüş
Naxçıvanda qısa müddətdə Ermənistan üzərindən gələn qaz və elektrik kəsildi,
ərzaq qıtlığı yarandı. Təsəvvür edin ki, qışın ortasında qaz yox, işıq yox, istilik
yox, su yox, çörək yox! Hətta o zaman hardasa kimlərinsə acından öldüyü şayiələri
dolaşmağa başladı. 1990-cı il yanvarın 20-dən Naxçıvanda da fövqəladə vəziyyət
elan olundu və ordu şəhərə girdi.
Yanvar ayının 21-də, Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın
buradakı Daimi Nümayəndəliyinə gələrək kütləvi bəyanat verdi və Moskvanın
Azərbaycan xalqına qarşı kütləvi qırğınına öz etirazını bütün dünyaya bildirdi.
İyulun 20-də Heydər Əliyev təyyarə ilə Bakıya uçdu, lakin o vaxtkı antimilli
hakimiyyətə görə iyulun 22-də Naxçıvana gəldi. Hər şeydə bir hikmət var,
deyərlər. Heydər Əliyevin Naxçıvana gəlişi bu diyarı erməni işğalından və soy
qırımından, ən yaxşı halda isə 370 minlik əhalini acından və soyuqdan ölməkdən
xilas etdi. Tezliklə Naxçıvan Ali Məclisinin sədri seçilən bu böyük şəxsiyyət
qazandığı unikal həyat və iş təcrübəsini işə salaraq doğulub boya-başa çatdığı
məmləkətini təsəvvür belə olunmayacaq hər cür real faciələrdən xilas etdi. Məhz
Heydər Əliyevin uzaqgörən siyasəti zamanla öz bəhrəsini verdi, İran və
Türkiyədən yardımlar, ən əsası isə elektrik gəlməyə başladı. Ərzaq talonu ilə

4
əhalinin qida ehtiyacları, qismən də olsa, təmin olundu, fasilələrlə elektrik
verilməyə başladı.
Heydər Əliyevin əvvəl Naxçıvanı, daha sonra isə Azərbaycanı hər cür
bəlalardan xilas etməsi bir daha onu göstərdi ki, tarixdə şəxsiyyətin rolu nə
dərəcədə önəmlidir. Günümüzdə bir neçə ölkələr var ki, onilliklər boyu
müharibənin, aclıq və səfalətin, saysız-hesabsız maddi, mənıvi və fiziki
xəsarətlərin girovunda, ən pisi isə yadelli əsgərlərin tapdağı altındadırlar. Yəqin ki,
o xalqların da bağrından Heydər Əliyev kimi bir fenomen şəxsiyyət yetişsəydi,
onlar bu vəziyyətə düşməzdilər (4).
Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal edən zaman paralel olaraq
Naxçıvanın Sədərək bölgəsinə də hücum etdi. O zaman ulu öndər Heydər Əliyev
Türkiyədən yardım istədi və prezident Süleyman Dəmirəl Moskva (1921, 16 mart)
və Qars (1921, 13 oktyabr) müqavilələrini nəzərə alaraq, bu hərəkətin cavabının
çox ağır olacağını bəyan etdi. Türkiyənin Ermənistanla sərhədindəki hərbi hissələr
döyüşə hazır vəziyyətə gətirildi. Həmin vaxt, əvvəlcədən ov tüfəngləri belə
yığılmış və əliyalın erməni hücumu qarşısında qalmış Naxçıvan əhalisi bir-birinə
göz aydınlığı verirdi ki, türkün topu İrəvana tuşlanmışdır. Bununla da, Qars
müqaviləsi Naxçıvanın Ermənistanın hücumlarından qorunmasında son dərəcəli
mühüm rol oynadı (12).
Türkiyə Cümhuriyyətinin bütövlükdə 31 quru gömrük qapısı vardır.
Onlardan biri də Dilucu gömrük qapısıdır. Təbii ki, gömrük qapılarından hər
birinin açılış, əhəmiyyət və fəaliyyət tarixi diqqətəlayiq bir mövzudur. Lakin
Dilucu gömrük qapısının istər açılışı, istərsə də, onun iqtisadi-sosial, tarixi-
diplomatik və hərbi-siyasi əhəmiyyəti müstəsna mahiyyət daşıyır.
Dilucu gömrük qapısı 20 may 1992-ci ildə o dönəmin Azərbaycan
Respublikası prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Baş naziri
Süleyman Dəmirəl tərəfindən açılmışdır. Bu qapı Türkiyənin İqdir vilayəti ilə
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonlarını birləşdirir.

5
Əslində, o, 1991-ci ilin 20 oktyabrında müvəqqəti körpü kimi istifadəyə verilmiş
və 18 noyabrda Türkiyənin Konya şəhərindən ərzaq dolu ilk maşın karvanı bu
körpü ilə Naxçıvana humanitar yardım gətirmişdir.
Adətən, açılan hər bir yeni gömrük qapısı, rəsmən yerləşdiyi məkanın
coğrafi adı ilə adlandırılır. Təbii ki, Dilucu gömrük qapısı da bu reallıqdan istisna
təşkil etmədi. Ancaq xalq ona “Ümid Qapısı” adı verdi. Səbəb nə idi? Məsələ
burasındadır ki, açılan “Dilucu” gömrük qapısı həmin dövrdə sözün həqiqi
mənasında ölüm-qalım savaşı verən Naxçıvan üçün ifadənin geniş anlamında ümid
qapısı idi. “Ümid Qapısı”nın əhəmiyyətini ayrı-ayrı başlıqlar altında
ümumiləşdirməyə çalışaq:

  1. İqtisadi-sosial əhəmiyyət. İttifaq dağılarkən, Azərbaycanla bütün
    nəqliyyat-kommunikasiyaları (qaz, işıq, su, rabitə və s.) və iqtisadi
    əlaqələri, xüsusən də, ərzaq təminatı tam kəsilmiş Naxçıvan, məhz
    “Ümid Qapısı” vasitəsi ilə qardaş Türkiyəyə çıxış əldə etdi və ehtiyacı
    olduğu iqtisadi-sosial ehtiyaclarını qarşılamağa başladı. Naxçıvan
    vətəndaşı Türkiyəyə vizasız giriş-çıxış imkanı qazandı. İnsanlar istehsal
    etdikləri məhsulları Türkiyəyə aparıb satmaqla ailələri üçün gəlir
    mənbəyi əldə etdilər. Bəziləri qonşu İqdir vilayətində işləməyə başladılar.
    Ən əsası isə bu gömrük qapısı Bakı-Naxçıvan-Türkiyə birbaşa iqtisadi
    əlaqələrinin inkişafı üçün əlverişli nəqliyyat sistemi yaratdı (1, 5). Türk
    firmaları və şirkətləri Naxçıvana ayaq açdı. Ən əsası isə insanlar arxasız
    olmadıqlarını, türk xalqı kimi bir xalqın, Türkiyə kimi qüdrətli bir
    dövlətin həmişə olduğu kimi, yenə də qardaş kimi onların arxasında
    durduqlarını dərk etdilər. Məhz “Ümid Qapısı”nın yaratdığı imkanlar
    sayəsində bu gün artıq Naxçıvan elektrik idxal edən ölkədən onu ixrac
    edən məntəqəyə çevrilmişdir. Naxçıvandan Türkiyəyə ildə 120 milyon
    dollarlıq ixrac həyata keçirilir.
  2. Tarixi-diplomatik əhəmiyyət: “Ümid Qapısı” tarixən bir olmuş Osmanlı
    türkləri ilə Azərbaycan türklərinin yeni şəraitdə birliyi, qaybayıb-

6
qovuşması üçün əsaslı şərait yaratdı. Azərbaycan XX əsrdə ikinci dəfə
müstəqillik qazanandan sonra Türkiyə Respublikası ilə Azərbaycan
Respubliksı arasında diplomatik münasibətlərlə bağlı müqavilə yanvar
1992-ci il tarixində imzalansa da, əslində, bu münasibətlərin təməli dünya
tarixinin fenomen şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəlin
çoxsaylı təmasları və qarşılıqlı əməli işbirliyi ilə daha əvvəllər
qoyulmuşdu.

  1. Hərbi-siyasi əhəmiyyət: “Ümid Qapısı”nın yerləşdiyi Naxçıvan
    bölgəsindəki Azərbaycan və Türkiyə arasındakı sərhəd xətti məsafəcə
    kiçik olsa da (cəmi 11 km), hərbi-siyasi mənada çox böyük əhəmiyyət
    daşıyır. Məlumat üçün deyək ki, Naxçıvan Ermənistanla 246 km, İranla
    204 km həmsərhəddir (5, 5). Azərbaycanın müstəqilliyinin formalaşması,
    müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata
    keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin
    fəaliyyəti nəticəsində Naxçıvanda görülən işlər bütövlükdə Azərbaycanın
    müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı. Məhz Heydər Əliyevin
    sədrliyi ilə keçən Naxçıvan Muxtar Sövet Sosialist Respublikasının Ali
    Sovetinin birinci sessiyası diyarın adından “Sovet Sosialist” sözlərini
    çıxardı, ali dövlət hakimiyyət orqanının adında dəyişiklik etdi, MR-in
    dövlət bayrağı və digər rəmzləri haqqında qərarlar qəbul elədi,
    Azərbaycanın üç rəngli milli bayrağı böyük fasilədən sonra hələ Sovet
    İttifaqı zamanında ilk dəfə olaraq məhz Naxçıvanda ucaldıldı və dövlət
    rəmzlərinin qəbul edilməsi haqqında Azərbaycan parlamenti qarşısında
    qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırdı. Bu qapı
    Naxçıvanın yeni şəraitdə hərbi qüdrətinin artmasına və burada
    Azərbaycanın ən güclü hərbi birləşmələrindən birinin
    formalaşdırılmasına imkan verdi. O, Türkiyənin türk respublikaları ilə
    coğrafi birliyini də əlaqələndirən çox rəmzi bir keçiddir. Heç təsadüfi
    deyil ki, türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü məhz

7
2009-cu il 03 oktyabrda qədim Naxçıvan şəhərində keçirildi. Xatırladaq
ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü
ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci
ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı
ildə Antalyada keçirilmişdir. Belə bir sammitin Naxçıvanda keçirilməsi
həm də Naxçıvanın beynəlxalq sənədlərlə, yəni Moskva və Qars
müqavilələri ilə təsbit olunmuş statusunun möhkəmləndirilməsinə xidmət
edirdi (3, 202). Naxçıvan görüşü türkdilli dövlətlərin inteqrasiyasında
tamam yeni bir mərhələ oldu. Məhz bu görüşdə Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası yaradıldı və Naxçıvan Bəyannaməsi qəbul edildi.
Naxçıvan Bəyannaməsi ilə türkdilli ölkələrin dövlət başçılarının zirvə
görüşlərini təşkilatlandırmaq sahəsində çox qiymətli və tarixi bir addım
atıldı. Bütün bunlar məhz “Ümid Qapısı”nın sayəsində Naxçıvanın həm
də sözün həqiqi mənasında siyasi bir mərkəzə çevrildiyini əyani şəkildə
ortaya qoyur.
Yeri gəlmişkən, qeyd edək ki, Macarıstan da Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının üzvüdür və onun bütün aidiyyatı qurumlarının işində iştirak edir.
Macarıstan prezidenti Viktor Orba, türk dövlət başçılarının Qırğızıstanda
keçirilmiş toplantısındakı (2019) tarixi çıxışında demişdir: “Biz qıpçaq Türküyük
və Atillanın nəvələriyik” (10).
Artıq 2008-ci ildən Macarıstanda Macar-Turan Fondunun təşkilatçılığı ilə 2
ildən bir “Türk özünüdərk qurultayı”, başqa deyişlə “Turan Xalqlarının
Qurultayları” keçirilir. Onun internet saytı da fəaliyyət göstərir: (9). İlk belə
qurultay isə Qazaxıstanda yaşayan madarların təşəbbüsü ilə bu ölkədə
keçirilmişdir. Macar-Turan Fondu, 2012-ci ildə Qazaxıstanda, Macarıstanda
hazırlanmış “Həyat ağacı” adlı əzəmətli bir abidə ucaltmışdır. Bütöv ağacdan
hazırlanmış abidənin ağırlığı 2 ton, hündürlüyü 9 metrdir. O, macarların əcdadları
madarların türk xalqları ilə eyni kökdən olmasının simvoludur. Turan sözünün iki
mənası var: I mənada o, tarixən qeyri-ərəblərin yaşadığı ərazi mənasını vermişdir.

8
II və əsl mənasında isə o, türklərin, daha dəqiq desək, türkdilli xalqların əraziləri
anlamını ifadə edir.
Bir çox Avropa dillərində Macarıstanın adı Hunqary kimi gedir, yəni
Hunların ölkəsi. Əlbəttə, bu tarixi Hun imperiyası və on-oqur/on-oquz (on oğuz
tayfası) ilə birbaşa bağlıdır. Göründüyü kimi, bir çox Avropa xalqları macarların
şəxsində Atillanın törəmələrini görmüşlər (15). Macarlar hətta türk runi əlifbasını
da dirçəltməyə başlamışlar. Belə ki, onlar Bibliyanı bu əlifba ilə çap etmiş, yaşayış
məskənlərinin girişlərinə onların adlarının türkcə yazıldığı lövhələr asmışlar. Bu
proses Qərbi Ukraynada (Zakarpatiya) da getməkdədir (16).
Məlumat üçün xatırladaq ki, Türkiyənin Ermənistanla olan Akyaka (Kars),
Alican (İqdir) quru yolu gömrük qapıları Ermənistan ordusunun 1993-cü il 3
apreldə Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyi vaxtdan bağlıdır. Belə ki,
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin
döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən
15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən
çox itki vermiş və mühasirədə olan 60 min kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası
822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb
olunur. BMT Təhlükəsizlik Şurasının eyni məzmunlu daha 3 (29 iyul 1993-cü il
tarixli 853 saylı Qətnamə; 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnamə; 11
noyabr 1993-cü il tarixli 884 saylı Qətnamə) Qətnamə qəbul etməsinə baxmayaraq,
Ermənistan ordusu öz təcavüzlərini davam etdirdi və hazırda 27 ildir ki, Dağlıq
Qarabağdan əlavə daha 7 rayon işğal altındadır və indiyədək işğalçı Ermənistan
tərəfindən həmin qətnamələrdən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Xalq arasında müdrik bir deyim var: “Donuz öz xoşuyla darıdan çıxmaz.”
Yenə də məlumat üçün deyək ki, 1918-ci il mayın 28-də türk-müsəlman
dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk demokratik-parlamentli respublika

9
məhz Azərbaycanda yaradılmışdı. O, tarixi və cahanşümul bir fəaliyyət göstərsə
də, cəmi 23 ay yaşaya bildi və sovet Rusiyasınn işğalı ilə süquta uğradıldı. Ancaq
Azərbaycan xalqı azadlıqsevər bir xalq olduğu üçün XX əsrdə II dəfə (18 oktyabr
1991-ci ildə) öz dövlət müstəqilliyinə qovuşdu. Maraqlı faktdır ki, istər
Azərbaycan Cümhuriyyəti, istərsə də Azərbaycan Respublikası yarananda onları
rəsmən ilk tanıyan məhz Türkiyə Respublikası Dövləti olmuşdur. Bu, heç də
təsadüfi deyildir, çünki Azərbaycan xalqı (türkü) ümumtürk etnosunun bir
parçasıdır. Yeri gəlmişkən, bir neçə cümlə türk etnosu barədə. Türk xalqları Altay
dil qrupuna məxsusdular. Dünyada 24 türkdilli xalq, başqa sözlə desək, 86 etnos və
subetnos vardır. Onlar, dil və mənşə fərqinə görə dörd qola bölünürlər:

  1. Oğuzlar-Anadolu türkləri, Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, Axısqa
    türkləri, Krım tatarları, türkmanlar, Xorasan türkləri və s.;
  2. Uyğurlar-özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin-
    tobollar, baraba tatarları, çulumlar və s.;
  3. Qıpçaqlar-qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar və s.;
  4. Bulqarlar-tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər və s.
    Müasir türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad
    edərkən, çuvaş, qaqauz, tatar və yakutların böyük bir hissəsi pravoslav xristian,
    karaim və krımçaklar iudizm, tuvin, sarı uyqurlar və salarların bir hissəsi buddist,
    altaylar burhanist, xakas, şor, teleut, yakut və dolqanlar tenrist və şamanist dininə
    inanır (13).
    Türk etnosu dünyanın ən çoxsaylı etnoslarından biridir və onun təmsilçiləri
    Yer kürəsinin bütün qitələrində məskunlaşmışlar. Bəzi saytlarda onların sayı
    haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlara görə, dünya
    türklərinin sayı 160-165, 170, ya 250 milyondur. Halbuki təkcə Türkiyədə 55,
    Çində 100, İranda 40, Özbəkistanda 30, Qazaxıstanda 15, Azərbaycanda 10,
    Türkmənistan və Qırğızıstanın hər birində 6 milyon və s. türk vardır. Sabiq SSRİ,
    dünyanın quru hissəsinin altıda birini (22402 min km 2 ) tuturdu. O, əhalisinin

10
sayına görə (1989, 1 yanvar-293 milyon) dünyada III yerdə dururdu. Çoxları
bilməsə də, bu nəhəng ölkənin əhalisinin təqribən 75 %-ni, yəni, 200 milyondan
çoxunu türkdilli xalqlar təşkil edirdi. Başqa bir fakt: bu gün ərazi baxımdan
dünyanın ən böyük ölkəsi olan Rusiya Federasiyası 17075,4 min km 2 ərazisi ilə Yer
kürəsinin quru sahəsinin 11,5 %-ni tutur, 146 milyonluq əhalisi ilə dunya dövlətləri
arasında 9-cu yerdə dayanır. Yenə də rəsmi statistikada bu ölkənin əhalisinin 81 %-
nin rus olduğu bildirilir (8). Halbuki, ən primitiv göstəricilərə (məsələn, ölkənin
tarixi, tarixi coğrafiyası, türk xalqlarının yayılma arealı, bu ərazidən çıxmış böyük
şəxsiyyətlərin milli mənsubiyyəti, ölkənin inzibati-ərazi bölgüsü və s.) baxsaq,
görərik ki, ölkənin əhalisinin çoxunu türkdilli xalqlar, xüsusən də, tatarlar təşkil
edir. Başqa bir fakt isə ondan ibarətdir ki, Rusiya Federasiyasında 60 fərqli etnik
qrup var, 100-dən çox dildə danışılır. Hə, bu etniklərin ən böyüyü türk etnosudur
və danışılan dillərin əksəriyyəti türk (axısqa, Altay, Azərbaycan, balkar, barsi,
başqırd, buryat, bulqar, çukot, çulum, çuvaş, dolqan, evenk, xakas, xantı-mansı,
İdil tatarları, kalmık, kara tatar, Krım tatarları, koryak, kumık, qacar, qaqauz,
qaraçay, qarapapaq, qaşqay, qazax, qəraim, qırqız, nen, noqay (naqaybak), oryat,
özbək, sarı uyqur, salar, savir, Sibir tatarları, tabasaran, tatar, taymır, teleut,
telenqit, tərəkəmə, truxmen, türkmən, urum-qıpçaq, yakut, yamala və s.) dilləridir.
Bundan başqa, Rusiya Federasiyası 89 subyekdən ibarətdir: 21 respublika, 1
muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər
(Moskva və Sankt-Peterburq) daxildir (6). Digər subyektlər nəzərə alınmasa belə,
adıgedən 21 respublikanın çoxusu türk xalqlarına məxsusdur. Nəticə etibarı ilə,
təqribi hesablamlara görə, dünya əhalisinin hardasa, az qala, 500 milyon nəfəri
türkdillidir. Əslində, günümüzdə Türk dilinin rəsmən beynəlxalq dil elan olunması
türkdilli xalqların ən elementar hüququdur.
Tarixən rus şovinistləri hər zaman başqa xalqları assimilyasiya etməyə,
xalqların (millətlərin) milli mənsubiyyətlərini, xüsusən dillərini əllərindən almağa
çalışmışlar. Günümüzdə Rusiya Federasiyasında yaşayan bir çox türkdilli xalqların
(şorlar-12 mindən artıq; tofalar-toxalar-qaraqaşlar-761 nəfər; çulumlar-355 nəfər,

11
tubalar, kumandilər-2900 nəfər, telenqitlər-3800 nəfər, teleutlar-bayat-payatlar-
2650 nəfər, dolqanlar-7261 nəfər, çelkanlar-1700, krımçaqlar-1500, soyotlar-500
və s.) sayları kifayət qədər azalmış və nə yazıq ki, azalmaqda davam edir: onlar
ölüm-qalım savaşı verməkdədirlər. Bu xalqlar yüz illər əvvəl necəydilərsə, indi də
elədirlər: maral saxlayır, balıq tutur, ovçuluqla məşğuldurlar. Dini inancları da
totemizm, şamanizmdir. Onların əksəriyyətinin məskunlaşdıqları yaşayış
məntəqələrinə yol belə yoxdur. Bu yerlərə ancaq vertolyotla ulaşmaq mümkündür.
Maraqlı burasıdır ki, haqqında söhbət gedən türkdilli xalqların nümayəndələri ana
dillərində aramla danışanda oradakı azərbaycanlılar onları anlayır. Bu xalqlar,
əsasən, Bratsk şəhərindən 700 km şərqdə, Tayqanın dərinliklərindəki Anqoya
qəsəbəsi regionunda yaşayırlar. Maraqlıdır ki, Anqoya qəsəbəsində XX əsrin 70-ci
illərində BAM-ı (Baykal-Amur Magistralı) tikən azərbaycanlılar yaşayır. Mərhum
prezident Heydər Əliyev də keçmiş SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini
işləyərkən məhz buralara gəlib çıxmış, tikintiyə şəxsən nəzarət etmişdi (11) .
Hazırda türk xalqlarının 7 müstəqil dövləti vardır (Türkiyə, Azərbaycan,
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr). Müstəqil türk
dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan,
Çuvaşıstan, Saxa (Yakutiya), Tuva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-
Çərkəs, Altay Respublikaları, Taymır (Dolqan-Nen) və s. milli mahalları və daha
kiçik türkdilli subyektlər, eləcə də, Çin Xalq Respublikasının tərkibində isə
Sinsyan-Uyqur Muxtar Rayonu vardır (7).
Əslində, Rusiya Federasiyasının respublika səviyyəli subyektləri, həm də
onların başında duran şəxsiyyətlərin xarakterinə görə, Tatarıstan və Başqırdıstan
Respublikalarının timsalında elə müstəqil dövlət kimidirlər. Məsələn, 2010-cu ildə
Çeçenistan Respublikasının prezidenti Ramazan Kadırov belə bir fikir irəli sürdü
ki, Rusiya Federasiyasında bir prezident ola bilər, o üzdən ölkənin subyektləri olan
respublikaların rəhbərlərinə dövlət başkanı (prezident) deyilməməlidir. Bu
təklifdən sonra ölkənin o vaxtkı prezidenti Dmitri Medvedev, Dövlət Duması və
Federasiya Məclisi onu təsbit edən qərarlar çıxardılar. Lakin ölkənin ən böyük

12
subyektlərindən olan Tatarıstan Respublikası və Başkırdıstan Respublikası bu
qərarları tanımadılar və öz qanunvericiliklərinə müvafiq dəyişikliklər edərək öz
respublikaları daxilində prezident statuslarını saxladılar. Beləliklə, federasiya
qanunları ilə adıgedən respublikaların bu sahədəki qanunvericilikləri arasında
ziddiyyət yarandı (14). Başqa bir misal, rus təyyarəsinin Türkiyə tərəfindən
vurulması ilə az qala Türkiyə-Rusiya müharibəsi alovlanacaqdı. Həmin gərgin
dövrdə 1991-2010-cu illərdə Tatarıstan Respublikasının Prezidenti olmuş Mintimer
Şeymiyevin belə bir fikri qeyri-rəsmi şəkildə yayıldı ki, əgər Rusiya Türkiyə ilə
müharibə etsə, biz türklərin tərəfində vuruşacağıq. Əlbəttə, od olmayan yerdən
tüstü çıxmaz.
Qeyd etmək yerinə düşər ki, Türkiyə-Rusiya münasibətlərinin az qala
müharibə həddinə çatacağı bir vaxtda məhz Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevin şəxsi vasitəçiliyi ilə bu gərginlik aradan qalxdı və Türkiyə-
Rusiya böhranı çözüldü.
Yeri gəlmişkən, daha 1 haşiyə çıxaq; bu gün bir çox rus şovinistləri SSRİ-
nin yaradıcısı Vladimir İliç Leninlə (1870-1924) bağlı xoşagəlməz yazılar dərc
edir, onu rus imperiyasının düşməni adlandırırlar. Səbəb olaraq göstərirlər ki, o,
əslən tatar olaraq türk millətçiliyi etmiş, ölkənin inzbati ərazi bölgüsünü tərtib
edərkən, türkdilli xalqlara müxtəlif inzibati-ərazi statusları vermişdir ki, gələcəkdə
milli varlıqlarını qoruya, inkişaf etdirə və müstəqil dövlətlər ola bilsinlər. Əslində,
bu fikirdə həqiqət payı kifayət qədər yüksəkdir. SSRİ-nin dağılması bunu əyani
şəkildə göstərdi. Nəzərə alsaq ki, SSRİ-ni dağıtmış güclərin növbəti planı Rusiya
Federasiyasını bir super dövlət kimi sıradan çıxartmaqdır, o zaman bir çox yeni
müstəqil türk dövlətlərinin yaranacağı və XXI əsrin türk əsri olacağı heç bir şübhə
doğurmur.
Azərbaycanın regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və
trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq,
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr

13
uğurla həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-
Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-
Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı
nümunələrdir.
Nəticə. “Ümid Qapısı”-nın iqtisadi-sosial, tarixi-diplomatik və hərbi-siyasi
əhəmiyyəti” mövzusunun bir məqalə həcmində və çərçivəsində araşdırılması belə,
onun nə qədər aktual olduğunu göstərir. Biz türk xalqları olaraq hər zaman şanlı
tariximizin səhifələrini bir daha vərəqləməli və ibrət dərsləri almalıyıq. Çünki,
Dağıstanın müdrik xalq şairi Rəsul Həmzətovun (1923-2003) dediyi kimi,
keçmişimizə tapança ilə atəş açsaq, gələcək bizi topla qarşılayar (2). Bu baxımdan
mövzunun digər aspektləri də nəzərı alınmaqla geniş bir şəkildə, həm də dövlət
müstəqilliyimizin bəxş etdiyi münbit imkanlar çərçivəsində öyrənilməsi zəruridir.
Təkliflər. Mövcud araşdırmanın doğurduğu təkliflər:

  1. Mövzunun çox geniş və hərtərəfli araşdırılmasına ehtiyac vardır;
  2. Türk etnosu ensiklopediyasının hazırlanması elmimiz qarşısında duran
    təxirəsalınmaz vəzifələrdən biridir.

İstifadə edilmiş ədəbiyyat

  1. Bərxudarlı Aysel. Azərbaycan-Türkiyə ticarət-iqtisadi əlaqələrinin
    müasir vəziyyəti və inkişaf yolları. Magistr dissertasiyası. Bakı: İqtisad
    Universiteti, 2015, 76 s.
  2. Həmzətov Rəsul. Mənim Dağıstanım. 2 cild. Bakı: Gənclik, 1977, 301 s.
  3. Qurbanov Ramin. Türk xalqlarının tarixi. II hissə. Bakı: İqtisad
    Universiteti, 2011, 216 s.
  4. Pənahoğlu Şəmsi. Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə.
    525-ci qəzet. 03 iyun 2017.
  5. Talıbov Vasif. Qayıdış (1990-1993). Bakı: Azərbaycan, 2008, 840 s.
  6. https://az.wikipedia.org/wiki/Rusiyan%C4%B1n_inzibati
  7. https://az.wikipedia.org/wiki/T%C3%BCrk_xalqlar%C4%B-7

14

  1. https://az.wikipedia.org/wiki/Rusiya-81%
  2. www.kurultaj.hu
  3. http://qlobal.az/biz-qipcaq-turkuyuk
  4. https://lent.az/news/272578
  5. https://nuhcixan.az/news/siyaset/20964
  6. https://ru.wikipedia.org/wiki/%D0%
  7. https://tr.wikipedia.org/wiki/Tataristan_cumhurb
  8. www.turkist.org
  9. http://yvision.kz/post/280028.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest