ŞƏRQİ TÜRKİSTAN DÖVLƏTİ, İŞĞAL ALTINDA

Sənan Qılıncarslan Qacar /KırımınSesi/Azerbaycan

1 il ömrü olan Şərqi Türkistan İslam Respublikası( ARAŞDIRMA )81 il əvvəl qurulan və 1 il ömrü olan Şərqi Türkistan İslam Respublikası Mətbuatda Uyğur türklərinin Çin buddist rejimi tərəfindən dəfələrlə təzyiqə, təqibə, işgəncəyə və edama məruz qalması ilə bağlı bir çox xəbər yayımlanıb. Məsələnin həssaslığını və müsəlmanlara qarşı bu ərazidə baş verən ayrıseçkiliyi nəzərə alaraq, mövzu ilə bağlı araşdırma aparmaq qərarına gəldim. Araşdırma zamanı qarşıma maraqlı fakt çıxdı. Deməli 81 il bundan əvvəl bu bölgədə İslam hökuməti qurulub. Düzdür, hökumətin ömrü 1 il çəkib. Hər halda bu məsələnin maraqlı olduğunu nəzərə alaraq, bu dəfəki araşdırma yazımı bu istiqamətdə hazırlayıb sizlərə təqdim edirəm: Bu gün Çin buddist rejiminin işğalı və zülmü altında olan çinlilərin “Sinkiang-Sincan (Yeni Müstəmləkə, Yeni Torpaq-Qazanılmış Torpaq)” adlandırdıqları “Şərqi Türkistan”, tarix boyunca bir çox dövlətin qurulduğu və müstəqillik mübarizəsinin aparıldığı yer olub. Qeyd etdiyim mübarizələrdən biri də 1933-cü ildə “Şərqi Türkistan İslam Respublikası” nın qurulması ilə nəticələnən Uyğur türklərinin“Kumul üsyanı” idi.
Şərqi Türkistan tarixində əhəmiyyətli bir yerə sahib olan Yaqub bəyin qurduğu “Kokand xanlığı”nın, 1878-ci ildə çinlilər tərəfindən süquta uğradılmasından sonra bölgədə işgəncə, təzyiq və zülm dövrü başladı. Qaşqarı işğal edən Çin hərbi birləşmələrinin Yaqub
bəyin məzarını açaraq cəsədini yandırmaları ilə başlayan bu proses, Mançu xanədanlığının təyin etdiyi, lakin zamanla müstəqil hala çevrilən qubernator və məmurların, Şərqi Türkistanı çinliləşdirmə və assimilyasiya meylləri ilə davam etdi. (Uyğur türklərindən ibarət fədailər dəstəsi) 1911-ci ildə Sun Yat Senin reallaşdırdığı inqilabla Çin Xalq Respublikasının elan edilməsindən sonra, çinli
“Xan” mənşəlilərin bölgədəki əkinçilik sahələrinə yerləşdirilməsi, 1931-ci ilin aprelində Kumulda Hacı
Niyaz və Saleh Darğa liderliyində başladılan və müstəqillik əldə olunmasına səbəb olan üsyanın reallaşmasını tezləşdirdi. (Şərqi Türkistan İslam Respublikasının əsgərləri – 1933-cü il) Qiyam 1933-cü ilin yanvarında Turfan bölgəsində Mahmud Mühiti, 1933-cü ilin fevral ayında Hoten bölgəsində Məmməd Əmin Buğra, Altayda Şərəf Xan Töre olmaq üzrə Mosul Maqsud, Hafiz Bəy, Sabit
Damolla, Osman Bəy kimi liderlərin də iştirakı ilə sürətlə bütün Şərqi Türkistanda yayıldı. İki il davam edən çətin mübarizə dövründə rusların, Şərqi Türkistan qubernatoru Jing Bu Ren ilə razılaşaraq quberniya qüvvələrinə silah köməyi etməsinə ve dəstəyinə baxmayaraq hərəkat müvəffəqiyyətlə nəticələndi. Beləcə Çinin 19-cu əyaləti kimi tanınan
Şərqi Türkistan vilayəti və Urumçinin bir hissəsi tamamilə azadlığa qovuşduruldu. (Şərqi Türkistan İslam Respublikasının prezidenti Hacı Niyaz) 12 noyabr 1933-cü ildə prezident Hacı Niyaz və baş nazir isə Sabit Damolla olmaqla Qaşqarda “Şərqi
Türkistan İslam Respublikası” elan edildi.
Respublikanın dövlət emblemi aypara və üç ulduz arasında olan Osmanlı gerbinə bənzəyən kompozisiya ilə birlikdə, Qurani Kərimdən ayələr, “İslamiyyət, azadlıq, ədalət, qardaşlıq” prinsiplərilə bəzədilmiş “Yaşasın Türkistan Azadlığı, Mübarək
olsun İslam Hakimiyyəti ” cümlələrindən meydana gəlirdi. (Şərqi Türkistan İslam Respublikası qurulduqdan sonra bayrağın təsis olunma mərasimi) Yeni qurulan İslam Respublikasının konstitusiyası təsis olundu. Milli pul vahidindən vətəndaşlara pasport paylamağa qədər normal bir dövlətin hər cür fəaliyyətini yerinə yetirən Şərqi Türkistan İslam Respublikası işğalçı çinlilərə qarşı müasir zəmanədə müsəlmanların necə dövlətləşə biləcəyinin ən gözəl göstəricisi oldu. (Hökumətin tərkibində fəaliyyət göstərən ruhani alimlər) Şərqi Türkistanda əhəmiyyətli iz qoyan və milli şəxsiyyətin formalaşmasına təsir edən bu yeni respublikanın tanınması üçün baş nazir Sabit Damolla, Əfqanıstan, İran, İngiltərə və Türkiyədən kömək tələb etdi. Amma adlarını sadaladığım
dövlətlərdən heç biri onlara dəstək olmadı. Bu dövlətin varlığına dözümləri olmayan Rusiya və Çinin Şərqi Türkistanın paylaşımı mövzusundayaratdıqları ittifaq nəticəsində 1934-cü ilin fevral ayının 6-da heç bir yerdən yardım ala bilməyən
“Şərqi Türkistan İslam Respublikası” süquta uğradıldı. (Şəkildə sağdan üçüncü olaraq işarələnən şəxs Şərqi Türkistan İslam Respublikasının baş naziri Sabit Damolladır) Şərqi Türkistanın yetişdirdiyi ən əhəmiyyətli mücahid və dövlət adamlarından və Dune
üsyanının baş qəhrəmanlarından olan Hacı Niyaz isə əvvəl Urumçidə qurulan Çin ordusunun komandiri Şen Şi Şey hökumətində baş nazir vəzifəsinə təyin olunsa da, sonradan həbs olunaraq digər müstəqillik tərəfdarları ilə birlikdə 1942-ci ildə
şəhid edildi.

Sənan Qacar
Sənan Qacar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest