GenelGüncelKültür Sanat

Qədim türk dili və əlifbası- Yer üzünün ən qədim yazısı

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Qədim türk dili və əlifbası Rəhim Vahid yazır…

14-08-2019, 10:55 Əlifba dəyişikliyi bizim öz tariximizdən uzaq düşməyimizin səbəblərindən biri olduğu kimi, eyni zamanda bu gün tariximizi qeyri millətlərdən olan alimlərin sayəsində öyrənməyimizə səbəb olmuşdur. Bir növü öz mədəniyyətimizdən uzaqlaşmağımıza, mədəniyyət nümunələrimizi öz əllərimizlə təhrif etməyimizə səbəbdir. Atalar: “zərərin yarısından dönsəndə kardır” deyiblər. Öz dədə-baba yazı və dilimizə qayıtmaq çətin olsa da, bu dili və əlifbanı mümkün qədər öyrənmək və tanımaq vacib məsələlərdən biridir. Türklərin yazıları eraməzdan 500 il əvvəl İssik Qurqanında yazılmış olan yazılarla ortaya çıxmışdır. Buna ilk yazı demək yanlış olar. O vaxt yazıldığına görə daha öncədən də kökü var deməkdir. Bu da ən azı türk əlifbasının 3000 illik yaşının olduğuna işarədir. Türk damğaları ilə yazılmış ən inkişaf etmiş yazı Orxun-Yenisey abidələridir. İlk öncə Orxun çayının qırağında tapılan və bu adla da adlandırılan Orxun abidələri əsgi hesab edilsə də, Yenisey abidələrinin tapılması Orxun abidələrində öncə yazıldığını ortaya çıxarmışdır. Yenisey abidələrində 150, Orxun abidələrində isə 38 damğadan istifadə olunmuşdur. 1893-cü ildə Danimrkalı dilçi Vilhem Ludviq Piytır Tomsen tərəfindən tədqiqata başlanımış və Rus türkoloqu Vasili Vasilyeviç Radlov köməkliyi ilə oxunmuşdur. Həmin ilin 15 noyabrında Danimarka Kağanlıq Elimləri qurumunda elim dünyasına açıqlanmışdır. Qədim türk əlifbasının özünə məxsus xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər əlifbanı digər əlifbalardan fərqləndirmişdir.

Bu xüsusiyyətlər aşağıdakılardır:

1. Ərəb əlifbası kimi sağdan sola yazılır.

2. Latında olduğu kimi böyük, kiçik həriflər mövcud deyil.

3. Həriflər incə-qalın deyə fərqlənməkdədir.

4. Sözlər arasında boşluq qoyulmur. Sözləri birbirindən ayırmaq üçün aralarına iki nöqtə üstüsdə qoyulur. Bu işarə eyni zamanda cümlənin sonunda da qoyulur.

5. Əsgi türkcədə “c, f, q, ğ, x, h, j, v” səsləri olmadığından, bunları simgələyən damğalar da yoxdur.

6. /d/ səsi ilə söz başlamaz. Bu günləri /d/ səsi ilə başlayan sözlər qədimdə /t/ səsi ilə deyilirdi. Məs: dəmir-təmir

7. “g, q, x, h” səsləri ilə də söz başlamaz. Bu sözlər qədimdə “k” ilə deyilirdi. Məs: xan-kan

8. Sait səs uyğunluğu mövcud idi. Qalın saitlə başlayan söz qalınla, incə saitlə başlayan söz incə ilə davan etməli idi.

9. Dodaq oxşarlığı vardı. Məsələn, söz “a” saiti ilə başlayıbsa sözün sonun da “ə”saitinin gəlməsi mümkün deyildi. Əgər “a”dan başqa sait gəlməlidirsə bu mütləq “ı” saiti olmalı idi.

10. “o” ilə “ö” səsləri isə fərqli idi. “o” dan sonra “a”, “ö”dən sonra isə”ə” saiti gələ bilər. bunun səbəbi iə sözlərə qoşulan şəkilçilərin tərkibində “a” və “ə” saitlərinin işlənməsidir.

11. “o” və “ö” saiti yalnız ilk hecada işlənə bilərdi. Digər hecalarda isə “u” və “ü” səsləri ilə əvəz olunmalıdır.

12. Əlifbada toplam 38 damğa var ki, bunların 4 sait, 34 isə samit səsdir. Saitlər latın əlifbasından fərqli olaraq iki səs verə bilirlər. Əsgi türk əlifbası aşağıdakı cədvəldə göstərilmişdir. Qədim türk dili və əlifbası-Rəhim Vahid yazır…

Sait səslərdən istifadə qaydası:

1. “a” ilə “i” saitlərinin verdikləri səsi anlamaq üçün sözün mənasına baxmaq lazımdı. Söz qalin saitlərdən ibarətdirsə a-ı səsini verərkən, incələrdən ibarətdirsə ə-i səsini verəcəkdir.

2. “ö” saiti incə saitli sözlərdə işlənilir. İlk hecada “ö” saiti varsa digər hecalarda “ü”saitinə çevrilir.

3. “u”,”o” saitləri qalın saitli sözlərdə işlənir. İlk hecada “o”səsini verərkən, sonrakı hecalarda “u” saitinə çevriləcəkdir.

4. Sait səslərindən istifadə, latın əlifbasından fərqlənir. Məsələn, əgər sözdəki saitlərin hamısı “a” saiti ilə yazılırsan, birinci hecadan başqa digər hecalarda “a” və ya “ı” saitinin yazılmasına ehtiyac yoxdur. Başqa saitin gəlməsi isə o sözün milli olmadığından xəbər verir. Bu əlifbanın özünə məxsusluğu ondadır ki, türkcə olmayan, yad olan sözləri yazmaq çətinlik törədir.

5. “Ö” və “o” saitləri yalnızca ilk hecada işlənə bilir. Sonrakı hecalarda “u”-“ü” səslərinə çevrilir. Yenə sözün ilk hecasından aslı olaraq sonrakı saitləri yazmağa ehtiyac yoxdur. Yanlız o zaman ehtiyac duyulur ki, sözə qoşulan şəkilçi “a”-“ə” səslərindən ibarət olsun.

Samit səslərindən istifadə qaydalarında isə diqqət ediləcək ən əsas məsələ, sözlərin heca ilə yazılışıdır. Sözləri yazarkan düzgün hecalara ayırmalı və sonra yazılmalıdır. Əks təqdirdə söz başqa bir oxşar sözlə qarışdırıla bilər.
Kaynak : Rəhim VAHİD

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

2 thoughts on “Qədim türk dili və əlifbası- Yer üzünün ən qədim yazısı

  • İbrahim Yarkın Tutgun

    Çok güzel bir araştırma,dilimizi öğrenmeliyiz

Yorumlar kapatıldı.

Pin It on Pinterest