Pakistan prezidenti və ordu komandanı Azərbaycan türkü – Məhəmməd Yəhya Xan Qızılbaş

Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan

İlk dəfə bu məlumatı eşidəndə bir az da heyrət etdim: ona görə ki, deyəsən, biz yurdumuzun və özümüzün sərhədlərimizi yetərincə qiymətləndirməyi bacarmırıq.
Dünyada ilklərə imza atan, “Ən yeni tarixin” yaradılmasında rol almış soydaşlarımızı tanıyırıqmı?
Əksəriyyətimiz “yox” deyəcək. Elə bu səbəbdən bir tarix yoluna çıxaq: axtaraq və öyrəndikcə sizlərə də çatdıraq.

Məhəmməd Yəhya Xan Qızılbaş
Məhəmməd Yəhya Xan Qızılbaş


Beləliklə, Pakistanın Prezidenti olmuş azərbaycanlıdan – General Ağa Məhəmməd Yəhya xandan başlayaq.
Qızılbaş varisi
Əslən Qızılbaşlardan olan Yəhya xan 1917-ci ildə Pəncabda Qasur şəhərinə yaxın yerdə doğulub. Nadir şahla 1738-ci ildə Hindistana gələn xanların nəslindəndir.
Pəncab universitetini bitirən Yəhya xan urdu dili ilə bərabər etnik pəncabi dilini də bilirmiş.
II Dünya Müharibəsində iştirakçısı olan Yəhya xan Britaniya ordusuna yazılıb.
4-cü Piyada qoşun bölməsində zabit kimi xidmət edib. O, İraqda, İtaliyada və Şimalı Afrikada qulluq edib. 1942-ci ilin iyununda həbs olunub Yəhya xan 15 iyul 1939-cı ildə Hindistan Hərbi Akademiyasından zabit rütbəsi alaraq məzun olub. Daha sonra Bəluc polkunda piyada qoşun zabitiı olub. Yəhya xan 1942-ci ilin iyununda həbs olunub və İtaliyada hərbi əsir düşərgəsində saxlanılıb. O, II Dünya Müharibəsi dövründə bir müddət də Şimalı Afrikada hərbi əsir düşərgəsində saxlanılıb.
1947-ci ildə o Hindistanın bölünməsindən sonra Pakistan ordusunda vəzifə tutub.
1951-1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəlib. Onun əmri ilə Hindistan əsgərlərinə atəş açılıb. Yəhya xan o dövrdə 105-ci müstəqil briqadaya komandirlik edirmiş.
Yəhya xan Baş ştabın rəisi kimi 1954-1957-ci illərdə Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya aparıb. Əyyub Xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün seçilib. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş ştabın rəhbərlik vəzifələrini yerinə yetirib. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə komandanlıq edib.
Pakistan Ordusunun formalaşmasında xeyli zəhmət çəkən Yəhya xan 1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun bölməsinə başçılıq edib. “Böyük şlem” əməliyyatında 7-ci bölməyə başçılıq edib, göstərdiyi şücaətə görə 1965-ci ildə general-mayor rütbəsindən sonra general-leytenant rütbəsi alıb. Xidmət etdiyi ordunun baş komandanı və Pakistan ordusu baş komandanının müavinini təyin edilib.
Əyyub xanın 1969-cu ilin mart ayında dövlət başçılığından istefa verməsindən sonra onun yerinə keçib. Onun hakimiyyəti çox çətin dövrə düşüb. Həmin dövrdə Şərqi Pakistanda benqallar üsyana başlayıb və bu Hindistanla müharibəyə səbəb olub. Müharibədə Pakistan məğlub olub və 90 min Pakistan əsgəri Hindistana əsir düşüb.
1971-ci ildə dekabr ayında Şərqi Pakistan Banqladeş adıyla müstəqilliyini elan edib. Bundan sonra vəzifəsindən uzaqlaşmaq məcburiyyətində qalıb və yerinə keçən Zülfüqar Əli Düymənin əmri ilə həbs olunub. İnfarkt keçirərək iflic olandan sonra sərbəst buraxılıb və siyasətdən tamamilə uzaqlaşıb.
Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest