Ömər Faiq Nemanzadə

Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin… Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi Bəsdir, bəsdir, ey türk! Bir az ayıl… Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!” 1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: “Əzizim Məmmədəli!…

Ömər Faiq Nemanzadə
Ömər Faiq Nemanzadə

Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli”. Ömər Faiq təkcə “Molla Nəsrəddin” jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq”, “Bağban” və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir. Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salmış “Gürcü işi” adlı əməliyyatın başlanması ilə əlaqədar o, dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlamış, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış etmiş. Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv olunmuşdur. “Cənubi-qərbi Qafqaz hökuməti” yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı. Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, bir az sonra “Yeni fikir” radeksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir. Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

Ömər Faiq Nemanzadə” için bir yorum

  • 18 Ekim 2019 tarihinde, saat 19:46
    Permalink

    Ömər Faiq 1920-ci ildə Gəncə ZİRAƏT (ərəb məşəli sözdür.Əkinçilik,kənd təsərrüfatı mənasındadır -N.N.) Texnikumunun direktoru işləmişdir.
    Rəsul Rzayev (şair Rəsul Rza -N.N.) O.F.Nemanzadənin direktor olduğu vaxtlarda bu texnikuma daxil olmuş,lakin sonralar “anasından ötrü darıxdığı “üçün Göyçaya qayıtmışdır.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest