GenelGüncelKültür Sanat

Nadir MƏMMƏDLİ – Türkoloji Qurultayı


AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
100 il sonra “danışan” məxfi sənədlər
Arxiv materiallarının xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər
(əvvəli 18 fevral tarixli sayımızda)
Məqsəd qurultayın təşkilati işlərinin mərkəzi orqanlarla əlaqələndirilməsidir. Bu
sənəddən konkret nəticələr çıxarmaq olar:
Nadir Məmmədli
Nadir Məmmədli
  1. Türkoloji Qurultayın təşkili yüksək səviyyədə koordinasiya olunurdu, qurultayın
    təşkili sırf elmi dairələrin deyil, həm də siyasi rəhbərliyin, konkret halda
    Azərbaycan K(b)P MK Rəyasət Heyətinin nəzarətində idi.
  2. Məmmədzadə və Zifeldin Moskvaya ezam olunması həmin şəxslərin
    təşkilatçılıq baxımından önəmli fiqurlar olduğunu göstərir. Onların ezam olunması
    qurultaydan öncə sadəcə yerli təşəbbüs deyil, SSRİ səviyyəsində əhəmiyyət
    daşıdığını göstərir.
  3. S.M.Kirovun məsələyə birbaşa müdaxilə etməsi faktı göstərir ki, məsələyə
    partiyanın yüksək rəhbərliyi də diqqət yetirir, Kirov kimi nüfuzlu bir şəxsin bu
    təklifi irəli sürməsi qurultayın siyasi əhəmiyyətini vurğulayır.
  4. Qərarın yekdilliklə qəbul olunması partiya rəhbərliyi arasında fikir birliyi
    olduğunu və qurultayın keçirilməsinin ideoloji və təşkilati cəhətdən dəstəkləndiyini
    göstərir.
  5. Əsas məqsəd mərkəzi orqanlarla əlaqələndirmə qurultayın yalnız elmi deyil,
    həm də ideoloji və siyasi bir tədbir kimi planlaşdırıldığını, mərkəzdən icazə və
    razılaşdırma olmadan keçirilməsinin mümkünsüz olduğunu göstərir.
    1926-cı il I Ümumittifaq Türkoloji Qurultayı sırf elmi tədbir olmaqla yanaşı, Sovet
    siyasi sistemində mərkəzi idarəetmə ilə sıx əlaqəli, ideoloji nəzarət altında
    hazırlanan bir hadisə idi. Onun təşkili SSRİ rəhbərliyinin ciddi nəzarəti və razılığı
    ilə həyata keçirilirdi.
    Bakı Türkoloji Qurultayı elmi təşəbbüs kimi təqdim olunsa da, arxiv sənədləri
    göstərir ki, bu tədbirin hazırlanması və keçirilməsi sırf elmi müstəvidə deyil,
    yüksək siyasi və inzibati səviyyədə, mərkəzi sovet orqanları ilə sıx əlaqədə həyata
    keçirilirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin
    həm Rəyasət Heyəti, həm də Katibliyi müxtəlif tarixli iclaslarında qurultayla bağlı
    məsələləri müzakirəyə çıxarmış, təşkilati təklifləri rəsmi qərarlarla təsdiqləmiş,
    əsas təşkilatçıların Moskvaya ezamını təmin etmiş və ideoloji nəzarəti əlində
    saxlamışdır.
    Bu sənədlər, bir tərəfdən Sovet hakimiyyətinin türk xalqlarının dil və mədəniyyət
    məsələlərinə dair siyasətini sistemli şəkildə yönləndirdiyini göstərir; digər tərəfdən
    isə Azərbaycan elmi-mədəni mühitinin maddi-texniki şəraitinin yetərsizliyi
    (məsələn, Tədqiq və Tətəbbö Cəmiyyətinin yararsız binada fəaliyyət göstərməsi)
    fonunda ciddi strukturlaşmaya və təşkili dəstəyə ehtiyac olduğunu üzə çıxarır.
Türkoloji Qurultayı
Türkoloji Qurultayı

Beləliklə, qurultay həm elmi mərkəzləşmə, həm də ideoloji idarəetmə baxımından
Sovet rejiminin Türk dünyasına münasibətinin konkret təzahürü kimi çıxış edir.
Bu, eyni zamanda, yerli təşəbbüslərin yalnız mərkəzin razılığı və təsdiqi ilə həyata
keçirilə biləcəyini, sovet sistemində elmi fəaliyyətin də siyasi nəzarətdən kənarda
olmadığını nümayiş etdirir.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi gizli şöbəsinin
16 noyabr 1925-ci il tarixli iclasının 82 saylı protokoluna əsasən S.M.Kirovun
məruzəsi dinlənilir, çıxışdan irəli gələn qurultayın keçirilməsinin təxirə salınması
məsələsi müzakirə edilir.
Qərara alınır ki, qurultayın çağırılması təxirə salınsın, keçirilmə vaxtı yoldaş
Məmmədzadə və yoldaş Zifeld Moskvadan qayıtdıqdan sonra onların iştirakı ilə
müəyyən edilsin. Yoldaş S.Ağamalıoğlu və R.Axundova tapşırılsın ki, Rəyasət
Heyətinin növbəti iclasına qədər Türkoloji Qurultayın çağırılması üzrə yenidən
təşkil olunmuş Təşkilat Komissiyasının tərkibini təqdim etsinlər.

Nadir MƏMMƏDLİ - Türkoloji Qurultayı
Nadir MƏMMƏDLİ – Türkoloji Qurultayı

Bu sənəd qurultayın vaxtının yenidən müəyyənləşdirilməsi və təşkilat komitəsinin
tərkibinin yenilənməsi barədə qərarları ehtiva edir. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Gizli şöbəsinin 1925-ci il 16 noyabr
tarixli iclasının protokolu bir daha göstərir ki, Türkoloji Qurultayın keçirilməsi
təkcə elmi və təşkilati deyil, həm də ciddi şəkildə siyasi qərarlara bağlı bir məsələ
idi. S.M.Kirovun çıxışı əsasında qurultayın keçirilməsinin təxirə salınması
gündəmə gətirilmiş və iclasda rəsmi qərar kimi qəbul olunmuşdur.
Qərarda vurğulanan əsas səbəb, Qurultayın konkret vaxtının Moskvaya ezam
olunmuş nümayəndələrin – Məmmədzadə və Zifeldin – qayıdışından sonra
müəyyən olunmasıdır. Bu bir daha sübut edir ki, qurultayın vaxtı belə mərkəzdən
gələn razılaşmalardan və əlaqələndirmələrdən asılı idi.
Eyni zamanda, Təşkilat Komitəsinin yenidən tərkibinin formalaşdırılması məsələsi
də gündəmə gətirilmiş, iş S.Ağamalıoğlu və R.Axundova həvalə edilmişdir. Bu
fakt göstərir ki, təşkilati strukturda dəyişikliklərə ehtiyac duyulmuş, işin daha
səmərəli və uyğun şəkildə davam etdirilməsi üçün yeni bir heyətin hazırlanması
vacib sayılmışdır. Bu sənəd bir daha sübut edir ki, qurultay tam şəkildə Sovet
siyasi idarəçiliyi çərçivəsində planlaşdırılmış və həyata keçirilmişdi. Hətta
qurultayın keçirilmə vaxtı belə yerli elm adamlarının və təşkilatçıların istəyi ilə
deyil, Moskvadakı koordinasiyaların nəticəsinə əsasən müəyyən olunurdu. Bu isə
sovet dövründə elmi təşəbbüslərin belə mərkəzləşdirilmiş ideoloji nəzarət altında
həyata keçirildiyini göstərir.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət
Heyətinin protokol çıxarışında tarix və protokol nömrəsi göstərilməsə də, Gizli
şöbənin məxfi sənədinə əsasən Xalq Komissarları Sovetinə (XKS) təklif edilir ki,
Türkoloji Qurultayın iclaslarının keçirilməsi üçün Maarif Sarayını (İsmailiyyənin
binası – N.M.) tam şəkildə təchiz etsin.


Bu sənəd qurultay üçün fiziki məkan məsələlərinin, yəni Maarif Sarayının
təchizatının yekunlaşdırılması ilə bağlı qərarı əks etdirir. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin tarixsiz protokol

çıxarışına əsaslanan məxfi qərar göstərir ki, Türkoloji Qurultayın keçirilməsi üçün
yalnız təşkilati və ideoloji hazırlıqla kifayətlənilmir, eyni zamanda, fiziki və
maddi-texniki şəraitin təmin olunması məsələsi də dövlət səviyyəsində həll
olunurdu. Xalq Komissarları Sovetinə ünvanlanan bu təkliflə partiya rəhbərliyi,
qurultayın keçiriləcəyi məkan – Maarif Sarayının tam şəkildə təchiz edilməsini
tələb edirdi. Bu isə sübut edir ki, qurultay sıradan elmi tədbir deyildi. Onun
keçirilməsi siyasi simvolizm və dövlət prestiji daşıyırdı və buna uyğun olaraq ən
yüksək şəraitin yaradılması zəruri hesab edilirdi. Belə bir yanaşma həm tədbirə
verilən əhəmiyyətin, həm də tədbirin ideoloji nümayiş xarakterinin göstəricisidir.
Arxiv sənədlərinin təhlili göstərir ki, 1926-cı il I Ümumittifaq Bakı Türkoloji
Qurultayı yalnız elmi təşəbbüs deyil, ideoloji, inzibati və simvolik baxımdan
yüksək səviyyədə nəzarət olunan bir dövlət layihəsidir. Qurultayın keçirilmə
prosesi çoxsəviyyəli sovet idarəetmə strukturlarında – Azərbaycan KP(b) MK-nın
Gizli şöbəsi və Rəyasət Heyəti səviyyəsində müzakirəyə çıxarılır, onun bütün
mərhələləri – vaxtı, təşkilat komitəsinin tərkibi və fiziki şəraitin təmin olunması –
partiya qərarları ilə tənzimlənir.

  1. Vaxt: Qurultayın keçirilməsi Moskvaya ezam olunmuş nümayəndələrin
    qayıdışından asılı olaraq təxirə salınır. Bu, mərkəzin razılığı olmadan heç bir
    təşəbbüsün həyata keçirilə bilməyəcəyini açıq şəkildə göstərir.
  2. Təşkilat Komitəsinin yenilənməsi: Partiya rəhbərliyi komitənin tərkibində
    dəyişiklik edilməsini tələb edir. Bu dəyişiklik yalnız təşkilati səmərəlilik deyil,
    həm də siyasi uyğunluq prinsipi ilə diktə olunur.
  3. Maarif Sarayının tam təchiz olunması: Qurultay üçün xüsusi məkanın (Maarif
    Sarayının) yüksək səviyyədə hazırlanması, onun sıradan elmi tədbir yox, ideoloji
    nümayiş və dövlət imici baxımından əhəmiyyətli bir akt kimi qəbul edildiyini
    sübut edir.
    Bu faktlar göstərir ki, Türkoloji Qurultay sovet rejimi üçün təkcə elmi əməkdaşlıq
    platforması yox, həm də türk xalqlarının dil və kimlik məsələləri üzərində dövlət
    nəzarətini möhkəmləndirmək üçün alət idi. Qurultayın harada, kim tərəfindən, nə
    zaman və necə keçiriləcəyi məsələləri ideoloji planlaşdırmanın tərkib hissəsi idi.
    Hər bir detal mərkəzi hakimiyyətin icazəsi və təsdiqi ilə həyata keçirilirdi.
    Bu sənəd də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin
    Rəyasət Heyətinin Gizli iclas protokolundan çıxarışıdır. Tarix və protokol nömrəsi
    göstərilməsə (səbəbə aydın deyil) də qərar məlumdur:
    a) Azərbaycanın nümayəndə heyətinin bütün üzvlərinə təklif edilsin ki, qurultaya
    hazırlıqda ən fəal şəkildə iştirak etsinlər;
    b) Türkoloji Qurultayın çağırılması ilə bağlı MK ÜİK(b)P Katibliyinə məlumat
    vermək MK katibinə həvalə olunsun.
    c) SSRİ Xalq Komissarları Sovetinə (XKS) tapşırılsın ki, Azərbaycanda qurultaya
    hazırlıq işləri üçün zəruri vəsaitləri ayırsın.
    ç) Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasına tapşırılsın ki, Azərbaycanın
    hazırlığı ilə bağlı xərclər smetasını XKS-ə təqdim etsin.

Bu sənəd, Azərbaycan nümayəndələrinin qurultaya hazırlıq işlərinə cəlb olunması,
mərkəzi hakimiyyət orqanlarına məlumat verilməsi və maliyyə təminatının

ayrılması ilə bağlı təşkilati qərarları əhatə edir. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin tarixsiz gizli
protokolundan görünür ki, Türkoloji Qurultay yalnız ideoloji nəzarət baxımından
deyil, eyni zamanda, maddi, inzibati və diplomatik səviyyədə koordinasiya olunan
dövlət tədbiri idi.
Sənəddə:

  1. Nümayəndələrin fəal iştirakı təşviq olunur. Bu göstərir ki, təkcə rəsmi komitələr
    deyil, bütün nümayəndələr səfərbər olunmalı, təşəbbüsə cəlb edilməli idi;
  2. Qurultay haqqında məlumat ÜİK(b)P Katibliyinə çatdırılır. SSRİ səviyyəsində
    mərkəzi partiya rəhbərliyinin məlumatlandırılması vacib sayılırdı;
  3. Maliyyələşdirmə məsələsi birbaşa SSRİ Xalq Komissarları Sovetinə tapşırılır.
    Qurultayın sadəcə yerli imkanlarla deyil, birbaşa mərkəzin ayırdığı vəsaitlə
    reallaşdırılacağını sübut edir;
  4. Xərclər smetasının hazırlanması və təqdim edilməsi. Tədbirin
    planlaşdırılmasında büdcə məsuliyyəti dəqiq bölüşdürülmüşdü və formal-maliyyə
    strukturu yaradılmışdı.
    Bu qərarlar göstərir ki, qurultay təşkilati-maliyyə baxımından da tam
    mərkəzləşdirilmiş şəkildə həyata keçirilirdi.
    A. Qurultay yalnız elmi ictimaiyyətin təşəbbüsü deyil, birbaşa partiya rəhbərliyi
    tərəfindən formalaşdırılmış strateji layihə idi;
    B. Qurultayın keçirilməsi SSRİ mərkəzi orqanlarının razılığına və nəzarətinə tabe
    idi;
    C. Təşkilat Komitəsinin tərkibi dəyişdirilir, maarif məkanları xüsusi göstərişlə
    təchiz olunur, ezamiyyətlər həyata keçirilir, maliyyə vəsaiti ayrılır və bu
    proseslərin hamısı ideoloji uyğunluq və inzibati planlaşdırma ilə tənzimlənirdi;
    Ç. Nümayəndələrin aktiv iştirakı, smetanın təqdim olunması və XKS-dan maliyyə
    tələb olunması isə bu tədbirin sıradan bir elmi simpoziumdan çıxaraq dövlətin
    siyasi vitrininə çevrildiyini göstərir.
    I Ümumittifaq Türkoloji Qurultay Sovet hakimiyyətinin türk xalqlarına yönəlmiş
    dil, mədəniyyət və kimlik siyasətini formalaşdırmaq və yönləndirmək üçün seçdiyi
    alətlərdən biri olmuşdur. Onun hər bir mərhələsi – təşəbbüsdən tutmuş təchizata,
    vaxtlamadan tutmuş smetaya qədər – mərkəzi partiya strukturlarının razılığı və
    təlimatı ilə müəyyən edilmişdir.
    Bu, sovet elmi və mədəni siyasətinin necə idarə olunan, nəzarətli və məqsədli bir
    aparat halına gəldiyini ən açıq formada göstərən nümunədir.
    Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət
    Heyətinin tam məxfi 1926-cı il 25 yanvar tarixli 9 nömrəli iclasının protokolundan
    çıxarış.
    Müzakirə edildi:
  5. Türkoloji Qurultay haqqında.
    (Məruzəçilər: yoldaş Cəbiyev və yoldaş Zifeld)
    Qərar verildi:
    a) Türkoloji Qurultayın keçirilmə tarixi 1926-cı il fevralın 25-nə təsdiq edilsin.
    b) ASSR (Azərbaycan SSR) və NSSR (Naxçıvan MSSR) adından qurultaya
    aşağıdakı nümayəndələr təsdiq edilsin:
  6. R.Axundov
  7. F.Ağayev
  8. Zeynallı
  9. Pənah Qasımov
  10. M.Quliyev
  11. A.Sultanova
  12. Əfəndizadə
    c) Qurultayda Azərbaycan nümayəndə heyətinə dair meydana çıxacaq bütün
    məsələlər AK(b)P MK-nın Katibliyi ilə razılaşdırılmaqla Komissiyaya həvalə
    edilsin.

Bu artıq qurultayın konkret tarixini (25 fevral 1926-cı il) və Azərbaycan tərəfdən
rəsmi nümayəndə heyətinin tərkibini təsdiqləyən olduqca mühüm bir sənəddir,
qurultayın qərarlaşdırılmış mərhələyə keçdiyini sübut edir, həm təşkilati, həm də
siyasi-diplomatik baxımdan əhəmiyyətlidir.
1926-cı il 25 yanvar tarixli tam məxfi protokol çıxarışı göstərir ki, artıq Türkoloji
Qurultayın keçirilməsi ilə bağlı bütün əsas qərarlar yekunlaşdırılmış və
rəsmiləşdirilmişdir. Məhz bu sənədlə:

  1. Qurultayın tarixi rəsmi şəkildə 25 fevral 1926-cı il olaraq təsdiq edilir – bu,
    əvvəlki sənədlərdə görülən qeyri-müəyyənlik və təxirəsalmaların başa çatdığını
    göstərir;
  2. Azərbaycan və Naxçıvan MSSR nümayəndə heyətinin tam tərkibi açıqlanır və
    təsdiqlənir – bu da sübut edir ki, nümayəndələr sadəcə elmi əsaslarla yox, siyasi
    etibarlılıq və partiya ilə uzlaşma prinsipi ilə seçiliblər;
  3. Nümayəndə heyətinə dair bütün məsələlərin partiya katibliyi ilə razılaşdırılması
    şərtidir, bu isə bir daha göstərir ki, Qurultayda iştirak edənlər yalnız elmi mövqeyə
    görə deyil, ideoloji uyğunluq və mərkəzi nəzarət çərçivəsində fəaliyyət göstərirlər.
    Bu sənəd, əvvəlkilərdən fərqli olaraq, hazırlıq, maliyyələşmə, təşkilat komitəsi və
    təchizat məsələlərinin artıq konkret nəticəyə gəldiyini və qurultayın siyasi və
    inzibati baxımdan tam hazırlandığını göstərir:
    1925-ci ilin oktyabr, noyabrında təşkilati əsaslar müəyyən edilir, təkliflər
    təsdiqlənir, lakin qurultay Moskvadakı koordinasiyalara görə təxirə salınır. Maarif
    Sarayının təchizi və maddi vəsaitin ayrılması SSRİ Xalq Komissarları Sovetinə
    həvalə edilir, bu isə mərkəzin tədbirə yüksək səviyyəli simvolik əhəmiyyət
    verdiyini göstərir. Nümayəndə heyətinin fəaliyyəti, smetaların hazırlanması və
    Katibliklə razılaşdırma – bütün bu proseslərin mərkəzi partiya strukturlarının tam
    nəzarəti altında həyata keçirildiyini sübut edir. 25 yanvar 1926-cı il tarixli qərar isə
    bütün bu mərhələlərin nəticəsi olaraq siyasi və ideoloji baxımdan elmi nümayəndə
    heyətinin iştirakı ilə qurultayın rəsmi tarixini və heyətini təsdiqləyir.
    I Bakı Türkoloji Qurultayı Sovet ideoloji aparatının türk xalqlarının dili,
    mədəniyyəti və milli kimliyi üzərində nəzarəti gücləndirmək üçün hazırladığı,
    mərkəzləşdirilmiş, siyasi və inzibati cəhətdən tam yönləndirilmiş bir tədbir
    olmuşdur. Onun bütün mərhələləri – təşəbbüsdən təsdiqə, təchizatdan iştirakçıların
    seçiminə qədər elmi müstəvidən çox, dövlət nəzarətində olan ideoloji-inzibati
    müstəvidə formalaşdırılmışdır.

I Türkoloji Qurultaya hazırlıqlar daha ciddi şəkildə 1924-cü ilin aprelindən
başlamış və bunun üçün SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Təşkilat
Komissiyası yaradılmışdı. Əvvəlcə konfransın Türküstanın mərkəzində – Orta
Asiyada keçirilməsi planlaşdırılır, lakin siyasi və texniki səbəblər buna imkan
vermədiyindən və təcili xarakter daşıdığından Azərbaycan, artıq konfrans
keçirməkdə təcrübəli ölkə kimi, bu çətinliyi öz üzərinə götürdü. Azərbaycanı digər
türk respublikalarından fərqləndirən cəhətlər çox idi: ilk növbədə güclü sənaye və
neft ölkəsi, savadlı yerli və əcnəbi kadr potensialının olması. Moskvadakı mərkəzi
qüvvələr də bir sıra mülahizələrdən sonra qurultayın 1925-ci ildə keçirilməsinə
icazə verdilər. Qurultayın başlanmasından 1 il əvvəl – 1925-cı il yanvarından
Bakıda elmi tədbirlər keçirilmisinə start verilir.
Dünya şərqşünaslarının türkologiyaya olan xüsusi marağını və bu elmin SSRİ-dəki
xüsusi əhəmiyyətini nəzərə alaraq Bakıda Ümumittifaq Şərqşünaslıq Elmi
Cəmiyyətinin 1925-ci il avqustun 6-da keçirilən iclasında bir sıra pedaqoji və elmi
konfransların, bəzi sovet respublikalarının və vilayətlərinin qurultay və
simpoziumlarının tövsiyələri nəzərə alınaraq qərar qəbul edilir və təsdiq olunur:
“Qurultay SSRİ Şərqşünaslıq Elmi Assosiasiyası və Azərbaycanı Tədqiq və
Tədqiqat Cəmiyyətinin təşəbbüsü ilə çağırılsın”.


Bakıda I Türkoloji Qurultayın Çağırılması üzrə Təşkilat Komissiyasının elə həmin
gün keçirilən iclasının 1 saylı protokolunda qeyd olunanlara əsasən qurultayın
keçirilməsi ilə bağlı əsas gündəlik iş planı təsdiqlənir.
Türkoloji Qurultayın çağırılması ilə bağlı Komissiyanın Qərarı:

  1. Yoldaş Cəbiyevin Birinci Ümumazərbaycan Etnoqrafik Qurultayın qərarı
    haqqında məlumatı. I Türkoloji Qurultayın çağırılması təklifi.
    Türk-tatar respublikalarının nümayəndələri ilə birlikdə SSRİ-dəki türk-tatar
    zəhmətkeşləri arasında aparılan mədəni-maarifləndirmə işi ilə bağlı, sırf elmi
    maraqla yanaşı, ilk növbədə, böyük praktik əhəmiyyət daşıyan məsələlərin
    müzakirəsinin vacibliyini nəzərə alaraq, həmçinin bütün ölkələrin şərqşünaslarının
    türkoloji sahəyə xüsusi marağını və bu elmin SSRİ-dəki fövqəladə əhəmiyyətini
    nəzərə alaraq, Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyasının, I Azərbaycan
    Etnoqrafiya Qurultayının qərarlarının, bir sıra pedaqoji və elmi konfransların, bəzi
    Sovet respublikalarının və vilayətlərinin qurultaylarının arzularının icrası
    məqsədilə qərara alındı:
    a) Türkoloji qurultayın çağırılmasını son dərəcə zəruri hesab etmək;
    b) Onun ən qısa müddətdə çağırılması üçün bütün zəruri tədbirləri görmək.
  2. Qurultayın keçirilmə yeri.
    Bakı şəhərinin türk-tatar respublikaları arasında yerləşməsi baxımından mədəni və
    coğrafi mövqeyi nəzərə alınaraq, ən münasib yer hesab edilərək, qurultayın Bakıda
    çağırılması zəruri hesab edilsin. Sovet Respublikalarının və SSRİ-nin müvafiq
    idarələrinin maraqlı rəyləri sorğuya çıxarılsın.
  3. Qurultayın keçirilmə vaxtı.
    Qurultay 1925-ci ilin sonunda, dekabr ayının ilk günlərindən gec olmayaraq
    çağırılsın. Bu barədə türk-tatar əhalisinin yaşadığı Sovet respublikaları və
    vilayətlərin maraqlı rəyi sorğulansın.
  4. Qurultayın gündəliyi.
    Aşağıdakı gündəlik iş qaydasını nəzərə almaqla qurultayın iş proqramında bir sıra
    nəzəri və praktik məsələlər tərtib etmək:
  5. Müasir dövrdə türkologiya və onun gələcək inkişaf yolları.
  6. Türk dilləri və ləhcələrinin təsnifatı.
  7. Türk dilləri və ləhcələrinin mənşəyi və tarixi inkişafı.
  8. Yazı sistemlərinin müxtəlifliyi kontekstində türk dillərinin və ləhcələrinin
    müqayisəli fonetikası.
  9. Türk dilləri və ləhcələrinin müqayisəli morfologiyası və türk dillərində
    terminologiyanın yaradılması ilə bağlı məsələlər.
  10. Türk dilləri və ləhcələrinin digər dillər və ləhcələrlə (monqol və fin-uqor dilləri
    ilə) qohumluq əlaqələri, həmçinin etnik nəzəriyyə baxımından bu əlaqələrin izahı.
  11. Türk xalqlarının və tayfalarının ilkin dini dünyagörüşləri.
  12. Türk xalqları və tayfalarının ilkin tarixi.
  13. Türk xalqlarının əlifbaları:
  14. Ərəb
  15. Monqol
  16. Rus
  17. Latın
  18. Çin
  19. Akademik
  20. Türk dillərinin orfoqrafiyası.
  21. Türk dillərinin tədris üsulları.
  22. Türk dillərində terminologiya.
  23. Təşkilati məsələlər.
  24. Gündəliyə dəyişiklik və əlavələr.
    Yuxarıda qəbul edilmiş gündəlik SSRİ MİK-in Millətlər Şurasına, Ümumittifaq
    Şərqşünaslıq Elmi Assosiasiyasına, Rusiya Elmlər Akademiyasına, RSFSR Xalq
    Maarif Komissarlığının Etnik Azlıqlar Şöbəsinə, Mərkəzi Etnoqrafiya Bürosuna,
    MİK-lərə, yerli cəmiyyətlərə və bütün ittifaq və muxtar Sovet respublikalarının
    xalq maarif komissarlıqlarına, həmçinin qurultaya SSRİ-dən şəxsi qaydada dəvət
    olunmuş şəxslərə göndərilsin.
nazım ahmetli
nazım ahmetli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest