Moskvanın boğazı Ankaranın əlində: Rusiyanın Qara dəniz hərbi donanması ortadan qaldırılacaq

Şimali Atlantika İttifaqı, eyni anda ən azı iki vacib boğazı – Bosfor və Cəbəllütariqin qarşısını kəsərək, Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz Donanmasına blokada tətbiq etmək imkanını nəzərdən keçirir. Bu, xüsusən həm NATO, həm də Türkiyə ilə münasibətlərı soyuyan Rusiya üçün çox ciddi bir zərbə olacaq.

Ovqat com xəbər verir ki, Rusiya ordusuna yaxın media orqanları bu ciddi təhlükədən ehtiyatlanırlar.

Avia.pro-nun iddiasına görə, bu, Rusiyanın Qara dəniz Donanmasının NATO-nun ortaq hərəkətləri ilə ortadan qaldırılması deməkdir.

Mütəxəssislərin fikrincə, yalnız Bosfor Boğazının bağlanması belə, Rusiyanın Qara dəniz Donanmasını istifadəsiz duruma düşməsi üçün kifayətdir. Zira bu baş tutarsa, Rusiyanın isti dənizlərə açılan qapısındakı gəmiləri və sualtı qayıqları planetin digər bölgələrinə göndərilmək fürsəti yox olacaq. Eyni anda Cəbəllütariqin bağlanması isə Suriyanın Tartus dəniz bazası daxil olmaqla Rusiyanın Aralıq dənizindəki bütün hərbi gəmiləri və sualtı qayıqlarının tələyə salınmasına imkan verəcək.

Avia.pro-nun iddiasına görə, bir neçə həftə əvvəl Türkiyə Moskvanın Krımın azad etməyəcəyi təqdirdə (Türkiyə tərəfi Rusiya yarımadası üzərində suverenliyini tanımır) Bosfor boğazını rus gəmilərinə bağlayacağını bildirmişdi.

Qeyd edək ki, Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, Sovet İttifaqı və Yuqoslaviya ilə bağladığı Montrö (Montreux) müqaviləsinə əsasən, hərbi təhlükə Bosfor boğazını bağlamaq hüququ var. Son zamanlar Rusiya ilə Türkiyənin istər Dağlıq Qarabağda, istərsə də Suriya və Ukraynada qarşı-qarşı gəldikləri sirr deyil. Xüsusilə Suriya və Ukrayna gərginliyini əsas gətirən Ankaranın bu addımı atması mümkündür.

Son zamanlara qədər Türkiyə qoşunlarının Dağlıq Qarabağdakı rus “sülhməramlı”ları ilə birgə fəaliyyətinə qarşı çıxan Rusiya prezidentinin dünən birdən-birə Azərbaycanın lehinə fikirlər səsləndirməsinin əsl səbəbi deyəsən tədricən aydınlaşır. Rusiyanı arxa bağçası kimi gördüyü regionda belə, küncə sıxışdıran qardaş ölkənin digər coğrafiyalarda, o cümlədən Yaxın Şərqdə təşəbbüsü öz əlinə alacağı şübhə doğurmur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest