|| DÜNYA SAVAŞI DÖNƏMİNDƏ ERMƏNİ XİSLƏTİ VƏ XƏYANƏTİ

Türkiyədə casus ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya Müharibəsində almanlara ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan yaratsınlar. Bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət – “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər. 1942-ci ildə çox sayda erməni gənci birləşərək, faşistlərin müharibə istəklərini müdafiə edən təşkilat yaratdı. Suren Bez-zadyanın başçılıq etdiyi Paykar Hoassank (“işıqlı” mənasını verir – Z.Ə.) adlanan Erməni Milli Sosialist Hərəkatı bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı. 2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan E. Abramyanın “Abverdəki Qafqazlılar” adlı kitabında yazılır: “Alman Reyxinin himayəsi altında Ermənistan bütün gücü ilə Yaxın Şərqdə alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindədir. Bu baxımdan, Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri görür”.

Müəllif bizimi diqqətimizi çəkən çox maraqlı bir məqama da toxunur: “Nasist Almaniyası daşnaklara bütün bu xidmətlərinin qarşılığında Qarabağı, Naxçıvanı və Axalkələk bölgəsinin bir hissəsini söz vermişdir. Həmçinin müharibə zamanı daşnaklar Qarabağ bölgəsinə yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qruplar və desantlar göndərmişdir”. 1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II Dünya Müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynadılar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi. Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”. Erməni Komitəsi adlanan qurum isə dünya ermənilərinə yazdığı müraciətdə deyirdi: “Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri daxilində Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”. Müraciətin sonunda belə bir sonluq yazılır:

“Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər ”. “Ermənistanın yəhudi icması İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibindəki 2000 nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb”. Bu açıqlama ilə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “Algemeiner” (“The Algemeiner”) qəzetində çıxış edib. Yəhudi bloqgeri İsrael Barouk “Times if İsrael” qəzetində dərc olunan məqaləsində, II Dünya Müharibəsində 20 mindən çox erməni əsilli nasistin yəhudi soyqırımında iştirak etdiyini bildirərək, 1930-cu illərdə ermənilərin Amerikada dərc olunan “Hairenik” qəzetinin Hitler rejiminə tam dəstək verdiyini qeyd edib: “Ermənistan şərqi Avropada anti-semitizmin ən güclü olduğu ölkədir, bütün Avropada isə üçüncü yerdə qərarlaşır”. 2014-cü ilin sorğularına görə, Ermənistanda yetkin yaşda olan 2,2 milyon nəfərdən 1,3 milyonu anti-semit əhval ruhiyyəlidir. “Modus Vivendi” təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdi və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar.

Bizdə II dünya müharibəsində qisasımızı aldıq. (www.armeniaonline .ru) 1. Yəhudilər erməni şəhəri və qədim erməni torpağı olan Bizansın məhv edilməsini təşkil ediblər; 2. 1604-1605-ci illərdə ingilis kəşfiyyatı vasitəsilə yəhudilər Şah Abbasa təsir edib, İran və Əfqanıstanda 700 min erməninin deportasiya və məhv edilməsinə səbəb olublar; 3. 1915-ci ildə yəhudilərə xidmət edən Gənc Türklər və Tələt paşa Türkiyədə erməni soyqrımını onların planı üzrə həyata keçiriblər; 4. 1918-ci İldə yəhudilər Bakı və Qarabağın ermənilərdən alınmasına və onlara qarşı döyüşlərin keçirilməsinin baiskarları idilər; 5. Bu gün də yəhudilər Azərbaycanı silahlandırıb Ermənistana qarşı qoyurlar”. “Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”.

SƏNAN QACAR

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest