23 saylı Mediasiya Təşkilatının fəaliyyətə başlaması geniş təbriklərlə qarşılandı – Gülnaz Hümbətova
23 saylı Mediasiya Təşkilatının fəaliyyətə başlaması geniş təbriklərlə qarşılandı
23 saylı Mediasiya Təşkilatının fəaliyyətə başladığı ilk gündən etibarən qurumun təsisçisi və rəhbəri Esmira Rzayevaya müxtəlif sahələrdən çoxsaylı təbriklər ünvanlanıb. Təbrik edənlər arasında hüquq sahəsinin tanınmış ekspertləri, dövlət idarələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimai xadimlər yer alıb.
Məlumata görə, təbrik mesajlarında təşkilatın yaradılmasının ölkədə mediasiya institutunun inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Tərəflər bildiriblər ki, 23 saylı Mediasiya Təşkilatının fəaliyyəti münaqişələrin sülh yolu ilə həllinin təşviqi, vətəndaşların hüquq müdafiəsinin gücləndirilməsi və cəmiyyətdə barış mədəniyyətinin formalaşması baxımından əhəmiyyətlidir.
Təbrik mesajlarında, həmçinin, Esmira xanım Rzayevanın peşəkarlığı, hüquqi bilikləri və ədalətli vasitəçilik yanaşması xüsusi qeyd edilib. Onun rəhbərliyi altında yeni təşkilatın qısa zamanda etibarlı və nüfuzlu mediasiya mərkəzinə çevriləcəyi bildirilib.
Qeyd edək ki, 23 saylı Mediasiya Təşkilatının məqsədi vətəndaşlara şəffaf, obyektiv və effektiv mediasiya xidmətləri təqdim etmək, tərəflər arasında yaranan mübahisələrin qarşılıqlı anlaşma əsasında həllinə nail olmaqdır.
Təbrik edən qurum və şəxslər Esmira Rzayevaya yeni fəaliyyətində uğurlar arzulayaraq, təşkilatın gələcəkdə ölkənin mediasiya sektorunda mühüm rol oynayacağına inamlarını ifadə ediblər.


