19 yanvar 1920 Rus erməni birlikləri Qarabağda

19 yanvar 1920-ci il – rus erməni birlikləri Qarabağda, Şuşa ətrafında türklər yaşayan kəndlərə basqınlar edirlər. Çoxlu sayda günahsız insanlar qətlə yetirilir… 19 yanvar 1920-ci il – İri erməni quldur birləşmələri Şuşa və Laçın istiqamətlərində hücumlarını davam etdirərək yollar üstündəki bütün kəndləri darmadağın edirlər. Uşaqlar, qadınlar, əlillər də vəhşicəsinə öldürülür… 19 yanvar 1990-cı il – Saat 19.00-da yarımhərbi formada olan 4 nəfər silahlı adam teleradio mərkəzinə gələrək enerji blokunun növbə rəisi İ.Hüseynov və növbə rəisi V.Romanovla söhbət aparırlar. Saat 19.25-də televiziyanın enerji bloku partladılır… 19 yanvar 1990-cı il – Naxçıvanın Sədərək rayonunda 10 nəfər azərbaycanlı ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilir. Ölənlər arasında 4 və 6 yaşlı körpələr də olur. 19 yanvar 1990-cı il – cani M.S.Qorbaçov və ssri ali soveti Rəyasət Heyəti Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq olunması haqqında fərman verir. Fövqəladə vəziyyətin elan olunacağı vaxt xalqdan gizli saxlanılır… 19 yanvar 1990-cı il – Sədərək müdafiə xəttində ermənilərin atdığı mərmi atəşi nəticəsində İdris Ələsgər oğlu Məmmədov, Etibar Rzaqulu oğlu Əhmədov, Abbasəli Qaragöz oğlu Nəzərəliyev, Mirhəşim Mirşəmil oğlu Seyidov, Məhəmməd Əli oğlu Məmmədov, Vəli Məmməd oğlu Zeynalov, Elvin (7 yaş) və Malik (5 yaş) Nəsirovlar və başqaları qəlpə yarasından həlak olurlar… 19 yanvar 1990-cı il – Milli Qəhrəman Məhərrəm Mirəziz oğlu Seyidov Sədərək uğrunda erməni yaraqlıları ilə baş verən döyüşdə həlak olur… 19 yanvar 1992-ci il – Şuşa şəhərinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində 2 nəfər dinc sakin həlak olur. Onlarla ev və qiymətli memarlıq abidələri dağıdılaraq zədələnir… 19 yanvar 1993-cü il – Ağdam şəhəri və rayonun ətraf kəndləri ermənilər tərəfindən toplardan və qrad qurğularından atəşə tutulur… ardı var bu günə kimi də belədi.

Sənan Qacar
Sənan Qacar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest