GenelGüncel

Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə

Türk dünyasının ən böyük nazimlərindn birinə 

Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab

Şeir necə olmalıdır?

Bir heykəl var Şamaxıda, 
hamı onun sorağında…
Dayanıbdır
magistral,əsas yolun qırağında…
əsgər kimi….
Üz dönərib bu dünyadan
Didələrin zilləyibdir Bakı sarı –
bütün lallar qonşuları…
yummur bir an gözlərini,
həsrət ilə yol gözləyir,
ziyarətə gələnlərdən-
hər adamdan
gəlib onu qucmaq üçün
qol gözləyir….
Bu baxışlar, nə söyləyir ,
pıçıldayır,nələr deyir?
Mən baxmışam
bu heykələ,
abidəyə neçə dəfə,
neçə kərəm…
Sual dolu baxışlarda
bilirsiniz nə görmuşəm?
Elə bil ki,narazıdır,
babam mənim

şairlərin çoxluğuna,
yaxşı sözün yoxluğuna.

***
Sən ey mənim uca babam,
heykəlləşən,
daşa dönən,
gündən -günə qocalaşan,
məndən cavan qoca babam,
dur yuxudan…
Sən ey mənim Seyid babam…
aqiliə də,
avama da verdin ağıl,
öyüd, babam,….
şair olmaq iddialı bu keyləri
keyit , babam.
Deyirlər ki,
keyiyənlər ayılanda
daha güclü,
məğrur olur,
yol-yörəni tanıyırlar,
səsləru də çox gur olur.
Nadanları oyat,babam
oyat,babam…
Ver onlata
uçmaq üçün qanad, babam…
Demirəm ki,
qaşınmayan yaraları
qanat,babam…
Şeir necə olmalıdır,
aydınlaşdır,
uyğunlaşdır
mənlərə də,
sənlərə də,
bizlərə də,
sizlərə də
ustad babam,…
ustad babam…

***

Görən, mənim sözlərimi
başa düşən olacaqmı?
Heyhat!..Heyhat!..
Yer- narahat, göy- narahat…
Narahatlıq… lap narahat.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov



Nazim Nəsrəddinov

Pin It on Pinterest