GenelGüncel

Şərif Manatov

Bir başqırd rektorumuz var idi-Şərif Manatov, Azərbaycan Ali Pedaqoji İnstitutunun rektoru ( 20.10.1887, Manatovo kəndi – 1936, Smorodinovka kəndi )

Açar sözlər : Şərif Manatov,başqırd rektor,”Məktəb məcmuəsi,türk dünyası,redaktor, “Azərbaycan məktəbi” jurnalı, “Təhsil problemləri” qəzeti”,Nəcəf Nəcəfov, Əməkdar müəllim


 
Şərif Manatov haqqında mənim yazımı ilk dəfə hörmətli dostum, yazıçı
Malik Rəcəbli baş redaktoru olduğu “Təhsil problemləri” qəzetinin
2010-cu ilin iyul ayında dərc etmişdir.
Yazılarıma göstərdiyi qayğılara görə ona minnətdarlığımı bildirirəm. Yazının adı belədir:
Nazim Nəsrəddinov. “Şərif Manatov kimdir? “Təhsil problemləri” qəzeti,
N 45-46 (533-534),01-07 iyul 2010-cu il, səh. 2-3,
 Çox təəssüf ki,bu qəzetin maraqlı materialları Rayon Təhsil Şöbələri tərəfindən pedaqoji ictimaiyyətə,alim və ziyalılara çatdırılmır.
Məqalə dərc olunanda mən “Azərbaycan məktəbi” jurnalının
məsul katibi idim.Müəllimlərin və pedaqoji ictimaiyyətin öncül nümayəndələrinin əsərlərini redaktə edirdim.
Redaktorumuz hörmətıi dostumuz Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Nəcəf Nəcəfov idi.

Məhz N.Nəcəfovun rəhbərliyi ilə biz jurnalımızda pedaqoji mətbuatımıza aid bir neçə sanballı yazı dərc etdirmişdik.
Bizə mane olanlar da var idi . Redaktoru milliyyətcə başqırd olan bir jurnalın izinə düşmüşdüm.
Heç bir yerdə bu məcmuə haqqında söz açılmırdı. Jurnalın redaktoru türk
dünyasının tanınmış xadimlərindən biri idi.
Onun V.İ.Leninlə də,.İ.V.Stalinlə də dostuq münasibərləri var imiş.
Redaktoru Şərif Manatov olan “Məktəb məcmuəsi” (1925) haqqında bir araşdırma apardım,məqaləmi çap üçün Nəcəf müəllimə təqdim etdim.
Yazımın çapına bir professor dostumuz etiraz edirdi.Onun fikrinə görə,
cəmi bir nömrəsi çıxan məcmuə haqqında yazı yazmağa dəyməz.Son sözü,əlbəttə, redaktor Nəcəf müəllim dedi. Amma yazıda “Manatov” yazdığım soyadı “Manafov ” kimi redaktə etdi.

Mən təəssüf edirəm ki,mətbuat tarixçılıərimiz həm “Azərbaycan məktəbi”
jurnalını, həm də “Təhsil problemləri” qəzetini ,demək olar ki,oxumurlar. Bu mətbu orqanlardakı elmi yazıların kitab şəklində çapına Təhsil Nazirliyi qayğı göstərməlidir.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

 Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Raspublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq. Bakı, 31.05.2019
Ədəbiyyat siyahısı 

1.Beş yıl (Azərbaycan Ali Pedaqoji İnstitutunun beş yıllığı və üçüncü buraqılışı dolayisı ilə) ,Bakı,1926.
2.Nazim Nəsrəddinov. “Məktəb məcmuəsi” dərgisi, Bakı,1925.
“Azərbaycan məktəbi” jurnalı 2010.ci il.
3.Nazim Nəsrəddinov. “Şərif Manatov kimdir?
“Təhsil problemləri” qəzeti,N 45-46 (533-534),01-07 iyul
2010-cu il, səh. 2-3.

Pin It on Pinterest