Osmanlı türkcəsi-alman-fransız atalar sözləri lüğəti

Osmanlı türkcəsi-alman-fransız atalar sözləri lüğəti

Vyana.1865-ci il.

Neçə bir neçə  ildir ki,bu kitabın cazibəsindəyəm.

Bu cazibədar kitab 1865-ci ildə Şərqə böyük marağı  olanVyanada (Wien) nəşr edilib.Yəqin ki,babalarımızın masaüstü kitabı olub.

Əsərin dili adından göründüyü kimi Osmanlı türkcəsindədir.

Kitabın Roma rəqəmləri ilə ayrıca səhifələnən vərəqlərində türk dilində müqəddimə verimişdir.

Kitabda diqqətimi özünə cəlb edən  buradakı ata sözləri oldu.180 səhifəlik kitabın 156 səhifəsi atalar sözləridir.

Əslində bu kitabın bu hissəsi üçdilli atalar sözləri  lüğətidir.

Kitabın oxucuya baxan tərəfinin  birinci sütununda  atalar sözü  türk dilində  ərəb əlifbası ilə  yazılmşdır.Onun sağındakı sütunda türkdilli atalar sözləriü latın qrafikasıilə verilmişdir. Sağdakı vərəqin birinci sütununda atalar sözlərinin  alman, onun sağında isə fransız dilinə tərcüməsi verilmişdir.Beləliklə, bir qoşa səhifədə  yerləşdirilən atalar sözlərinin üçdilli lüğəti oxuculara təqdim olunmuşdur.

Kitabın 20 səhifəsində ikidilli təcümə lüğəti yerləşdirilmişdir.

Kitabdakı  atalar sözlərinin çoxunu  XIX əsrin 70-ci və 90-cı illərində dünyaya gələn babam Rəsuldan,nənəm Güləndamdan  dəfələrlə eşitmişəm.

Yeri gəlmişkən onu da  deyim ki, mən həmişə XIX əsrin görkəmli  Azərbaycan şairi Seyid Əzim Şirvaninin şagirdi olan babam Rəsul kişi ilə fəxr etdiyimi   söyləyirəm.  Rəsul babam mənə sözün altını da öyrədirdi,üstünü də.

Mənim nüktələrimin, eləcə də bəzi söz oyunlarımın çoxunun müəllifi, yol göstərəni  babam Rəsul kişidir.

Dili öyrətmək üçün insanlara doğru yol göstərmək lazımdır. Səhv danışanın səhvini ona   anlatmaq gərəkdir.Lakin bu iş səbrlə,təmkinlə görülməlidir.

Öyrətmə prosesində  lağ, məsxərə yolverilməz hərəkətdir.

Ata və babalarımız sözü  bizlərə elə deyib ki, nə şiş yanıb,nə də kabab.

Ata və babalarımız insanlara  doğru söz  söyləməyin vacibliyini başa sala biliblər.

Ata  və babalarımızın sözlərinə söz calamaq olmur.

Ata və baba sözlərimiz  calaqsız,bəzəksiz-düzəksiz  sözlərimizdir.

***

Kitabdan bir neçə deyimləri  oxuculara təqdim edirəm.

Avropanı dolaşan ata sözləri-Zurubi-emsali- osmaniyeler
WIen-1865

Osmanlı türkcəsi-alman-fransız atalar sözləri lüğəti
Osmanlı türkcəsi-alman-fransız atalar sözləri lüğəti

Ədəbli ədəbsizdən ədəb öyrənər.

Adam iqrarından, heyvan yollarından.

Adam yanılmaq ilə mərifətli olur.

Ər olan ətməyin taşdan çıxarar.

Dilini zəbt edən başını qurtarar.

Dəli odur ki, bir düşdüyü çuxura bir daha düşər.

Dəli odur ki,kəndi söylər, kəndi eşidər.

Dəli dəlini sevər, danişmənd (ağıllı-N.N. )   danişməndi sevər.

Döymə qapıyı,  döyərlər qapını.

Dəyirman dönər, amma suyu nərədən.

Dənizdə balıq nəzər olmaz.

Dikəndən (tikandan-N.N.)  gül bitər,  güldən dikan.

Dil adamı bican edər.

Dil qılıncdan çox öldürər.

Dil- kəmigi yoxdur, amma  kəmigi  qırar.

Dəlinin  yürəgi ağzındadır, ağıllının dili yürəgindədir.

Dost min isə azdır, düşmən bir isə çoxdur.

Dosta çox varan aşki surət görər.

Dostluya toqun keç, füqəraya saqın keç.

Dişinin ağrıdığı yerə dil toxunur.

Ruzigara tökülən yüzünə tökülür.

Zəhmətsiz bal yeyilməz.

Rahat istəyən adam saqır, kor, dilsiz olmalı.

Zaman ilə  və saman ilə müşmişələr irişürlər.

Zəman səman (var-dövlət-N.N.) satar.

Zəmana uymaq gərək.

Zənginə mal verən  dənizə  su gətirər.

Sərt sirkə kəndi qabına zərər edər.

Sərçədən qorhan darı əkməz.

Sərşədə ötmək (oxumaq,cəh-cəh vurmaq-N.N.)  yox, nərəsi çox.

Tez gedən tez yorulur.

Quru yananda yaş da yanır.

El ayıbın söyləyən sənin ayıbını da söylər.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən 

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest