İrəvandan 1888–ci ildə “Kəşkül” qəzetinə – türkdilli oxuculara

XIX əsr Azərbaycan   dilində nəşr olunan qəzet və jurnallarda,eləcə də  rusdilli mətbuat səhifələrində   məktəb və maarif məsələlərinə dair xeyli mareriallar vardır.Bu materiallar milli təfəkkür tərzimizin maraqlı səhifələri haqqında,qaranlıqda və alatoranlıqda qalan  məsələlərin işıqlandırılmasında əvəzsiz mənbə kimi diqqəti cəlb edir.

Kəşkül” qəzetinin yüz  otuz bir  il bundan qabaq -27 yanvar 1888-ci il  tarixli  62-ci nömrəsində dərc olunmuş “İRƏVANDAN BİZƏ YAZIRLAR ” sərlövhəli məktub  bu qəbildəndir.

“Bir müsəlman” imzalı həmin yazının müəllifi – üslubuna,başqa yazıları ilə müqayisəsinə,mövzu yaxınlığına görə, çox güman ki, o vaxt İrəvanda müəllim işləyən Firudin bəy Köçərlidir.

Məzkur  yazını mənfətdən xali olmadığı üçün eynilə  oxuculara təqdim edirəm.

Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının əməkdar müəllimi,Azərbaycan Jurnalistlər Birliyinin üvü,türkoloq

***

İrəvandan bizə yazırlar  

Bizim Qafqaz qitəsindəki şəhərlərdə müsəlman məktəblərinin qaidəsiz ,başsız-ayaqsız bir hal içində qaqldığı məlumdur.Və leykin bir-iki ildən bəridir ki,bəzi yerlərdə bu məktəbləri müqaidəli bir halə gətirməyə başlayırlar.

Belə təzə məktəblərdən ikisi də bizim İrəvan şəhərində vardır.Bu mətəblər nə şəhər əhli və nə də hökumət tərəfindən açılmayıb. Ancaq o məktəbləri qeyrətli və həmiyyətli olan məktəbdarlar  bina eləmişdirlər.

Məktəbin şagirdləri xoşbəxt gürünürlər.Ondan ötrü ki,orda nə fələqqə var, və nə də qarmaqarışıq  kitablar ilə çığırıb-bağırıb  dərs öyrənmək vardır.

Əvvəllərdə bu məktəbdə  köhnə palas və həsir parçaları üstündə toz-torpa içində…oturan şagirdlər indi təmiz otaqlar içində qoyulmuş taxta və skamyalar üstündə əli və ayağı təmiz otururlar.

Məktəbdəki şagirdlər yaşa və dərslərinə görə məxsusi siniflədə ayrı-ayrı oturub hər bir sinif özünə məxsus dərslərdən öyrənirlər. Belə ki, bir sinifdə yazı ilə məşğul olunur ikən,o biri sinifdə rəsm ilə təlim alırlar və birisində dərs öyrənirlər.

Məktəblərin birisində (Əsgərzadə Mirzə Kazım) və birisində   (Hacı Həsənzadə Hacı Molla Ağa) şagirdlərə dərs öyrədirlər.  Bu müəllimlərin dərs öyrətmələri tazə  qaidə üzrədir ki, şagirdlər bir az  müddətdə yazıb,oxuyurlar. Buna görə şəhər əhli  gündən-günə o məktblərə  artıq meyil və rəğbət edirlər.

(Mirzə Kazım məktəbi) çoxdan vardır.Bu məktəbin bir qüsuru budur ki,şagirdləri ancaq fars dilini öyrənirlər.Öz ana dillərindən orada bir şey öyrənməzlər.

(Molla Ağa Məktəbi) altı-yeddi ay oldu ki, açılmışdır.Bu məktəbin gələcəyi çox faidəli görünür.

Molla Ağa hansı bir məktəbdə qaidəli və faidəli bir şey görür isə, onu məktəbinə almaqdan şəkinməz.

Bu halda onun məktəbindəki təlim kitabları bunlrdır:

1) Çernyayevskinin “Vətən dili”

2) Axund  Əbdüssəlamın  “Təlimül-əqaid”i
3) Şeyx Sədinin  “Gülüstan”ı

4) Hesab

Məktəb üç sinfə təqsim olunub.

Əvvəlimci sinifdəki 52 şagirdlər “Vətən dili”ndən və bir bir tərəfdən dəxi əqaid dərsləri ilə elmi-hesabdan  bir şey dəftərlərinə alıb öyrənirlər və  hüsnxəttə alışmaq üçün hər gün bir səhifə qaralama eləyirlər. O biri sinifdəki 12 şagirdlər “Gülüstan”dan asan ibarələri tərcümə edirlər.Hesab və əqaiddən dəxi  öyrənirlər.Bundan başqa, həftədə iki dəfə  Qurani-şərifdən oxurlar.

Molla Ağa istəyir ki, vəqtilə məktəblərdə rus dilini dəxi şagirdlərə öyrətsin.

Məktəbdə skamya və taxtanı şəhərin Gimnaziya məktəbindən Molla Ağa bir vəqt ilə almışdır. İndi gimnaziyanın müdiri onları geri alacaq olur isə, o vəqt şagirdlər yenə quru yerə düşəcəklər. Ona görə şəhərimizin maarifpərvər olan qazisi ilə həmiyyətli və dövlətli  ağa  və bəylərin  nəzər -diqqətlərini  “Kəşkül” vasitəsilə  bu faidəli işə cəlb eləməyi boynumda borc billmişəm.

Bir müsəlman.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest